Tanınmış hücumçu klubsuz qaldı
Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
ÇFR hücumçu İslam Slimani ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə Rumıniya klubunun rəsmi saytı məlumat yayıb.
Əlcəzair millisinin sabiq üzvü ilə yayda başa çatmalı olan müqaviləyə qarşılıqlı razılıq əsasında vaxtından əvvəl xitam verilib.
Qeyd edək ki, İslam Slimani mövsümün əvvəlində ÇFR-yə qoşulmuşdu. 37 yaşlı forvard Kluj təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu karyerası ərzində "Sportinq", "Lester Siti", "Fənərbaxça", "Monako", "Lion", "Brest", "Koritiba" kimi klubların formasını geyinib.
Bu mövzuda digər xəbərlər:Tanınmış futbolçu klubsuz qaldı
07 Yanvar 2025 13:22
Tanınmış futbolçu klubsuz QALDI
03 Sentyabr 2025 00:29
Baxış sayı:117
Bu xəbər 14 Aprel 2026 21:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















