Icma.az
close
up
RU
Tanınmış musiqiçi xeyriyyəçilik edib

Tanınmış musiqiçi xeyriyyəçilik edib

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


İki il öncə qardaş Türkiyədə dağıdıcı zəlzələ baş verəndə Azərbaycan yardıma tələsən ilk ölkələrdən oldu. Təbii fəlakətdən ən çox ziyan çəkən ərazilərin bərpası və yenidən qurulması istiqamətində dövlətimiz bu gün səmərəli fəaliyyətini davam etdirir, Kahramanmaraş şəhərində Azərbaycan məhəlləsi inşa olunur.
Reyting.az
xəbər verir ki, tanınmış musiqiçi, Azərbaycanın Əməkdar artisti, Türkiyədə yaşayan istedadlı dirijor, bəstəkar və pianoçu Turan Manafzadə də xeyirxah addım atıb.

Təbii fəlakətin ən çox ziyan vurduğu ərazilərdən sayılan Hatay vilayətinə səfər edən soydaşımız oradakı məktəblərdə musiqi dərslərinin bərpası üçün lazım olan musiqi alətlərini hədiyyə edib. Turan xanımın bu xeyirxah addımı cavabsız qalmayıb. Hatay şəhərinin ən uğurlu litseylərindən biri olan Payas Fən Litseyində açılan sinifə Turan Manafzadənin adı verilib.
Təqdimat mərasimində Hatay bələdiyyəsinin rəsmiləri iştirak edərək azərbaycanlı sənətçinin bu addımını yüksək qiymətləndirib, şagirdlər və müəllimlər adından təşəkkürlərini bildiriblər.

Eyni zamanda Antakya bölgəsində Akçaova Haldun Tınaztepe İlk-Orta məktəbini ziyarət edən Manafzadə, məktəblilərin ona ünvanladığı məktublardan təsirlənib və bir xeyirsevər insan vasitəsilə məktəbə piano hədiyyə edib.
Turan Manafzadə zəlzələdən zərər çəkmiş ailələrin müvəqqəti sığındıqları konteyner evlərə də baş çəkib.
Həmin gün Hatay Böyükşəhər Bələdiyyəsinin dəvətilə Expo zalda Əməkdar artist Turan Manafzadənin rəhbərlik etdiyi “Yeddi gözəl” musiqi qrupunun çıxışı da böyük maraqla qarşılanıb. Ansamblın üzvləri öz çıxışları ilə zəlzələdən ziyan çəkənlərə mənəvi dayaq durublar.

Xatırladaq ki, Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Macarıstan və Türkmənistanın yeddi xanım sənətçisindən ibarət musiqi qrupunun adı, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindən götürülüb. Eyni zamanda əsərdəki yeddi xarakterdən biri “Turan”dır.
“7 gözəl” musiqi qrupu yarandığı gündən fərqli qitələrdə 22 fərqli konsert proqramı ilə çıxış etmiş və konsertlərinə aktiv olaraq davam etməkdədir.
E. İSMAYILOV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://reyting.az
archiveBu xəbər 20 May 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri