Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Rusiya və ABŞ arasında tam barışıq mümkündür?

Rusiya və ABŞ arasında tam barışıq mümkündür?

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fevral ayında Rusiya və ABŞ arasında Səudiyyə Ərəbistanında başlayan ilk danışıqlar dünən - martın 25-də davam edib və ilkin açıqlamalara görə, danışıqlar müsbət yekunlaşıb.

Bu baxımdan, Rusiya və ABŞ-nin barışması, real və uzunmüddətli olarsa, dünya düzəninə ciddi təsir göstərə biləcəyi istisna deyil. Nəzərə alsaq ki, tarix boyu bu iki dövlətin münasibətləri beynəlxalq siyasətə yön verib və onların rəqabəti nəticəsində dünyanın müxtəlif bölgələrində gərginliklər, müharibələr və siyasi böhranlar yaşanıb, deməli, bu iki supergüc qarşıdurmadan imtina edib əməkdaşlığa keçsə, bunun bir neçə mühüm nəticəsi ola bilər.

Qlobal sülh və təhlükəsizlik

Belə ki, həm Rusiya-Ukrayna müharibəsi, həm Yaxın Şərq böhranı və digər gərginliklərdə Rusiya və ABŞ fərqli mövqelər tutub. Əgər onlar bir növ kompromis tapsalar, bu cür münaqişələrin həlli asanlaşa bilər ki, bu da münasibətlərin yumşalması ilə nəticələnə bilər. Digər məsələ, silahlanma yarışının dayandırılması ilə bağlıdır. Xüsusən də strateji nüvə silahları sazişləri yenilənərsə və hər iki tərəf silahlanmanı azaltmağa razılaşarsa, dünya daha təhlükəsiz olar. Bununla yanaşı, ikiqütblü sistemdən çoxtərəfli sistemə keçid də müzakirə mövzusudur. Əgər Rusiya və ABŞ düşmənçiliyi dayandırsa, dünya təkcə iki supergücün rəqabətindən asılı olmayacaq, digər ölkə və güclər də beynəlxalq siyasətdə daha balanslı rol oynaya biləcək. Çünki məhz ABŞ və Rusiya rəqabəti digər ölkə və təşkilatları istər-istəməz onların yanında yer alıb qarşıdurmalarda iştirak etməyə vadar edib. Həmçinin beynəlxalq təşkilatların güclənməsi də mümkün görünür ki, hazırda onların çoxu böyük dövlətlərin maraqlarına görə məhdud fəaliyyət göstərir.

İqtisadi və texnoloji İnkişaf

ABŞ və Rusiya arasındakı iqtisadi müharibə dünya bazarlarına mənfi təsir edir. Bu sanksiyalar qaldırılsa, enerji bazarında sabitlik yaranar, yeni ticarət yolları açıla bilər. Nəticə etibarı ilə elmi və texnoloji əməkdaşlıq sahələrində də birgə layihələr həyata keçirilə bilər. Beləliklə, soyuq müharibənin bitməsi ilə uzun illərdir davam edən qarşıdurmanın həlli gələcək nəsillər üçün sülh mədəniyyətini gücləndirə bilər ki, bu da dünya siyasətində yeni era deməkdir. Yəni əgər Rusiya və ABŞ uzunmüddətli sülh əldə edərsə, bu, dünya tarixində bəlkə də ilk dəfə belə böyük güclərin dinc yanaşı yaşaması nümunəsi ola bilər.

Sülh nə qədər mümkündür?

Reallıqda ABŞ və Rusiya arasında barışıq qısa müddətdə çətin görünür. Hər iki tərəfin strateji maraqları, siyasi sistemlərinin fərqliliyi və tarixi qarşıdurmaları bunu çətinləşdirir. Lakin kompromislərin tapılması və əməkdaşlıq imkanlarının artırılması qlobal stabillik üçün həyati əhəmiyyət daşıyır. Rusiya postsovet məkanında təsirini qorumağa çalışır, ABŞ isə bu bölgələrdə demokratik prosesləri dəstəkləyir. Ukrayna böhranı bunun ən bariz nümunəsidir. Rusiya NATO-nun genişlənməsini öz təhlükəsizliyinə təhdid kimi görür, ABŞ isə bu prosesin davam etməsində maraqlıdır. ABŞ demokratiya və insan haqlarını xarici siyasətində əsas prinsip kimi göstərir. Rusiya isə bu siyasəti daxili işlərinə müdaxilə kimi qəbul edir. Avropa ölkələri Rusiyaya qarşı sanksiyalar və iqtisadi təzyiqlər vasitəsilə onun təsirini məhdudlaşdırmaq istəyir. Məsələnin əsas tərəfi budur ki, bütün bunlar ABŞ-nin ənənəvi qlobalist siyasəti olub. Sadəcə Donald Tramp bu yanaşmanı alt-üst edib. Yəni o, Ukrayna böhranında Kiyev administrasiyasını dəstəkləmir, NATO-nun mövcud olub-olmamasına əhəmiyyət vermir, Avropanı da Vaşinqton üçün əlavə yük hesab edir. Bu isə Moskvanın əlini gücləndirir və münasibətlərdəki gərginliyi aradan qaldırmağa zəmin yaradır. Bir şərtlə ki, Rusiya da bəzi məsələlərdə güzəştə getsin. Çünki ABŞ və Rusiya arasındakı qarşıdurma təkcə siyasi və iqtisadi deyil, həm də psixoloji və ideoloji köklərə malikdir. İllərlə formalaşmış bu düşmənçilik hissini aradan qaldırmaq elə də asan deyil. Nümunə kimi keçmişdə əldə olunan razılaşmaların zaman-zaman pozulması ilə tərəflərin bir-birinə inamlarının itməsini göstərmək olar. Nəticə olaraq ABŞ və Rusiya arasında barışıq mümkün olsa da, çox çətindir. Bu baxımdan, münasibətləri nomallaşdırmaq üçün ən azından ümumbəşəri problemləri həll etmək yolunda müəyyən kompromislərə gedilə bilər. Yəni silah nəzarəti, iqlim dəyişikliyi və terrorizmə qarşı mübarizə kimi sahələrdə əməkdaşlıq mümkündür. Lakin uzunmüddətli strateji barış üçün hər iki tərəf fundamental siyasət dəyişikliyi etməlidir. Bu baxımdan, tərəflər arasında indiki mərhələdə gərginliyin tamamilə bitməsi yox, yalnız müəyyən dərəcədə azaldılması daha realdır. Üstəlik, nəzərə asaq ki, yumşalma prosesini başladan Trampın bu, sonuncu prezidentliyidir, proseslərin yeni dövrdə necə cərəyan edəcəyi də sual doğurur.

ABŞ və Rusiya dünyanı bir çətir altında idarə edə bilər?

Dünyanın iki supergüc tərəfindən idarə edilməsi üçün qlobal əməkdaşlıq modeli qurulmalıdır. Yəni ABŞ və Rusiya dünya siyasətini birgə yönləndirməyi qəbul etməli, geosiyasi maraqlarını koordinasiya etməli, dünya ölkələri də buna razı olmalıdır. Lakin tərəflər fərqli dönəmlərdə əməkdaşlıq etməyə çalışıb, amma uzunmüddətli alınmayıb. Belə ki, İkinci Dünya müharibəsində Nasist Almaniyasına qarşı müttəfiq oldular, amma müharibədən sonra "Soyuq müharibə" başladı. SSRİ dağılandan sonra ABŞ və Rusiya əməkdaşlığa yaxın idi, amma NATO-nun genişlənməsi və Rusiyanın daxili problemləri bu prosesi pozdu. Bu nümunələr göstərir ki, ABŞ və Rusiya dünyanı birlikdə idarə edə bilməz. Bu iki ölkənin bəzi məsələlərdə əməkdaşlıq etməsi mümkündür, amma tam hegemonluq modeli real deyil. Hazırkı geosiyasi vəziyyət isə göstərir ki, dünya çoxqütblü sistemə doğru gedir və heç bir dövlət tam dominantlıq edilə bilməz.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Mart 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri