Icma.az
close
up
RU
Tanınmış oftalmoloq cərrah yeni şöbəyə rəhbərlik edəcək

Tanınmış oftalmoloq cərrah yeni şöbəyə rəhbərlik edəcək

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzində oftalmologiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və əhalinin ixtisaslaşmış tibbi yardıma əlçatanlığının artırılması məqsədilə yeni Göz xəstəlikləri və cərrahiyyə şöbəsi istifadəyə verilib. Müasir tibbi avadanlıqlarla təchiz olunan şöbəyə 16 illik peşəkar təcrübəyə malik oftalmoloq-cərrah Cahid Şahbazov rəhbərlik edəcək. 

Milli.Az xəbər verir ki, göz xəstəlikləri və cərrahiyyə mərkəzinin açılışında çıxış edən TƏBİB-in İcraçı direktor vəzifəsini müvəqqəti icra edən, İcraçı direktorun müavini Bahadur Rzayev Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatların dövlət tibb müəssisələrinin inkişafına, onların maddi-texniki bazasının gücləndirilməsinə və müasir tibbi texnologiyaların tətbiqinə geniş imkanlar yaratmasından bəhs edib: 
"Dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və peşəkar kadr potensialının artırılması və cəlb olunması bu siyasətin əsas istiqamətlərindəndir. Xətai Tibb Mərkəzində yeni şöbənin fəaliyyətə başlaması da vətəndaşların müasir və ixtisaslaşmış tibbi xidmətlərə əlçatanlığının artırılmasına, dövlət səhiyyə sisteminin imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək".

Cahid Şahbazov isə açılışda bildirib ki, yeni şöbənin yaradılmasında əsas məqsədlərdən biri müasir oftalmologiya xidmətlərini dövlət tibb müəssisəsində əlçatan etmək və mürəkkəb cərrahi müdaxilələrin həyata keçirilməsi üçün yeni imkanlar yaratmaqdır:

"İllər əvvəl dövlətimizin dəstəyi ilə xaricdə təhsil almış həkim kimi qazandığım təcrübəni öz dövlətimə və xalqıma xidmətə yönəltmək istəyirəm. Əsas məqsədlərimizdən biri dövlət və özəl tibb müəssisələri arasında formalaşmış stereotipləri aradan qaldırmaqdır. İstəyirik ki, pasiyentlər mürəkkəb oftalmoloji əməliyyatlar və müasir müalicə imkanları üçün yalnız özəl klinikalara üz tutmaq məcburiyyətində qalmasınlar". 
Qeyd edək ki, Cahid Şahbazov 1998-2004-cü illərdə Azərbaycan Tibb Universitetində ali tibb təhsili alıb, daha sonra Türkiyənin Ege Universitetində "Göz xəstəlikləri" ixtisası üzrə uzmanlıq təhsili keçib. O, Türkiyə Cümhuriyyəti Oftalmologiya Cəmiyyətinin fəxri üzvüdür. Peşəkar fəaliyyəti ərzində özəl və dövlət tibb müəssisələrində çalışıb.

Yeni açılan şöbədə tor qişa və ön seqment patologiyalarının müayinəsi üçün optik koherentsə tomoqrafiya; Pentacam vasitəsilə buynuz qişanın tomoqrafiyası və topoqrafiyası; pediatrik kontaktsız refraktometriyasının diaqnostikası, mürəkkəb katarakta əməliyyatları, afakiyanın skleral fiksasiyalı intraokulyar linzalarla korreksiyası, vitrektomiya və göz daxili drenaj implantasiyası əməliyyatları həyata keçiriləcək.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 Noyabr 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri