Icma.az
close
up
RU
Azərbaycan Premyer Liqasında gənclərin yeri ARAŞDIRMA İdman və Biz

Azərbaycan Premyer Liqasında gənclərin yeri ARAŞDIRMA İdman və Biz

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısında 10 komandada 246 futbolçu meydana çıxıb. Bəs bu klublar heyətlərində gənclərə nə qədər yer verir, etimad göstərirlər.

İdman.biz Azərbaycan Premyer Liqasında gənc futbolçuların statistikasını nəzərdən keçirib, eləcə də “böyük beşlik”lə və Türkiyə Superliqası ilə müəyyən müqayisələr aparıb.

Ölkəmizin çempionatında bu mövsümdə 18 yaşadək futbolçu meydana çıxmayıb. Komandaların sayı 18-20 arası, yəni təxminən 2 dəfə çox olan qeyd etdiyimiz digər 6 çempionatda isə bu yaşda ən çox 18 yaşadək gəncə yer verən Türkiyədir (8). Fransada 7, İspaniyada 6 belə futbolçu oynayıb. İngiltərə (3), İtaliya (3) və Almaniyada (2) bu göstərici öncə sadalananlardan xeyli aşağıdır.

21 yaşadək futbolçular isə Misli Premyer Liqasında 19 nəfərdir ki, onların da cəmisi 5-i azı 10 oyun keçirib. Bu göstəricilər Fransada Liqa 1 istisna olmaqla, komanda sayını da nəzərə almaqla digər nəzərdən keçirdiyimiz çempionatlarda Azərbaycandan üstün olsa da, elə də böyük fərq yoxdur. Onların sırasında ən az 21 yaşadək futbolçu Türkiyədə (42), ən çox isə İngiltərədədir (51). Fransa isə bu sahədə xeyli irəlidədir. Liqa 1-in cari mövsümdə bu yaşda 89 futbolçusu meydana çıxıb.

10 oyundan çox oynayan gənclər sırasında isə aşağı göstərici Türkiyə (10) və Almaniyada (10), yuxarı göstərici isə Fransa (28) və İngiltərədədir (21).

Azərbaycan çempionatının gəcnlərinin statistikasını bir qədər dərindən nəzərdən keçirək.
Elitada 18 yaşlı futbolçumuz olmasa da, 19 yaşlı futbolçularımızın sayı 3-dür. Murad Məmmədov (“Neftçi”) və Nihad Əhmədzadə (“Sumqayıt”) hərəyə 5 dəfə meydana çıxıb. Sadiq Məmmədzadə “Qarabağ”ın qapısını 1 tam oyunda qoruyub və toxunulmaz saxlayıb. 19 yaşlılar sırasında Murad Məmmədov meydanda olduğu 137 dəqiqədə qapıya endirdiyi 4 zərbədən 1-ni qola çevirib, eləcə də 1 dəfə qol ötürməsi ilə fərqlənib.

21 yaşadək 19 futbolçular sırasında ən çox təmsilçi “Şamaxı” və “Sumqayıt”dadır – hərəsində 4 futbolçu. Ancaq “Şamaxı”nın futbolçuları daha fəal olublar. Premyer Liqada mövsümün ilk yarısında azı 10 oyun keçirmiş gənc 5 futbolçudan 3-ü məhz bu klubdandır. “Səbail” və “Kəpəz” hərəyə 3, “Qarabağ” və “Neftçi” 2, “Sabah” və “Turan Tovuz” 1 gənc futbolçuya yer verib. “Zirə” və “Araz-Naxçıvan”ın ən gənc oyunçulari – müvafiq olaraq Salifu Suma və Mustafa Əhmədzadə artıq 21 yaşı adlayıblar.

Rüfət Abbasov “Şamaxı”nın bu mövsümkü 18 oyununun hamısında əvvəldən axıra qədər oynayıb və hamıdan çox – 1620 dəqiqə meydanda olub. Nəriman Axundzadə (“Qarabağ) iştirak etdiyi 14 oyundan 12-də start heyətində olub və cəmisi 1009 dəqiqə meydanda olub. Oyun sayına görə ilk 5-likdə olan digər 3 futbolçu – “Sabah”dan Xəyal Əliyev (13), “Şamaxı”dan isə Qurban Səfərov (12) və Edqar Adilxanovdur (10).

Start heyətində oyun sayına görə 3-cü nəticə “Sumqayıt”dan Ayxan Süleymanlıdadır. O, 8 oyundan 5-də meydana ilk dəqiqələrdən çıxıb. Süleymanlı oynadığı dəqiqələrə görə də (494) 3-cüdür.

Ön xətdə ən fəal futbolçu Nəriman Axundzadədir. “Qarabağ”ın forvardı 14 oyunda qapılara 21 zərbə endirib ki, onlardan 4-ü qolla nəticələnib. Nəriman daha 4 dəfə məhsuldar ötürmə ilə fərqlənib.

Zərbə sayında Rüfət Abbasov (“Şamaxı”, 6) 2-ci, Xəyal Əliyev (“Sabah”, 5) 3-cü göstəriciyə malikdir.
Gənc bombardirlər sıyahısında Axundzadənin ən yaxın izləyicisi 2 qollu Edqar Adilxanovdur (“Şamaxı”). Daha 5 futboçunun 1 qolu var.
Məhsuldar ötürmələrdə isə Nərimandan sonra 2 dəfə fərqlənən Rüfət Abbasov (“Şamaxı”) gəlir. 3 futbolçunun hərəyə 1 belə ötürməsi var.

Nəriman Axundzadə (“Qarabağ”) həm də driblinqləri ilə seçilən gəncdir. Onun 33 dribinqi uğurlu alınıb. Bu cəhərdən Rüfət Abbasov (“Şamaxı”) 17, Xəyal Əliyev (“Sabah”) və Ayxan Süleymanlı (“Sumqayıt”) hərəyə 13 dəfə özlərini göstərə biliblər.

Vüqar Məmmədov
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Yanvar 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri