Icma.az
close
up
RU
Tanınmış çay markasında boya aşkarlandı Nazirlik ifşa etdi

Tanınmış çay markasında boya aşkarlandı Nazirlik ifşa etdi

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İstanbulun Küçükçekmece rayonunda fəaliyyət göstərən KALE İstehlak Malları və Qida Sənayesi Ticarət Limited Şirkətinə məxsus "Şirin Çay" markalı qara çayda təhlükəli tərkib aşkarlanıb.

Milli.Az xəbər verir ki , Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin apardığı laboratoriya analizləri nəticəsində məlum olub ki, məhsulun 003 partiya nömrəli nümunəsində qadağan olunmuş qida boyası istifadə edilib.

Rəsmi açıqlamaya görə, 1 iyul 2025-ci il tarixində aparılan yoxlamalarda aşkarlanan boyaq maddəsi çay kimi təbii məhsullarda istifadəsi qəti şəkildə qadağandır. Mütəxəssislər bildiriblər ki, bu cür maddələr uzunmüddətli istifadədə qaraciyər, böyrək kimi həyati orqanlara zərər vura bilər, hətta bəzi hallarda kanserogen təsirə malik ola bilər.

Qida təhlükəsizliyi mütəxəssisləri xəbərdarlıq edirlər ki, məhsulun rəngini və görünüşünü yaxşılaşdırmaq məqsədilə istifadə olunan bu cür boyalar istehlakçıların sağlamlığı üçün ciddi təhlükə yaradır. Çayın təbii xüsusiyyətlərini dəyişdirmək, həm keyfiyyət, həm də təhlükəsizlik baxımından risklidir.

Nazirlik və digər aidiyyəti qurumlar "Şirin Çay" markalı və 003 partiya nömrəli məhsulu alanlara müraciət edərək bildiriblər ki, həmin çay istehlak edilməməlidir. Vətəndaşlara məhsulu məhv etmələri və ya müvafiq orqanlara məlumat vermələri tövsiyə olunub.

Qeyd edək ki, aşkar edilmiş pozuntu ilə bağlı inzibati tədbirlərə başlanılıb. Nazirlik gələcəkdə bu cür halların qarşısını almaq üçün nəzarət və yoxlamaların gücləndiriləcəyini açıqlayıb.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 İyul 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri