Icma.az
close
up
RU
Tank atası Şəhid tankçı Nadir Xəlilovun xatirəsinə

Tank atası Şəhid tankçı Nadir Xəlilovun xatirəsinə

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Nadir Ağadadaş oğlu Xəlilov 1984-cü il noyabr ayının 3-də Astaranın Səncərədi inzibati dairəsindəki Artupa kəndində anadan olmuşdu. 2008-2019-cu illərdə Artupa kənd tam orta məktəbində təhsil almışdı.

Ailəliydi Nadir. İndi onun Ağadadaş və Nihad adlı iki oğlu böyüyür.

Milli Ordunun giziri Nadir Xəlilovun 2003-cü ildə başlayan həqiqi hərbi xidməti Naxçıvanda sərhəd qoşunlarında keçib. 2004-cü ildə xidmət müddəti başa çatıb. Nadirin hərbçi olmaq qərarı dəyişməyib. 2005-ci ildən MAXe kimi Milli Ordumuzda xidmətə başlayıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin "Gizir hazırlığı kursu"nda oxuyub. Müxtəlif təlimlərdə iştirak edib. Z.Tağıyev adına qəsəbədəki 888 saylı hərbi hissədə gizir kimi xidmət edib. Sonra tankçı olmağa qərar verib.

Nadir Xəlilov 15 illik hərbi xidmət müddətində müxtəlif fəxri-fərmanlara, 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalına, eləcə də "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" və "Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi" yubiley medalı"na layiq görülüb.

Milli Ordunun giziri onlarla texnikanı sıradan çıxaran tank heyətinin komandiri Nadir Xəlilov Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra düşmənin canlı qüvvəsinin və atəş nöqtələrini məhv etdiyinə görə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Abşeron rayonunda yerləşən N saylı hərbi hissədə şəhid tankçıların xatirəsi əbədiləşdirilib. "Şəhidlər ölməzdir" xatirə kompleksi açılıb. Açılışda azadlıq savaşında şəhid olan 20 tankçının dəyərli həyat hekayəsi, igidlikləri xatırlanıb. Onlardan biri də qəhrəman tankçı Nadir Xəlilovdur.

1-ci tank bölüyünün tank komandiri kimi öz heyətiylə birlikdə ilk hücuma keçənlərdən olub cəsurumuz.

Onun haqqında deyilənləri eşitdikcə heyranlıq duyurdum.

Nadirin atası Ağadadaş Xəlilovun söhbətlərindən: "Vətən yolunda vuruşmaq hər qeyrətli oğulun, igidin borcudur. Mənim də oğlumun borcuydu. Müharibə ağırdı. Amma o mənfur qonşular əl çəkmədilər. Prezidentimiz neçə ildi sülh yolu ilə torpaqlarımızı azad etmək istəyir. Danışıqlar aparır. Ermənilər başa düşmədilər. Məcbur qaldıq biz. Torpaqlarımızı onların əlində qoya bilməzdik. Ona görə də döyüşməliydik. Müharibə etməliydik. Müharibədə insan ölür. Bizim oğullar torpağımızı azad etdilər, haqq savaşında öldülər. Ona görə oğlumla fəxr edirəm. Sağ olsun. Hamımız, bütün kənd fəxr edir. Azərbaycan fəxr edir. Prezidentimiz fəxr edir. Biz də prezidentimizlə fəxr edirik. Nadir hərbini özü seçdi. Əsgərlikdən gələndən sonra elə "hərbçi olmaq istəyirəm" deyirdi. Dedim "bu qədər istəyirsənsə, get ol". Məktəbdə oxuyanda da hərbi oyunlarda iştirak edərdi, həmişə mükafat alardı. Həvəsi vardı. Kurs oxudu, təlimlərə getdi. Tankçı ixtisasını seçdi. Mən özüm də tankçı olmuşam. Müharibə veteranıyam. Mənim atam da İkinci Dünya müharibəsinin veteranı olub. Nadir də vətənpərvər ruhda böyüyüb. Müharibə başlayanda da döyüşə getməliydi. Sentyabrın 30-da zəng eləmişdi (Kövrəlir bu məğrur ata). Dedim özündən muğayat ol. Amma tankçıydı. Öndə gedirdilər. Vurublar tanklarımızı".

Qədir Nadirin böyük qardaşıdır: "Üç bacı, üç qardaş idik. Eyni ailədə böyüsək də, hər birimizin öz arzuları vardı. Nadir hərbçi olmağı seçdi. Çox razı idi işindən. Xoşbəxt idi. Döyüş yoldaşları onun xidmətindən, peşəkarlığından, cəsurluğundan o qədər xoş sözlər dedilər ki, bir daha elə qardaşım olduğu üçün qürur duydum. 2003-cü ildən əsgər gedib, 15 illik hərbçi ömrü yaşayıb. Şərəfli, ləyaqətli bir ömür yaşayıb. Şəhidlik zirvəsinə çatıb. Hər kəsə belə yaşamaq nəsib olmur".

Həyat yoldaşı Sevda xanımın dedikləri: "2006-cı ildə tanış olduq, həmin ildə də ailə qurduq. Sevmişdik bir-birimizi. 14 il birlikdə yaşadıq. O, sözün əsl mənasında dost idi. Mükəmməl bir insandı. Yaxşı övlad, yaxşı qardaş idi. Təkcə öz ata-anasının yox, mənim anamın da oğlu idi. Qardaşıma qardaşlıq edirdi. Əsgərlərinə qarşı da eləydi. Onlara  dost, qardaş, ata kimi qayğı göstərirdi. Övladlarımıza da ən mükəmməl ata idi. Bilmirəm, onun kimi ata varmı? Belə bir insanla ailə həyatı qurduğum üçün özümlə də qürur duyuram. İki gözəl oğlu böyüyür. Heç peşman deyiləm. Zaman geri dönsə, şəhid olacağını bilsəm də, yenə onunla ailə quraram. O, mənim qəhrəmanımdır".

Hərbçi dostlarının sözlərinə görə, Nadir ən peşəkar tankçılardan biri olub. Tankın səsindən onun nasazlığını təyin edə bilirdi. Ona "Tank atası" deyirdilər.

Atası olduğu tankların açdığı yollarla ərənlərimizin işğalda olan torpaqlarımızı azad etdiyini bilir yəqin Nadir Xəlilov.

Şuşada dalğalanan bayrağın məğrurluğuna qoşulub dolanır başımızın üstündə igidimizin ruhu.

Kamalə ABİYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Oktyabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri