Icma.az
close
up
RU
Tanınmışların adından istifadə edərək dələduzluq etdilər FOTO

Tanınmışların adından istifadə edərək dələduzluq etdilər FOTO

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Son vaxtlar sosial şəbəkələrdə bir sıra tanınmış şəxslərin adından dələduzluq əməllərinin törədilməsi barədə tez-tez məlumatlar yayılır.

Bakupost.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, əsasən çox izləyicisi olan profillərin sahibləri dostlarına müraciət edərək onların adından hansısa şəxslərin pul istədiyini bildirirlər. Müxtəlif yollara əl atan dələduzlar özlərini həmin hesabların sahibi kimi təqdim edirlər. Onlar hətta tanınmış şəxslərin səsindən və mobil nömrəsinin eynisindən istifadə edirlər.

Beləliklə, vətəndaşlar tora salınır, pul göndərilməsi, təcili kömək edilməsi ilə bağlı xahişlər dərhal yerinə yetirilir. Araşdırmalar göstərir ki, artıq xeyli insan yeni dələduzluq üsulunun qurbanına çevrilib.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə sorğu verdik. Qurumun Mətbuat xidmətinin rəis müavini Zeyni Hüseynov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, nazirlik tərəfindən kibercinayətkarlığın bütün növləri ilə mübarizə çərçivəsində mütəmadi olaraq əməliyyat tədbirləri ilə yanaşı təbliğat, təşviqat, maarifləndirmə işləri də həyata keçirilir: “Buna baxmayaraq, kibercinayətkarlar dayanmadan yeni üsul və vasitələr üzərində çalışırlar. Son zamanlar isə belə şəxslər sosial mühəndislik yolu ilə məlumatlar toplayaraq vatsap ani mesajlaşma şəbəkəsi vasitəsilə tanınmış, nüfuzlu şəxslərin fotolarından və anket məlumatlarından istifadə edib təcili pul lazım olması adı ilə vətəndaşlara, onların yaxın çevrəsinə zənglər edir, mesajlar yazırlar. Hətta süni intellekt vasitəsilə səslər eyniləşdirilir, virtual nömrələrdən istifadə edilir. Yəni telefonun ekranında əks olunan nömrə ilə həmin şəxsin mobil nömrəsi ilə üst-üstə düşə bilər.

Qeyd olunanları nəzərə alaraq bir daha vurğulayırıq ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, qəti şəkildə pul vəsaitləri verməsinlər.

Belə hallarla üzləşdikləri təqdirdə DİN-in "102" Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki “Polisazerbaycan” səhifələrinə məlumat vermələrini xahiş edirik”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 Yanvar 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri