Icma.az
close
up
RU
Tanış, amma qalib gəlmədiyimiz rəqiblər ARAŞDIRMA İdman və Biz

Tanış, amma qalib gəlmədiyimiz rəqiblər ARAŞDIRMA İdman və Biz

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

DÇ-2026-nın seçmə mərhələsinin Avropa zonasının bugünkü püşkatması Azərbaycan millisini tanış rəqiblərlə üz-üzə qoyub.

İdman.biz xəbər verir ki, yığmamız 2025-ci ilin payızında qarşılaşacağı komandaların hər biri ilə əvvəllər də görüşüb.

Rəqibimiz olduğu dəqiqləşən iki komanda – Ukrayna və İslandiya yalnız yoldaşlıq görüşlərində qarşımıza çıxıb. Millətlər Liqasının 1/4 final mərhələsinin Fransa – Xorvatiya cütündən isə yalnız qalib tərəf millimizlə görüşəcək. Bu mümkün rəqiblərin hər ikisi Avropa çempionatlarının seçmə mərhələlərində yığmamızla qarşılaşıb.

Millimiz bu 4 rəqiblə ümumilikdə 9 matç keçirib. Komandamız hələ qələbə qazanmayıb.

Oser faciəsinin yaşadanlar
Fransa millimizin beynəlxalq arenadakı debütündə rəqibimiz olub. AVRO-1996-da yığmamız Bakıda oynamadığı üçün Trabzonun qonağı olan “üçrənglilər” iki cavabsız qolla qələbə qazanıb. Oserdəki görüş isə futbolumuzun tarixinə ləkə kimi düşüb. “Oser faciəsi” və ya “qapıçı aparmamışdıq” kimi tanınan görüşdə yığmamız tarixinin ən ağır məğlubiyyətini alıb. Heç vaxt Bakıda olmayan Fransa ilk dəfə ölkəmizin qonağı ola bilər.

AVRO-1996-nın seçmə mərhələsi
13 dekabr 1994. Trabzon. AÇ. Azərbaycan – Fransa - 0:2
6 sentyabr 1995. Oser. AÇ. Fransa – Azərbaycan - 10:0

Bakıda xal itirənlər
Fransadan fərqli, Xorvatiya artıq iki dəfə Bakının qonağı olub. Hər iki seçmə mərhələnin ev oyununda millimiz xal qazanıb. Bakıda xal itirən xorvatiyalılar öz meydanlarında qələbə qazanıblar. İlk belə qələbə Berti Foqtsun istefası ilə nəticələnəcək darmadağınla yadda qalıb.
AVRO-2016-nın seçmə mərhələsi
13 oktyabr 2014. Osiyek. AÇ. Xorvatiya - Azərbaycan - 6:0
3 sentyabr 2015. Bakı. AÇ. Azərbaycan – Xorvatiya - 0:0
AVRO-2020-nin seçmə mərhələsi
1 mart 2019. Zaqreb. AÇ. Xorvatiya - Azərbaycan - 2:1
9 sentyabr 2019. Bakı. AÇ. Azərbaycan - Xorvatiya - 1:1

Şübhəli məğlubiyyət və sülh
Ukrayna və İslandiya ilə yalnız yoldaşlıq oyunları baş tutub. Sonuncularla yeganə qarşılaşma Reykyavikdə təşkil olunub. Millimiz soyuq səfərdən qollu heç-heçə ilə dönüb. Elə Ukrayna ilə də ilk tanışlıq sülhlə bitib. Amma Bakıdakı görüş qolsuz bitib. Ukraynada isə... İndiyədək müzakirə olunan, müəyyən şübhələrə əsas verən yoxlama görüşündəki darmadağından sonra millidə ciddi islahatlar aparılıb. Şahin Diniyev bir qrup futbolçunu millidən kənarlaşdırıb və legionerin milliləşməsinə yeni təkən verib.
28 fevral 2006. Bakı. YO. Azərbaycan – Ukrayna - 0:0
15 avqust 2006. Kiyev. YO. Ukrayna – Azərbaycan - 6:0
20 avqust 2008. Reykyavik. YO. İslandiya - Azərbaycan - 1:1

Vüqar Xeyrullayev
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 Dekabr 2024 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri