Tanınmış ictimai siyasi xadim Anar İbrahimovun 50 illik yubileyidir
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Dəyərli ziyalı, tanınmış ictimai-siyasi xadim Anar İbrahimovun 50 illik yubileyidir.
Anar İbrahimov ömrünün yarım əsrini dövlətə, xalqa və Vətənə xidmətə həsr etmiş, bu yolda öz dəst-xətti, prinsipial mövqeyi və dəyişməz dəyərləri ilə seçilən şəxsiyyətlərdəndir.
Onun Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, Naxçıvan Muxtar Respublikasının inkişafında, qanunvericilik fəaliyyətinin təkmilləşdirilməsində və müasir parlament quruculuğunun formalaşmasında mühüm xidmətləri vardır. Ali Məclisin deputatı və rəhbəri kimi Anar müəllim Vətənə və dövlətə xidmətin layiqli nümunəsini yaradıb.
Yeni Azərbaycan Partiyasındakı fəaliyyəti də onun dövlətçilik mövqeyinin və siyasi əqidəsinin mühüm göstəricisidir. Anar İbrahimov dövlətə, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa və Prezident İlham Əliyevin siyasətinə sədaqəti ilə seçilir.
Doğru bildiyi yoldan geri çəkilməmək, mövqeyini şəraitə görə dəyişməmək bəzən Anar müəllim üçün asan olmayıb. Lakin onu Anar İbrahimov edən, naxçıvanlıların gözündə ucaldan və ölkənin ictimai-siyasi həyatında nüfuz qazandıran əsas xüsusiyyətlərindən biri də məhz bu prinsipiallığıdır.
Anar müəllim dəyişməyən insandır. Onun dəyişməyən dəyərləri, dəyişməyən dövlətçilik mövqeyi və Vətənə bağlılığı var. Elə buna görə də onu tanıyan hər kəs üçün Anar İbrahimov xüsusi dəyər daşıyır.
Hörmətli Anar müəllim!
Sizi 50 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və dövlətimizə, xalqımıza xidmət yolunda yeni uğurlar arzulayıram.
Əminəm ki, bundan sonrakı fəaliyyətiniz də zəngin həyat və dövlətçilik təcrübənizlə Azərbaycanın inkişafına, Naxçıvanın tərəqqisinə və milli dövlətçilik ideallarımızın daha da möhkəmlənməsinə xidmət edəcək.
Bu əlamətdar yubiley münasibətilə Səs Media Qrupu adından Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun və mənalı ömür, ailə səadəti və bütün fəaliyyətinizdə uğurlar arzulayıram.
Allah Sizi qorusun.!
Bəhruz Quliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 16 Avqust 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















