Icma.az
close
up
RU
Tamstore müştəriləri BELƏ ALDADIR: ŞİKAYƏT FOTO KONKRET

Tamstore müştəriləri BELƏ ALDADIR: ŞİKAYƏT FOTO KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda fəaliyyət göstərən “Tamstore” supermarketlər şəbəkəsi yenidən istehlakçı narazılığı ilə gündəmə gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Sevinc Paşayeva məlumat paylaşıb. Sosial şəbəkədə yayılan məlumata görə, marketlərdə satışa çıxarılan bəzi yoqurt məhsulları, xüsusilə də “Нежный” brendinə məxsus olanlar istifadəyə yararsız, kiflənmiş halda müştərilərə təqdim edilir. Daha narahatedici məqam isə bu məhsulların guya “endirimli” qiymətlərlə satışa çıxarılmasıdır.

Jurnalist bildirir ki, marketin son dövrlərdə sürətlə genişlənən şəbəkəsi fonunda xidmət keyfiyyəti tamamilə zəifləyib. Sevinc Paşayeva hətta bir neçə gün əvvəl Tamstore filiallarından birindən 6.42 manatlıq şokolad məhsulu alarkən kassada başqa bir malın, yəni 18.88 manatlıq məhsulun barkodu ilə vurulduğunu deyir. Məsələ ilə bağlı baş kassirlə uzun mübahisədən sonra zərərin güclə geri ödənilməsinə nail olduğunu bildirir.
Jurnalist məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mövqeyini gözlədiyini, satış zəncirində harada səhlənkarlığa yol verildiyinin araşdırılmasını tələb edir. Onun fikrincə, “qida təhlükəsizliyi zənciri”nin hansı mərhələsində problemin yarandığı və məsul şəxslərin kim olduğu aydınlaşdırılmalıdır.

Qeyd edək ki, problemli yoqurt məhsulları Rusiya istehsalı olan “Нежный” brendinə məxsusdur və Azərbaycana “Aqro-Vest DC” MMC tərəfindən idxal olunur. İstehlakçı bu şirkətin də fəaliyyəti ilə bağlı müvafiq qurumlar tərəfindən təftiş aparılmasını vacib hesab sayır.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə “Tamstore” marketlər şəbəkəsinə rəsmi sorğu ünvanladıq. Lakin marketlər şəbəkəsi tərəfindən hələlik cavab verilməyib
Bundan əlavə, məsələ ilə bağlı bir neçə dəfə əlaqə saxlamağa cəhd göstərsək də, zənglərimiz cavabsız qaldı. Şirkət nümayəndələri ilə əlaqə qurmaq mümkün olmadı.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:539
embedMənbə:https://konkret.az
archiveBu xəbər 31 May 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri