Tanınmış şirkətdə 2 milyonluq yeyinti 3 qadına cinayət işi açılıb
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Silk Row Travel” turizm şirkətinin üç xanım əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Zeynalova, L.Resetova və M.Yusubova vəzifə cinayətlərində ittiham olunurlar.
Onların işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. E.Zeynalova və L.Resetovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı), M.Yusubovaya isə 313-cü maddə ilə ittiham irəli sürülüb. Cinayət nəticəsində şirkətə 2 milyon manatlıq maddi ziyan dəyib. Prokurorluq həmin məbləğin 1 milyon manatını ilkin istintaq mərhələsində ödətdirib.
Təqsirləndirilən şəxslər isə həbsdə deyil. Onlar barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Elan olunmuş ittihamların sanksiyasında 14 ilə kimi həbs var. Amma dəymiş ziyanın ödənilməsi yaxında başlayacaq məhkəmə araşdırmasında yumşaldıcı hal hesab edilə bilər.
Qeyd edək ki, “Silk Row Travel” ölkənin aparıcı turizm şirkətlərindən biridir.
Sail Ağasəlim
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 05 Avqust 2025 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















