Icma.az
close
up
RU
TANINMIŞ YAZAR BƏZİ JURNALİSTLƏRİ TƏNQİD ETDİ “Normal redaktə etsən, yazıları qıpqırmızı olacaq”

TANINMIŞ YAZAR BƏZİ JURNALİSTLƏRİ TƏNQİD ETDİ “Normal redaktə etsən, yazıları qıpqırmızı olacaq”

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Dünən Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli bildirib ki, Azərbaycan dilinin tərcümə alqoritmləri yaradılmalıdır:

“Əcnəbi dillərdən sözlər mənimsəmək əvəzinə, türkdilli xalqlardan lazımlı kəlmələri götürək. Bundan əlavə, rəsmi üslubumuzun vəziyyəti yaxşılaşdırılmalıdır. Həmçinin Azərbaycan dilinin tarixi yeni əsaslarla hazırlanmalıdır”.

Dilimizlə bağlı Milli Məclisdə belə bir konfransın keçirilməsi təqdirəlayiq olsa da, elə konfransda çıxış edən Audiovizual Şuranın sədri İsmət Səttarovun “Azərbaycan televiziyalarında verilişlərdə monitorinq etdik və aparıcılar tərəfindən iki həftə ərzində 3 minə yaxın əcnəbi sözün işləndiyinin şahidi olduq, yanvar ayından xəbərdarlıq göndərəcəyik” deməsi dilimizin durumunun acınacaqlı şəkildə olduğunu göstərir. Təəssüf ki, dilimizi istənilən səviyyədə qoruya bilmirik. Dilimizin rəsmi üslubunu televiziya kanalları, qəzet və saytlar yaxşılaşdırmalı olduğu halda, elə bu media mənsubları pozurlar.

Son zamanlarda saytlarda yazan jurnalistlərin dilimizin rəsmi üslubunu pozması ilə bağlı yazıçı, kinodramaturq Eldəniz Quliyev Hurriyyet.az-a mövqeyini belə ifadə edib: “Bərk gedən bir jurnalistin yazısını qoy qabağına, qırımızı qələm götür, onu normal redaktə etsən, həmin o yazı qıpqırmızı olacaq. Kim nə gəlir başlığa çıxarır, nə gəlir danışırlar. Yəni bunlar Azərbaycan mədəniyyətinə, mənəviyyatına zərbədir. İlk növbədə, anamızın dilinə olan zərbədir. Bu, təəssüf hissi doğurur”.

CAVİD

Share

Tweet

Email

Share

Share

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Dekabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri