Icma.az
close
up
RU
Tanınmış idmançılar daim cəmiyyətin diqqət mərkəzindədirlər ŞƏRH

Tanınmış idmançılar daim cəmiyyətin diqqət mərkəzindədirlər ŞƏRH

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə
ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Dövlətimiz
məqsədyönlü siyasətini ardıcıl şəkildə aparır. Prezident İlham Əliyev bu siyasətə
imkan yaradan amillər haqqında çıxışlarının birində demişdir: “Azərbaycanda
sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri
aparılır. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün
dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik
ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil
yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də
döyüş meydanında.” Bildiyimiz kimi, Albaniyanın paytaxtı Tiranada keçirilən
Avropa çempionatında komanda hesabında Avropa çempionu olan sərbəst güləş
üzrə Azərbaycan millisi üc qızıl, iki gümüş və bir bürünc medal qazanan yığma
152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu olub. Buna qədər Azərbaycan
güləşin bu növündə 2009, 2017, 2022, 2023 və 2025-ci illərdə qitənin ən güclü
ölkəsi olmuşdu. Millimiz Albaniyada medalların əyarına görə, son 17 ilin ən yaxşı
nəticəsinə imza atıb. “Bu qələbə bizim hamımızı sevindirdi. Azərbaycan güləşçiləri
bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında
komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə
alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin
keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və
mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki,
bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə
məğlub etmişlər. Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki,
güləşimiz uğurla inkişaf edir. Güləşimizin böyük ənənələri var və biz bu ənənələri
yaşadırıq.” Bu sözləri aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda
hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin
qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul
edərkən bildirib. Dünyada idman sahəsində rəqabətin artdığı bir dövrdə
Azərbaycan idmançılarının yüzlərlə medal qazanması ölkəmizin daxilində idman
və gənclər siyasətinin nə qədər dolğun aparıldığını isbat edir. Bu diqqət və qayğı
idmançılar üçün güclü motivasiya mənbəyi olmaqla yanaşı, gənc nəsildə idmana
marağı artırır və qalibiyyət ruhunu möhkəmləndirir. Nəticədə, Azərbaycan idmanı
təkcə nəticələr baxımından deyil, həm də davamlılıq, peşəkarlıq və beynəlxalq
rəqabət qabiliyyəti baxımından yeni keyfiyyət mərhələsinə yüksəlib. Azərbaycanda
idmanın inkişafı dövlət siyasətidir və idmanın inkişafına göstərilən bu diqqət,
aparılan dövlət siyasəti ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır. Bu gün idman
sahəsində əldə olunan nailiyyətlər bir daha onu göstərir ki, Azərbaycanda idman

uğurla inkişaf edir. Azərbaycan idman ölkəsidir və həm böyüklər, həm gənclər
arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü,
dövlətimizin qüdrətini nümayiş etdirirlər. İdmançılarımızın beynəlxalq yarışlarda,
xüsusilə Olimpiya oyunlarında ölkəni təmsil edərkən əldə etdikləri qələbələr,
bayrağımızın qaldırılması və himnimizin səslənməsi gənc nəsil üçün nümunə
olmaqla onların vətənpərvərlik hissini gücləndirir. Bu, öz növbəsində,
Azərbaycanda yetişməkdə olan gənc nəslin idmana marağı, vətənə və Azərbaycan
bayrağına olan məhəbbətinin artmasına, eləcə də yeni dövrün çağırışlarına cavab
verən idman növlərinin inkişaf etdirilməsi üçün etibarlı zəmin yaradır. “Hər dəfə
beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur
hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu
da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli
amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son
illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir”, -
deyə Prezident çıxışında bildirib. Azərbaycan Prezidenti onu da bildirib ki,
Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır: “Həm
Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim
idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər
məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki,
idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi
inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz,
xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir”. Prezident İlham Əliyev Avropa
çempionatında komanda hesabında çempion olan güləşçilər və onların məşqçiləri
ilə görüşündə beynəlxalq yarışlarda idmançılarımıza qarşı ədalətsizliklərdən
danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: “Maraqlıdır, bir qayda olaraq
Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya
çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı
Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil,
həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir”. Dövlət başçımız
çıxışında bir vacib məqamı bildirib ki, tanınmış idmançılar daim cəmiyyətin diqqət
mərkəzindədirlər. “İdmançılarımızın həm cəmiyyətdə, həm də məişətdə özlərini
layiqincə aparmaları məni medallardan da çox sevindirir. Məşhur idmançıların,
çempionların adi həyatda məhz bu səviyyəni saxlaya bilmədiklərinə dair tarixdə
çoxlu nümunələr var və bir müddət sonra onlara idmançı kimi münasibət həmin
səhvlər və ya yanlış hərəkətlər ucbatından pis istiqamətdə dəyişir. Bizdə isə artıq
dediyim kimi, ən azı mənim təqribən 30 ildir Milli Olimpiya Komitəsinə rəhbərlik
etdiyim dövrdə xatırladığıma görə, belə hallar olmayıb. Bu, çox vacibdir.
Medallardan heç də az əhəmiyyətli olmayan odur ki, çempionlar və mükafatçılar,
həmçinin cəmiyyətdə və çalışdıqları kollektivlərdə yüksək mənəvi keyfiyyətlər
nümayiş etdirsinlər. Bu belə də olmalıdır. Əlbəttə ki, burada çempionlarımızın -

Olimpiya çempionlarının, Avropa çempionlarının və dünya çempionlarının
nümunəsi var”. Azərbaycan idmanının yeni inkişaf mərhələsində olduğunu aydın
şəkildə görürük. Dövlətimiz idmanın bütün növlərinin inkişafına xüsusi diqqət
göstərir.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 May 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri