Tanınmış jurnalist XƏBƏRDARLIQ ETDİ: “Bu, cəmiyyətin mətbuata inamını sarsıdır” KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
“Hər bir jurnalist yazdığı məqalənin daha çox oxunmasını, bəyənilməsini və ictimai rəyə təsir etməsini hədəfləyir. Bu baxımdan, bir xəbərin daha çox “like” və “şərh” toplaması jurnalistin uğuru kimi qiymətləndirilə bilər. Ona görə də jurnalist çalışmalıdır ki, yazıları daha geniş kütləyə xitab etsin”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında tanınmış jurnalist Hacıbəy Heydərli səsləndirib:
“Təəssüf ki, bəzən bayağı xəbərlər, yəni, insanların şəxsi həyatı, cəmiyyət üçün əhəmiyyət kəsb etməyən hadisələr daha çox diqqət cəlb edir, “like” və “şərh” toplayır. Bu isə bir çox hallarda cəmiyyətdə mətbuata qarşı inamsızlıq yaradır. Belə jurnalistlər tənqid hədəfinə çevrilirlər. Bu hallarda jurnalist çalışmalıdır ki, yazdığı materiallar jurnalistikanın etik prinsiplərinə uyğun olsun, obyektivlik və qərəzsizlik qorunsun”.
Ekspert vurğulayıb ki, əgər yazı ictimai rəyə təsir edir, geniş auditoriya tərəfindən bəyənilir və istinad olunursa, bu, artıq jurnalistin peşəkar uğuru sayılır.
“Təəssüflə qeyd etməliyik ki, son dövrlərdə Azərbaycan mətbuatında araşdırma yazılarına, reportajlara, müsahibələrə, insanların uğur hekayələrinə az rast gəlinir. Bu, narahatedici bir haldır. Xəbər, digər janrları üstələyib. Kiçik, sensasiyalı xəbərlər daha çox diqqət toplayır və nəticədə bu tendensiya jurnalistikanın yaradıcılıq potensialını zəiflədir. Çox istərdim ki, mətbuatda daha geniş həcmli, dərin yazılar yer alsın. Lakin reallıq budur ki, bayağı mövzular, müğənnilərin şəxsi həyatı və ya efirdə dedikləri sözlər daha çox oxucu marağı doğurur. Bu da ümumi şəkildə cəmiyyətin mətbuata olan inamına mənfi təsir göstərir”.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 06 May 2025 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















