Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Flik “Barselona”dan ayrıla bilər

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

Azərbaycan futbolunun əfsanəsi

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Professor Vüsal Qasımlının 50 illik yubileyidir

Professor Vüsal Qasımlının 50 illik yubileyidir

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Vüsal Qasımlı
Müstəqil Azərbaycanın dinamik inkişaf edən dövlət kimi formalaşmasında və inkişafında ölkənin iqtisadi qüdrəti və iqtisadi müstəqilliyi, gücü müstəsna əhəmiyyət kəsb edir. Milli iqtisadiyyatın şaxələndirilməsi, beynəlxalq əmək bölgüsü sistemində uğurlu şəkildə ixtisaslaşması və iqtisadi inkişaf modelinin təkmilləşdirilməsi, yeni iqtisadiyyat sahələrinin səmərəli formalaşdırılması dərin və fundamental elmi-tədqiqatları şərtləndirir. Son 10-15 il ərzində bu istiqamətdə önəmli addımlar atılıb.

Dövlət başçısının rəhbərliyi altında milli iqtisadiyyatın diversifikasiyalaşdırılması və qeyri-neftqaz sektoru sahələrinin inkişafının intensivləşdirilməsi məqsədilə konseptual baxışlar və yanaşmalar yenilənib, dövlət strukturlarında islahatlar aparılıb və əsas iqtisadiyyat sahələri üzrə strateji yol xəritələri müəyyənləşdirilib, milli prioritetlər ön plana çəkilib və bunların reallaşdırılması istiqamətində genişhəcmli fəaliyyət proqramları, strategiyalar və tədbirlər kompleksi icra olunmaqdadır.
Mübaliğəsiz qeyd edə bilərik ki, ölkəmizdə bu istiqamətlərdə konseptual baxışların formalaşdırılmasında və islahatların təşkilində, iqtisadi mexanizmlərin hazırlanması və həyata keçirilməsində 50 illik yubileyini qeyd edən professor Vüsal Qasımlı çoxşaxəli təşkilatçılıq və elmi-pedaqoji, beynəlxalq səviyyəli iqtisadçı-ekspert statusunda səmərəli fəaliyyəti ilə diqqət çəkir.
İqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Əfras oğlu Qasımlı 1975-ci il aprelin 7-də İmişli şəhərində anadan olub. İmişli şəhər 34 saylı məktəbi bitirdikdən sonra 1993-cü ildə ən yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olaraq ali təhsil alıb. Onun ikinci ixtisası Gürcüstan İctimai Əlaqələr İnstitutundan aldığı jurnalistika üzrə magistr dərəcəsidir.
Elmi tədqiqatlara dərindən maraq göstərən və yüksək analitik təfəkkürə malik olan Vüsal Qasımlı 2009-cu ildə iqtisad üzrə fəlsəfə doktoru, 2017-ci ildə isə iqtisad elmləri doktoru alimlik dərəcəsini müdafiə edib. 2013-cü ildə Vüsal Qasımlıya dosent elmi adları verilib.
Öz dünya görüşünü daim artıran, dünya iqtisadiyyatının problemlərini sistemli şəkildə araşdıran, beynəlxalq iqtisadi münasibətlər sisteminin bilicisi olan Vüsal Qasımlı 2021-ci ildə Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində “İqtisadi artımın idarəedilməsi” mövzusunda rəhbər kadrların hazırlanması proqramı üzrə məzun olub. Bundan əlavə, Vüsal Qasımlı 2022-2023-cü illərdə Oxford Universitetində "Strategiya və innovasiya üzrə" birillik proqramda təhsil alaraq, magistr səviyyəli “postgraduate” diplomunu alıb.

Vüsal Qasımlı 2005-2007-ci illərdə “ANS-Press№ Nəşriyyat Evinin prezidenti olub. 2007-2011-ci illərdə isə Avropa İttifaqı, Dünya Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının və bir sıra beynəlxalq qurumların həyata keçirdiyi layihələrdə çalışıb. 2011-2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib. 2015-ci ildə isə o, Böyük İyirmiliyin beyin mərkəzlərinin T20 platformasında Azərbaycanı təmsil edib. 2016-cı ildə Asiya İnkişaf Bankının iqtisadi inkişaf məsələləri üzrə məsləhətçisi olub.
Davamlı və səmərəli fəaliyyəti nəzərə alınaraq, Vüsal Qasımlı 2016-cı ilin may ayının 2-dən Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında yaradılmış İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru təyin olunub. Eyni zamanda, o, 2021-ci ildə BMT-nin Asiya və Sakit Okean Komissiyasının koordinatoru təyin edilib.
Azərbaycanda milli valyutanın devalvasiyasından irəli gələn mürəkkəb problemlərin həlli istiqamətində kompleks tədbirlərin görülməsi və bu sahədə islahatların aparılması vacib idi. Belə bir şəraitdə Vüsal Qasımlı prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin" hazırlanmasında yaxından iştirak edib. V. Qasımlının icraçı direktor olduğu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi strateji yol xəritələrinin hazırlanması üçün 400 nəfər xarici və yerli ekspertin çalışdığı bir platformaya çevrilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azexport.az, Rəqəmsal Ticarət Qovşağı, Enterprise Azerbaijan və Bir Pəncərə İxraca Dəstək Mərkəzi kimi layihələrin həyata keçirilməsini təmin edib. Mən də iqtisadçı alim kimi bu proseslərə cəlb olunduğumdan həmin dövrdə Vüsal Qasımlının maksimum səmərəli fəaliyyətinin şahidi olmuşam.
Vüsal Qasımlı "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının əsasında yaradılmış hökumət komissiyasının üzvüdür.
Vüsal Qasımlıya Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 19.04.2024-cü il tarixli qərarı ilə professor elmi adı verilib. 2010-2014-cü illərdə V. Qasımlı UNEC-də Xüsusi İstedadlar Qrupu və MBA proqramı üzrə pedaqoji fəaliyyətlə məşğul olub. V. Qasımlı Vaşinqton Universiteti, Kaliforniya Universiteti, Qahirə Amerika Univeristeti, Varşava Universiteti, Seulun Hanyan və Hankuk Universitetləri və Rio-de-Janeyro Universitetində ictimai mühazirələr oxuyub. 2013-cü ildə V. Qasımlı Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunda qonaq alim kimi çalışıb. V. Qasımlı 2021-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor kimi çalışır. Onun Azərbaycan, rus, koreya və ingilis dillərində 10 kitabı və 500-ə qədər elmi və publisistik məqaləsi var. Azərbaycanla yanaşı bu əsərlər Türkiyə, Almaniya, İtaliya və s. ölkələrdə nəşr edilib.
V. Qasımlının bir sıra elmi əsərləri geniş yayılmış və dərin elmi məzmuna, praktiki əhəmiyyətə malikdir. Məsələn, “İqtisadi artım” kitabı nəzəri-konseptual və praktik məsələləri əhatə etməklə, makro, mezo və mikro səviyyədə iqtisadi böyümənin mahiyyətini açır və müvafiq tövsiyələri təqdim edir. "Geoeconomics" kitabı ingilis dilində işıq üzü görüb. Müəllif ilk dəfə olaraq geoiqtisadiyyatı müstəqil elm sahəsi kimi təqdim etməklə, onun tərifini və əsas istiqamətlərini müəyyənləşdirə bilib. "Geoiqtisadiyyat" kitabı dünyanın aparıcı universitetlərinin və beyin mərkəzlərinin (Oksford, Kembric, Çikaqo, Anadolu və s. universitetlər) kitabxana fonduna daxil edilib. "İqtisadi modernizasiya" kitabı 2014-ci ildə nəşr olunub. Bu kitabda, Azərbaycanda iqtisadi konyuktura, ölkə iqtisadiyyatının beynəlxalq müstəvidə rolu, ölkənin gələcək inkişaf perspektivləri, yeni sənaye inqilabı məsələləri, modernləşdirmənin nəzəri-metodoloji əsasları, xüsusilə də, aqrar sahənin modernləşdirilməsi nəzəriyyələrinin təkamülü, Azərbaycanda aqrar sahənin modernləşdirilməsi xüsusiyyətləri öyrənilib, istehsalın modernləşdirilməsində əmək qüvvəsinin və aqrar sahədə modernləşdirmənin davamlı iqtisadi inkişafda rolu, bu sahədə modernləşdirmə siyasətinin təkmilləşdirilməsi tədqiq olunub. "Resursla zəngin ölkələr: Modernizasiya və diversifikasiya" monoqrafiyası Azərbaycan təcrübəsindən çıxış etməklə, resursla zəngin ölkələrin innovasiyaya əsaslanan və ixracyönümlü inkişafını təhlil edir.

V. Qasımlı qlobal çağırışlara adekvat olaraq dərin tədqiqatları ilə ölkə iqtisadiyyatının strukturunun təkmilləşdirilməsinə töhfələr verib. “Yaşıl inkişaf: enerji səmərəliliyi və alternativ mənbələr” adlı kitab ölkədə enerji istifadəsinin səmərəliliyinin artırılmasına yönəldilmiş yeni və çox ciddi bir addım kimi qiymətləndirilə bilər. Bir qrup azərbaycanlı alimlərlə yazdığı "Yaşıl iqtisadiyyat" kitabında multidisiplinar və çoxölçülü yanaşma əsasında “yaşıl iqtisadiyyat”ın əsasları verilir. Bu kitabda qlobal trendlər və perspektivlər təhlil olunub və Azərbaycanda “yaşıl iqtisadiyyat”ın inkişafının magistral xəttinin müəyyənləşdirilməsində önəmli addımlar atılıb. Monoqrafiya Azərbaycan Respublikasında “yaşıl iqtisadiyyat” məsələlərinin elmi cəhətdən araşdırılmasını özündə ehtiva edən ilk əhatəli tədqiqat əsəridir. Professor V. Qasımlının rəhbərliyi ilə hazırlanan “Rəqəmsal İqtisadiyyat” kitabında rəqəmsallaşmanın iqtisadi inkişafda rolu araşdırılır və bu sahədə mövcud nəzəri əsaslar yer alır. Rəqəmsal meqa-trendlər, rəqəmsal iqtisadiyyatın mahiyyəti, ənənəvi iqtisadiyyat və rəqəmsal iqtisadiyyatın mühüm fərqli aspektləri, rəqəmsal iqtisadiyyatın hesablanması məsələləri, rəqəmsal cəmiyyət quruculuğu, rəqəmsallaşmanın sosial-iqtisadi aspektləri, rəqəmsal təhlükəsizlik və s. haqqında nəzəri-praktik şərhlər verilir. Eyni zamanda, rəqəmsal iqtisadiyyatın infrastrukturunun ayrı-ayrı komponentləri haqqında, rəqəmsallaşmanın iqtisadiyyatın müxtəlif sektorlarını əhatə etmə dərəcəsi barədə məlumatlar təqdim olunur və s.
V. Qasımlının səmərəli fəaliyyəti bir çox mükafatlara və dövlət təltifinə layiq görülüb. 2012-ci ildə – Astana İqtisadi Forumunun və Avrasiya Alimlərinin İqtisadi Klubunun mükafatını alıb. 12 noyabr 2018-ci ildə isə Prezident İlham Əliyev Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində fərqləndiyinə görə V. Qasımlını "Tərəqqi medalı" ilə təltif edilib. Bunlarla yanaşı, V. Qasımlı Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi medalı və “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.
Professor V. Qasımlı ölkədə və beynəlxalq səviyyədə çoxsaylı tədbirlərdə – konfrans və simpoziumlarda, biznes forumlarında məzmunlu çıxışları və təqdimatları ilə diqqət çəkir. Eyni zamanda, publik çıxışları və müsahibələri ilə fərqlənir.
V. Qasımov həm də gözəl ailə başçısıdır və 3 övlad atasıdır.
Hazırda Azərbaycan iqtisad elminin səmərəli fəaliyyət göstərən istedadlı nümayəndələrindən biri kimi professor V. Qasımlı özünün ən məhsuldar fəaliyyət dövrünü yaşayır. Qarşıda görüləsi işlər və hədəflər kifayət qədərdir.
50 illik yubileyi münasibətilə professor Vüsal Qasımlını təbrik edir, sağlam ömür, daha böyük elmi nailiyyətlər və Azərbaycan iqtisadiyyatının inkişafına davamlı töhfələr verməkdə nailiyyətlər arzulayırıq.
Şəfa ƏLİYEV,
Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://reyting.az
archiveBu xəbər 08 Aprel 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see486

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see298

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see294

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see288

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see238

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see235

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see229

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see226

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see222

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see218

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see211

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see204

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see191

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see184

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see181

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see177

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see168

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see161

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see160

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri