Icma.az
close
up
RU
Tanınmış futbol hakimi Bakıya gələcək

Tanınmış futbol hakimi Bakıya gələcək

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA Hakimlər Komitəsinin üzvü, UEFA Talant və Mentor Proqramının rəhbəri, eyni zamanda hakim-inspektor Byorn Kuypers AFFA-nın dəvəti ilə Bakıya səfər edəcək.

Futbolpress.az xəbər verir ki, niderlandlı mütəxəssis fevralın 27-də “Baku Marriott Boulevard” hotelində hakimlər üçün seminar keçirəcək. Kuypers saat 11:00-da başlayacaq seminarda liderlik və oyun idarəçiliyi, eyni zamanda kommunikasiya üzrə təcrübələrini bölüşəcək. Həmçinin FIFA dərəcəli hakimlərə döş nişanlarının təqdimatı olacaq. Tədbirin bağlanış mərasimi saat 16:30-da baş tutacaq.

Seminardan sonra saat 17:00-da Byorn Kuypersin iştirakı ilə brifinq təşkil olunacaq. Media nümayəndələri bağlanış mərasiminə və brifinqə dəvətlidirlər.

Qeyd edək ki, 2002-ci ildə hakimliyə başlayan Byorn Kuypers 2006-cı ildə FIFA kateqoriyasını alıb. 2009-cu ildən karyerasını başa vurduğu 2021-ci ilə qədər elit kateqoriyanı daşıyan Kuypers iki dəfə (2014, 2018) dünya, üç dəfə (2012, 2016, 2020) isə Avropa çempionatının final mərhələsinin matçlarına təyinat alıb. Həmçinin UEFA Çempionlar Liqası, Avropa Liqası, FIFA klublararası dünya çempionatı, FIFA Konfederasiyalar Kuboku kimi mötəbər yarışlarda dəfələrlə oyunlar idarə edib.

Niderlandlı 2009-cu ildə U-21-lərin Avropa çempionatının finalını, 2011-ci ildə UEFA Superkubokunu, 2013 və 2018-ci illərdə UEFA Avropa Liqasının finalını, 2013-cü ildə FIFA Konfederasiyalar Kubokunun finalını, 2014-cü ildə UEFA Çempionlar Liqasının finalını, eyni zamanda AVRO-2020-nin finalını idarə edib, DÇ-2018-də isə dördüncü hakim olub.

Byorn Kuypers 2021-ci il iyulun 29-da “Ayaks”la PSV arasında keçirilən Niderland Superkuboku matçını idarə etdikdən sonra karyerasını başa vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 05 May 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see397

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see377

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see349

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see349

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see340

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see335

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see332

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see330

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see311

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see307

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

12 Sentyabr 2026 19:28see288

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see281

FAO nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

12 Sentyabr 2026 18:32see281

Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?

12 Sentyabr 2026 16:39see276

ABŞ Çin rəqabətinin görünməyən tərəfləri: Məsələ “ticarət savaşı“ndan daha dərindir?

12 Sentyabr 2026 16:12see262

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see248

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see247

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see238

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

12 Sentyabr 2026 18:35see231

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri