Icma.az
close
up
RU
Tanınmış psixoloq ölkəni ÇALXALAYAN OLAYDAN danışdı: “Məsuliyyətdən qaça bilməzsiniz!”

Tanınmış psixoloq ölkəni ÇALXALAYAN OLAYDAN danışdı: “Məsuliyyətdən qaça bilməzsiniz!”

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“İdrak” liseyində baş verən hadisə cəmiyyətdə bir çox sual yaratdı. Uşaqların aqressivləşməsinə səbəb nədir? Faciənin qarşısı alına bilərdimi? Məsuliyyət kimin üzərindədir?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov hesab edir ki, rəqəmsal platformalarda, televiziyada və gündəlik mühitdə kriminal davranışın normallaşdırılması yeniyetmənin düşüncə və hiss dünyasını zəhərləyir.

Moderator.az xəbər verir ki, R.Nəcəfov Musavat.com-a açıqlamasında vəziyyəti belə şərh edib:

“Zorakılıq çıxış yolu kimi təqdim olunur. Aqressiya güc kimi göstərilir. Empatiya zəifləyir. Sərhəd hissi itir. Bu mühit yeniyetmənin psixikasına səssiz şəkildə təsir edir və riskli davranışı adi seçimə çevirir. Amma hər aqressiv yeniyetmə silaha əl atmır. Odlu silahla müəllimə hücum adi hirslənmə deyil. Bu, ağır siqnaldır. Burada emosional partlayışdan çox nəzarətin itməsi, sərhədlərin tanınmaması, risk düşüncəsinin formalaşması görünür. Xüsusilə impuls nəzarəti zəif olanlarda, davranış pozuntusu olanlarda, psixi risk əlamətləri görünənlərdə bu təsir fon deyil, alovlandırıcı faktora çevrilir. Vaxtında ciddiyə alınmayan əlamətlər bir qığılcımla faciəyə çevrilə bilir. Belə hallarda məktəb məsuliyyətdən qaça bilməz. Risk siqnalı görünən kimi prosedur işə düşməlidir. Qiymətləndirmə aparılmalıdır. Müdaxilə təmin edilməlidir.

“İdrak” liseyinin 10-cu sinif şagirdinin güllələdiyi müəllim Şəhla Fəqani qızı Kamilova

Təhlükəsizlik məsələsi daxili söhbət və formal tənbeh ilə bağlana bilməz. Məktəb müəllimi, şagirdi və məktəb mühitini qorumaq üçün qərarlı davranmalıdır.

Valideyn də məsuliyyəti kənara ata bilməz. Ört-basdır problemi həll etmir, onu böyüdür. Risk gizlədildikcə məsələ bir ailənin çərçivəsindən çıxır. Məktəbin, müəllimin, digər uşaqların təhlükəsizliyinə çevrilir. Şəxsi rahatlıq və ailə imici ümumi təhlükəsizlikdən üstün tutulanda nəticə dəyişmir. Bir yerdə deyil, hamı üçün yanır”.

Psixoloqun fikrincə, bu vəziyyətin kökündə daha geniş məsələ dayanır:

“Cəmiyyət illərdir sərhəd, məsuliyyət, intizam anlayışını zəiflədir. Hamı hadisədən sonra sərt danışır. Hadisədən əvvəl isə riskə göz yummaq daha asan görünür. Başqasını qınamaq məsuliyyəti azaltmır. Əksinə, problemi dərinləşdirir. Sağlam cəmiyyət fərdi marağın çoxluğu ilə yox, qaydaya hörmətin çoxluğu ilə qurulur. Qayda işləməyəndə, institutlar susanda, cəzasızlıq vərdişə çevriləndə zorakılıq danışır. Məktəbdə nizamın, küçədə təhlükəsizliyin, evdə tərbiyənin üzərində hüquq dayanmayanda sərhədlər dağılır. Kollektiv təhlükəsizlik şüara çevrilir. Təhlükə isə real olur.

Media və sosial şəbəkələr bu dağınıqlığı daha da ağırlaşdırır. Saxta mütəxəssis çıxışları, məsuliyyətsiz məsləhətlər, zorakılığı şişirdən təqdimatlar və kriminalı şouya çevirən kontent gəncə yanlış siqnal verir. Zorakılıq görünən, danışılan, normal sayılan şeyə çevrilir. Reytinq naminə aqressiyanı normallaşdırmaq birbaşa ictimai təhlükə yaradır. Bu mənzərə təsadüf deyil. Bu, məsuliyyətin gecikdirilməsinin, riskin kiçildilməsinin, qaydanın zəiflədilməsinin nəticəsidir. Əvvəl söz korlanır, sonra düşüncə, daha sonra davranış və faciə baş verir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Fevral 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see355

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see309

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see304

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see292

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see276

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see274

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see268

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see257

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see252

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see247

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see238

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see236

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see233

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see227

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see225

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see221

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see218

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see215

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri