Icma.az
close
up
RU
Tam dolu çənlə 2000 km yürüş məsafəsi mümkündür?

Tam dolu çənlə 2000 km yürüş məsafəsi mümkündür?

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elektrik və hibrid avtomobillərinin sürətli inkişafı ilə yanaşı, sürücülərin ən böyük narahatlıqlarından biri - "məsafə narahatlığı" (range anxiety) olaraq qalır. Yolda enerji bitməsi qorxusu bu gün dünyada ekoloji təmiz nəqliyyatın daha geniş yayılması üçün əsas maneələrdən biridir.

Bu problemə cavab olaraq "Geely"nin "Galaxy L6" modeli enerji təhlükəsizliyi və uzun məsafə sahəsində yeni mərhələ açır. İnteqrasiya olunmuş qabaqcıl texnologiyalar sayəsində L6 bir dolumla 2000 km-ə qədər ümumi yürüş məsafəsi qət edə bilir. Bunun 140 km-i tam elektrik rejimində mümkün olur. Orta yanacaq sərfiyyatının cəmi 2.98 litr/100 km olması isə həm ekoloji, həm də iqtisadi baxımdan böyük üstünlükdür.

"Galaxy L6"nın texniki göstəriciləri də sürücülərə dinamikanı və təhlükəsizliyi birləşdirən təcrübə təqdim edir. Avtomobil 0-dan 100 km/saata cəmi 7.4 saniyəyə sürətlənir, maksimal sürəti isə 180 km/saata çatır. 60 litrlik yanacaq çəni isə uzun məsafələrdə əlavə rahatlıq yaradır.

Model sürücülərə gündəlik istifadədə və uzun səfərlərdə üstün imkanlar təqdim edən zəngin komplektasiya ilə gəlir:

- Rahatlıq və idarəetmə: dörd istiqamətdə mexaniki tənzimlənən sükan, lük, açarsız daxilolma, dörd sürüş rejimi (Smart/EV/Performance/Range extended).

- Dizayn və görünürlük: LED işıqlar, işıq sensoru, IHBC (intellektual uzaq vuran işıqlar), yağış sensoru, 17 düymlük yüngül xəlitəli disklər və 540° kamera.

- İnteryer və texnologiya: 14.6" monitorlu və 8 dinamikli multimedia sistemi, 10.25" rəqəmsal cihaz paneli, 50W naqilsiz şarj paneli, yaddaşlı, qızdırıcılı, soyuduculu və masaj funksiyalı sürücü oturacağı.

- Təhlükəsizlik: altı hava yastığı, AEB (qəza əleyhinə assistent), LDW və LKA (zolaqda saxlama sistemləri), HAC və HDC, ESC, ABS+EBD, TCS və videoqeydiyyatçı.

"Bizim məqsədimiz müştərilərimizə yalnız rahatlıq və texnologiya təqdim etmək deyil, eyni zamanda, enerji təhlükəsizliyi sahəsində etibar yaratmaqdır," - deyə "Geely Azərbaycan" nümayəndəliyindən bildirilib.

"Galaxy L6" yalnız bir avtomobil deyil, həm də gələcəyin enerji təhlükəsizliyi konsepsiyasını təqdim edən modeldir. İstər gündəlik şəhər istifadəsi, istərsə də uzun məsafəli səyahətlər üçün "Galaxy L6", müasir sürücülərin bütün tələblərinə cavab verən real həldir.

Rəsmi zəmanət: dörd il və ya 100 000 km

Rəsmi satış və servis mərkəzi: Babək prospekti, 35A

Əlaqə: *2299

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Sentyabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1043

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see441

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see348

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see345

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see247

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see235

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see231

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see223

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see212

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see210

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see203

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see196

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see189

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see185

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see182

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see180

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see178

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri