Icma.az
close
up
RU
Tanınmış klarnet ifaçısı müğənninin dişini itə atıb toydan niyə qaçdı?

Tanınmış klarnet ifaçısı müğənninin dişini itə atıb toydan niyə qaçdı?

News24.az Lent.az-a istinadla bildirir ki, “Ömrün bir anı”  rubrikasında tanınmış klarnet ifaçısı Vaqif Mirzəyevin məzəli bir xatirəsini paylaşır.

Vaqif Mirzəyev rayonlardan birinə toya dəvət alır. Rayonun adətinə görə, toy 3 gün davam edir. Birinci gün qadın toyu, ikinci günü kişi toyu olur, üçüncü gün gəlini günorta bəy evinə gətirirlər və toy başa çatır. Vaqif Mirzəyev toy sahibi ilə danışır ki, iki gün olacam, üçüncü gün isə başqa bir məclisə dəvət aldığıma görə özümlə gətirdiyim klarnet ifaçısını yerimə qoyub gedəcəm. Gəlini o gətirər. Ev sahibi də razılaşır.

Toyun iki gününü yola verirlər. İkinci gün gecə toy sahibi Vaqif Mirzəyevin və ansamblının pulunu verir. Vaqif Mirzəyev bildirir ki, danışdıqları kimi çıxıb gedəcək. Ev sahibi razılaşmır. Hətta aralarına söz-söhbət də düşür. Vaqif Mirzəyev gecə ilə qaçmağa qərar verir.

seeBaxış sayı:63
embedMənbə:https://news24.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri