Icma.az
close
up
RU
Tam təmirdə bu yanaşma Azərbaycanda ilk dəfə sistemli şəkildə tətbiq olunur MÜSAHİBƏ

Tam təmirdə bu yanaşma Azərbaycanda ilk dəfə sistemli şəkildə tətbiq olunur MÜSAHİBƏ

Marja.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Mütfakçı" şirkətinin Direktoru İlkin Manafovun Marja.az saytına müsahibəsi.

- İlkin bəy, “Mutfakçı” şirkətinin “Tam təmirli və mebelləşdirilmiş premium mənzillər” xidmətini bazarda bir ilk adlandırırsınız. Halbuki tikinti və təmir şirkətləri də oxşar xidmətlər təqdim edirlər. Bu halda sizin xidmətiniz necə ilk ola bilər?

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

- Bizim təqdim etdiyimiz xidmət yalnız təmir və mebel deyil, bütün proseslərin tam inteqrasiya olunmuş şəkildə - Dizayn → Təmir → Mebel → Məişət texnikası → Dekor xətti ilə idarə edilməsidir. Bütün məsuliyyət bir mərkəzdə cəmlənir və tam hazır məhsul təqdim olunur. Bu yanaşma Azərbaycanda ilk dəfə sistemli şəkildə tətbiq olunur. Başqa sözlə desək, "Mutfakçı" burda həll şirkəti olaraq çıxış edir. Kimlərsə təmir, kimlərsə mebel, kimlərsə dekorasiya edə bilər. Mutfakçı bazarda ilk dəfə tam vahid çərçivədə interyer həllərini bir eko-sistem şəklinə gətirir.

- Premium layihələr inşa edən tikinti şirkətləri çox vaxt mənzilləri özləri də təmir edib təhvil verirlər. Bu işi "Mutfakçı"ya həvalə etməklə onlar nə qazanırlar?

- İlk öncə mən hesab edirəm hərə öz işində daha peşakardır. Devoloperlər gözəl bina, az-qala yarım şəhərlər sala bilirlər. Onların bu sahədə həqiqətən böyük kompetensiyası var. Bu sahəyə fokuslanan bina inşaatı ilə məşğul olan şirkət daha çox əlavə dəyər yaratmış olur. Keçək Sizin sualla:

Developer-lər bizimlə işləyərək satış tempinin yüksəlməsi, premium markalarla layihənin dəyərinin artması, bir podratçı ilə işləməyin rahatlığı və rəsmi zəmanət kimi üstünlüklərə sahib olur. Bu həm vaxt, həm də satış baxımından ciddi üstünlükdür. Bir növ hərə öz işi ilə məşğul olur və daha çox fayda əldə edir.

- Bu xidmətdən fərdi mənzil sahibləri də yararlana bilərmi?

- Bəli, xidmət həm developer-lərə, həm də fərdi mənzil sahiblərinə açıqdır. Daha əvvəl yuxarıda dediyim kimi, mənzil təmir etmə, mebelləşdirmə və ya dekorasiya özü-özündə çox ciddi vaxt tələb edir. "Mutfakçı"nın açar təslim təkliflərindən istifadə edərək fərdi şəxslər də öz vaxtlarına və Sizə deyim ki, həm də büdcələrinə ciddi qənayet etmiş olurlar.

- Büdcəyədə? Biz Mutfakçı dedikdə ağlımıza premium, az-qala lüks təkliflər başa düşürük. Bu zaman büdcəyə necə qənayet etmək olar?

- Çox maraqlı bir deyim var: “Mən o qədər varlı deyiləm ki, ucuz məhsullar alam” bu deyim təmir prosesində ikiqat əhəmiyyətli olur. Bugün "Mutfakçı" təmir üçün lazım olan bir çox qlobal şirkətlərin Azərbaycanda distribyutoru və ya layihə partnyorudur. Biz xammalları bir-başa özümüz alırıq, depolayırıq və nəticədə "Mutfakçı" ciddi xərc üstünlüyü əldə edir. Özünüz düşünün bir var hansısa fiziki şəxs (ev sahibi) öz mənzili üçün Avropa malları təhçiz edən mağazadan xammal alır, o bir-bir bəyənir bu prosesə çoxıu vaxt sərf edir.  Digər tərəfdə biz birbaşa Avropa fabriklərindən aldığımız endirimləri tətbiq edərək müştəriyə açar təslim təklif edirik. Beləliklə müştəri premium keyfiyyəti çox münasib qiymətə və vaxt sərf etmədən əldə edir.

- Mutfakçı premium yaşam üçün yeni standartlar təklif etdiyini bildirir. Bu standartlar nələrdir?

- Yeni standartlar 3 əsas prinsipə əsaslanır:

1. Material standartı – yalnız Avropa istehsalı premium markalar: "Nolte", "Grespania", "Kerlux", "Hansgrohe", "Axor", "Blum", "Hettich" və s.,

2. Zəmanət standartı – bütün təmir və mebel üzrə rəsmi zəmanət sənədi təqdim olunur,

3. Bir pəncərə prinsipi – bütün interyer işləri sistemli şəkildə "Mutfakçı" tərəfindən idarə edilir.

Müştərilərimiz premium keyfiyyətli məhsulları, rəsmi zəmanətlə əldə edirlər və təmir prosesi bir pəncərə prinsipi ilə bizim komanda tərəfindən idarə edilir. Məsələn, bizim rəsmi distribyutor olduğumuz onlarla Almaniya, İtaliya, İspaniya markaları var. Biz onlardan premium keyfiyyəti münasib qiymətlə təklif edə bilirik. Sizə qısa deyim, maddiyatı, premium keyfiyyəti və vaxtı düşünənlər üçün "Mutfakçı Açar təslim" layihəsi çox sərfəlidir.

- İlkin müəllim, biz premium keyfiyyət və büdcə məsələsini tam başa düşdük. Bəs vaxtı dəyərli olan insanlar üçün bu xidmət niyə uyğundur?

- Premium seqmentdə ən önəmli dəyər vaxt və rahatlıqdır.

Bizim xidmət:

• ustalar, material seçimi, dizayn, texnika kimi prosesləri ortadan qaldırır,

• müştərinin vaxtını heç almır,

• əvvəlcədən planlaşdırılmış büdcə və təhvil tarixləri təqdim edir,

• bütün məsuliyyəti bir komanda daşıyır.

Bu səbəbdən iş adamları, menecerlər və vaxtı dəyərli olan insanlar üçün ideal həlldir. "Mutfakçı" bütün prosesi idarə edir, müştəri isə yalnız açarı təhvil alır. Təmirin hər mərhələsində düzgün hesabat sistemi işləyir. Müştəri onlayn formada evində gedən təmir prosesini görür. Onun yaşamağa, ailə vaxt keçirməyə vaxtı qalır. Təmir sözü stress sözünün az qala sinoniminə çevrilib, biz bu təfəkkürü dəyişmək istəyirilk.

- “Açar təslimi” prosesi hansı mərhələlərdən ibarətdir?

- Proses çox aydın və sistemlidir:

1. İnteryer dizaynı,

2. Təmir işləri (divarlar, döşəmə, elektrik, santexnika),

3. Mebel istehsalı və quraşdırılması,

4. Məişət texnikasının inteqrasiyası,

5. Dekorasiya və son təhvil.

Müştəri yalnız açarı təhvil alır və dərhal yaşamağa başlayır.

- Təmir gecikmələri bazarda geniş yayılıb. Siz “Vaxtında təhvil” prinsipinə necə əməl edirsiniz?

- Bu, bizim üçün əsas prioritetdir. Vaxtında təhvil sistemimiz 3 prinsipə əsaslanır:

• material və mebel təminatını özümüz idarə etdiyimiz üçün gecikmə səbəbləri minimuma enir,

• hər mərhələ üçün rəsmi təhvil təqvimi təsdiqlənir,

• proses addım-addım aktlaşdırılır.

Ödənişlər də mərhələlərə bölünür və şəffaf şəkildə idarə olunur. Həmçinin "Mutfakçı"da bütün mərhələlərdə "qızıl zəmanət" təqdim edir. Nəticədə gecikmə prosesi demək olar ki, yox səviyyədədir.

- Material və mebel keyfiyyətinin zəmanətini necə təmin edirsiniz?

- Zəmanət "Mutfakçı"nın ən güclü tərəflərindən biridir. Biz:

• yalnız Avropa istehsalı mexanizmlər və materiallar istifadə edirik,

• mebel istehsalını özümüz həyata keçiririk,

• bütün mənzil üzrə rəsmi zəmanət sənədi təqdim edirik,

• zəmanət həm təmirə, həm mebelə, həm də texnikaya şamil olunur.

Bu, bazarda çox az şirkətin təklif etdiyi bir modeldir.

- Hal-hazırda çalışdığınız devoloper şirkətləri varmı?

- Çox sevindirici haldır ki, bu təklifi bizə təmir sektoru diktə edib. Artıq Azərbaycanın bir çox aparıcı tikinti şirkətləri ilə layihələrimiz var. Bugün artıq "Huner Group", "ArchiKo" kimi premium yaşam tərzi təklif edən şirkətlərin çox saylı mənzillərində tam açar təslim prosesini həyata keçiririk. Hər təmir etdiyimiz mənzil, hər imzaladığımız müqavilə bir daha doğru yolda olduğumuzu göstərir.

Devoloper-lərlə yanaşı "Mutfakçı"nın öz müştəriləri tərəfindən də layihəyə böyük maraq var. Premium mənzillərin interyer həllərində şirkətimizin çox saylı təhvilləri var.

- Premium təmir üçün ustalarınızın peşəkarlığı barədə nə deyə bilərsiniz?

- Bizim komanda interyer üzrə ixtisaslaşmış ustalardan və mühəndislərdən ibarətdir. Elektrik, santexnika, boya, dülgərlik və digər sahələrdə ayrıca peşəkar qruplarımız var.

Hər iş mərhələsi texniki nəzarətdən keçərək aktlaşdırılır. Bu, nəticənin stabil və premium səviyyədə olmasını təmin edir. Sizə səmimi şəkildə deyim ki, bu işdə usta səriştəsi ilə parallel layihə idarəedilməsinin rolu böyükdür.

- Müştəri məlumatlarının gizliliyi necə qorunur?

- Müştəri məlumatlarının məxfiliyi bizim üçün ciddi prinsipdir. Ölçülər, dizayn materialları, təmir prosesinə aid bütün informasiyalar üçüncü tərəflərlə paylaşılmır. Bu, həm etik, həm də korporativ qaydamızdır.

- Müsahibəyə görə, təşəkkür edirik.

Əlaqə: 055 270 00 15

https://mutfakci.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://marja.az
archiveBu xəbər 10 Dekabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2091

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see316

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see171

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see139

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see133

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see128

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see122

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri