Tanınmış agent: Çempionatımızın səviyyəsi “Qarabağ”ın avrokuboklardakı çıxışının kölgəsində qalır
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Fikir bildirmək üçün 11 tur tezdir. Çempionatın 12 komandalı, legioner limitinin ləğv olunmasının xüsusi fərqi yoxdur". Bu sözləri Sport24.az-a açıqlamasında menecer Tural Əsgərov deyib.
Tanınmış agent Misli Premyer Liqasının başa çatan birinci dövrəsini şərh edib:
"Ötən mövsümlə müqayisədə gözəçarpan dəyişiklik görünmür. Stadionların bərbad, tribunaların boş olması və təəssüf ki, komandaların gətirdikləri legionerlərin əksəriyyətinin keyfiyyətsiz olması üzücü məqamdır. Çempionatımızın səviyyəsi "Qarabağ"ın avrokuboklardakı çıxışının kölgəsində qalır. Heç kimin xətrinə dəymək istəmirəm. "Qarabağ" avrokuboklarda dolu, çempionat oyunlarında boş tribuna qarşısında oynayır. Hazırda oyunu ilə gözoxşayan legioner yoxdur. Fikrimi "Qarabağ"ın avrokubok oyunlarına əsasən yürütmək istəmirəm. Söhbət çempionatdan gedirsə, yoxdur. Hansısa klub legioner transfer edərkən böyük uğur əldə edib demək, tezdir".
Qeyd edək ki, ilk dövrədə Sabah" - "Qarabağ matçı təxirə salınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 13 Noyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















