Icma.az
close
up
RU
Tamaşaçı zövqünü televiziyaların özləri korlayırlar

Tamaşaçı zövqünü televiziyaların özləri korlayırlar

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bağlanan verilişlərə baxan əlbəttə ki, tamaşaçılardır. Yəni onlar baxmasa, tələbat olmasa, bu verilişlər də o qədər irəli gedə bilməzdilər. Əlbəttə kökündən kəsib atmağın da tərəfdarı deyilik. Əslində o verilişlərin bəzilərində, məsələn Lalə Azərtaşın verilişində yaxud da ki, Xoşqədəm Hidayətqızının verilişində çox faydalı işlər görürdülər. Həqiqətən də insanlara yararlı verilişlər idi”.
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Azər Həsrət deyib.
O bildirib ki, sadəcə olaraq o seçilən üslub narahatlıq və narazılıq doğurur:
“Yəni emosional tərzdə, bir qədər də insanların emosiyaları ilə manipulyasiya edərcəsinə veriliş aparılması doğru bir şey deyil. Məsələn, mən onların hər ikisini tanıyıram  Lalə xanımı da, Xoşqədəm xanımı da. Kifayət qədər potensiallı jurnalistlərdir, potensiallı aparıcılardır. Yəni onların bu tip verilişləri daha intellektual səviyyədə aparmaq imkanları əslində var. Amma niyə bunu etmirdilər? Onların da cavabları bu olurdu ki, tamaşaçı bunu istəyir. Əslinə qalanda, həmişə demişəm ki, tamaşaçı zövqünü biz özümüz korlayırıq. Yəni televiziyaların özləri korlayırlar. Biz tamaşaçını elə yetişdirə bilərik ki, daha yüksək səviyyəli verilişlərə baxa bilərlər və bunu istəyənlər də milyonlarladır. Amma təəssüflər olsun ki, bəzən bəzi insanlar, jurnalistikadan xəbəri belə olmayan insanlar gəlir aparıcılıq eləyir. Yəni bu cür verilişləri gətirib çıxarırlar bax bu cür səviyyəyə. Və o da əlbəttə ki, tamaşaçı zövqünün korlanmasına əlavə stimul verir, nəticə etibarilə itirən də cəmiyyət olur.
İndi bu verilişlər bağlanır. Düşünürəm ki, onların ideyaları, hamısının yox, bəzilərinin, məsələn "Səni axtarıram" ideyası əla ideyadır. Pis deyil, onu qorumaq, saxlamaq və hətta davam etdirmək lazımdır, şəxsən düşünürəm. Lalə Azərtaşın da ideyası pis ideya deyil. Sadəcə yanaşmanı dəyişmək, üslubu dəyişmək lazımdır”.
O diqqətə çatdırıb ki, çığır-bağır salan adamları efirə çağırmaq olmaz:
“Həqiqətən də normal ekspertlər dəvət etmək, normal müzakirələr təşkil etmək olar. Mən həmişə müqayisə üçün deyirəm ki, Nailə İslamzadənin bir vaxtlar Dövlət Televiziyasında (AzTV-də), hələ alternativlər çox olmayan vaxtlarda "Ailələr, Talelər" verilişi var idi. O qədər gözəl veriliş idi ki, təsəvvür edin ki, aradan on illər keçib, mənim kimi bir tamaşaçı hələ də o verilişi unuda bilmirəm. Çox populyar veriliş idi. Nə qədər ona məktublar gəlirdi, məktublar efirdən oxunurdu və həqiqətən də çox yüksək səviyyəli bir veriliş idi və bu günə kimi də yaddaşlarda qalır. Amma"bozbaş" dediyimiz verilişlər bugün efirdən çıxar, əksəriyyəti sabah yada belə düşməyəcək. Artıq keyfiyyət dəyişikliyinə getmək zərurəti yaranıb və bu zərurətə uyğun olaraq da addımlar atılmalıdır. Əlbəttə, indi suallar verilir həmişə ki, bu verilişləri efirə buraxan kimdir və s. Bunlar hamısı bəlli məsələlərdir. Yəni efirin yiyəsi var da, bu sahibsiz deyil ki? Audiovizual Şuradan tutmuş televiziyaların öz rəhbərlərinə qədər, hər kəsin burda məsuliyyət payı var. Və o məsuliyyətə uyğun da davranmaq lazım idi. Davranırlar, amma gecikiblər, xeyli gecikiblər. Nəticə etibarilə milyonlarla tamaşaçının zövqü korlanıb.
İndi bundan sonrakı mərhələdə o korlanmış zövqü bərpa etmək lazım gələcək. Ardından da əlbəttə ki, artıq daha zövqlü tamaşaçılar üçün daha uyğun, daha üstün verilişlər təqdim etmək lazım olacaq. Yenə deyirəm ki, orda hamısı haqqında deyə bilmərəm, amma Lalə Azərtaşı da yaxşı tanıyıram, Xoşqədəm Hidayətqızını da uzun illərdir, on illərdir tanıyıram, potensiallarına bələdəm. Bilirəm ki, onlar daha zövqlü verilişlərlə efirə qayıda bilərlər. Yəni onlar televiziyalara və tamaşaçılara faydalı ola bilərlər”.
Qeyd edək ki, bir müddətdir ki, yerli telekanallarda yayımlanan bir sıra bayağı verilişlərin dayandırılması ilə bağlı qərarlar qəbul edilir. Bu çərçivədə ARB TV kanalında da kadr və proqram siyasətində dəyişikliklərin aparıldığı bildirilir. Məlumata görə, tanınmış aparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Kamalın müəllifi olduqları verilişlərin yayımı dayandırılır. Bununla yanaşı, aparıcı Lalə Azərtaşın proqramının da efirdən çıxarılacağı iddia olunur. Sözügedən dəyişikliklərin telekanallarda yayımlanan kontentin keyfiyyətinin artırılması məqsədi daşıdığı bildirilir.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Mart 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri