Icma.az
close
up
RU
Tam dövlət maliyyələşməsi mümkündür, amma…

Tam dövlət maliyyələşməsi mümkündür, amma…

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Gürcüstan hökuməti 2026-cı ildən dövlət ali məktəblərində təhsil alan bütün tələbələrin təhsil xərclərini dövlətin qarşılayacağını açıqlayıb.

Təhsil naziri Givi Mikanadzenin sözlərinə görə, dövlət universitetlərində təhsil ödənişsiz olacaq, özəl universitetlərə qəbul olunan yeni tələbələr isə artıq dövlət qrantından yararlana bilməyəcəklər. Həmçinin əcnəbi tələbələrin dövlət universitetlərinə qəbulu yalnız xüsusi proqramlar, mübadilə layihələri və ikitərəfli razılaşmalar çərçivəsində mümkün olacaq.

Azərbaycan dövlət universitetlərində təhsil alan bütün tələbələr üçün mərhələli şəkildə tam dövlət maliyyələşdirməsi modelinin tətbiqi mümkündürmü?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan dövlət universitetlərində tam ödənişsiz ali təhsil modelinin tətbiqi maliyyə və struktur baxımından əslində mümkündür. Lakin bu, dövlət büdcəsinə düşən yükü kəskin artıracaq və rəqabət mühitinin dəyişməsi fonunda çox vacib və strateji bir keçid mərhələsinin tamamlanmasını tələb edəcək.

Ekspert Gürcüstanın 2026–2027-ci tədris ilindən etibarən dövlət universitetlərini müəyyən akademik şərtlərlə yerli vətəndaşlar üçün tam ödənişsiz etməsini və əcnəbi tələbələrin qəbulunu məhdudlaşdırmasını regionun təhsil ekosisteminə ciddi təsir göstərə biləcək addım kimi qiymətləndirir.

“Azərbaycanda təbii ki, əcnəbi tələbələrin qəbulunun məhdudlaşdırılması ilə bağlı yox, amma yerli vətəndaşlar üçün dövlət universitetlərinin ödənişsiz edilməsi Azərbaycan reallığında daha məqbul hesab edilən variantdır.

Ümumilikdə Azərbaycanda ali təhsilin tam dövlət hesabına olması modelini nəzəri və iqtisadi baxımdan realdır. Çünki ölkənin iqtisadi resursları və dövlət büdcəsinin imkanları belə bir sosial paketə şərait yaradır. Necə ki, məsələn, Almaniya Federativ Respublikasında dövlət universitetləri həm yerli, həm də əcnəbi tələbələr üçün tamamilə pulsuzdur. Azərbaycan reallığında isə bunu əcnəbi tələbələr üçün zəruri dyil. Yerli tələbələr üçün tam ödənişsiz olması faydalı ola bilər”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, hazırda dövlət universitetlərində tələbələrin əhəmiyyətli hissəsi ödənişli əsaslarla təhsil alır və universitetlər əlavə maliyyə mənbələri cəlb etməkdə çətinlik çəkirlər.

İlqar Orucovun fikrincə, bunun müxtəlif obyektiv və subyektiv səbəbləri var.

“Ümumiyyətlə, universitetlər yalnız tələbə ödənişləri hesabına maliyyələşməməlidirlər. Yəni maliyyə cəlbi təkcə tələbələrin ödədiyi vəsaitlə məhdudlaşmamalı, əlavə resurslar üzərində də düşünülməlidir.

Tam dövlət maliyyələşməsi ali təhsilə ayrılan büdcə xərclərinin ən azı iki dəfə artmasını tələb edə bilər. Çünki bu halda büdcə yükü kifayət qədər artır. Həmçinin Gürcüstan modelində olduğu kimi, təhsilin tam ödənişsiz olması yalnız yüksək akademik göstəricilər nümayiş etdirən, məsələn, kreditlərin ən azı 80 faizini uğurla tamamlayan tələbələrə şamil edilməlidir. Gürcüstan variantında da belədir. Bu yanaşma həm daxili rəqabəti artırır, həm də motivasiyanı gücləndirir. Tələbə başa düşür ki, əgər onun akademik göstəriciləri yüksəkdirsə, məsələn, 80 faizdən yuxarıdırsa, o zaman dövlət hesabına təhsilini davam etdirə bilər”, – deyə o bildirib.

İlqar Orucov hesab edir ki, Azərbaycanda bu model müəyyən formada mövcuddur, lakin onun genişləndirilməsi məqsədəuyğun olardı. Bununla yanaşı, dövlət universitetlərinin tamamilə pulsuz olması yerli özəl universitetlərin rəqabət qabiliyyətini zəiflədə və onları maliyyə çətinlikləri ilə üz-üzə qoya bilər. Çünki dövlət universitetləri tam ödənişsiz olarsa, insanlar daha çox həmin universitetləri seçməyə meyl göstərəcəklər və bu da özəl sektorun zəifləməsinə səbəb ola bilər.

“Amma məsələ ondadır ki, universitetlər yalnız maliyyə və ya ödəniş baxımından fərqlənməməlidirlər. Onlar təhsilin keyfiyyətinə görə fərqlənməlidirlər. Özəl universitetlər keyfiyyətli təhsil versələr, beynəlxalq reytinqlərdə nüfuzları yüksək olsa, tələbələr yenə də həmin universitetlərə üstünlük verəcəklər. Hazırda isə seçim zamanı çox vaxt əsas meyar “harada ödəniş daha azdır?” prinsipi olur”, – deyə ekspert bildirib.

O deyib ki, Gürcüstanın yeni siyasəti regional təhsil bazarında qüvvələr nisbətini dəyişə bilər. Gürcüstanın dövlət universitetlərinə əcnəbi tələbə qəbulunu dayandıraraq onları yalnız özəl universitetlərə yönləndirməsi Azərbaycan üçün müəyyən üstünlüklər yaradır. Çünki tibb, mühəndislik və İT sahələrində Gürcüstanın cəlb etdiyi regional tələbə kütləsini Azərbaycan daha əlverişli şərtlərlə özünə yönəldə bilər.

“Burada söhbət xüsusilə Hindistan, Pakistan və Yaxın Şərq ölkələrindən olan tələbələrdən gedir. Hazırda bu ölkələrdən Gürcüstana kifayət qədər tələbə gedir və Azərbaycan həmin tələbələri özünə cəlb etmək imkanına malikdir.

Eyni zamanda Gürcüstanda dövlət universitetlərində təhsilin yalnız yerli vətəndaşlar üçün ödənişsiz olması Azərbaycan vətəndaşlarının bu ölkəyə kütləvi təhsil miqrasiyası riskini də azaldır. Çünki güzəşt yalnız Gürcüstan vətəndaşlarına şamil olunur”, – deyə İlqar Orucov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 Avqust 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri