Coğrafiya İnstitutunda Şahvələd Xəlilovun xatirəsinə həsr olunmuş tədbir keçirilib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 19 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminovun sədrliyi ilə Elmi şuranın iclası keçirilib. İclas görkəmli coğrafiyaşünas alim Şahvələd Xəlilovun anadan olmasının 85-ci ildönümünə həsr edilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbirdə institutun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri professor Rza Mahmudov alimin həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Bildirilib ki, Ş.Xəlilov coğrafiya, xüsusilə hidrologiya elmi sahəsində böyük alim olub. Onun əsas tədqiqat sahəsi ölkənin iri su anbarları, onların lillənməsi və sahillərinin dinamikası, habelə su anbarlarının ətraf mühitə təsiri, onların mühafizəsi, səmərəli istifadəsi problemləri olub. Bu sahədə alimin 5 monoqrafiyası, 100-dən çox məqaləsi çap edilib, 12 elmi əsəri xarici ölkələrdə nəşr olunub.
Ş.Xəlilov 20 il Azərbaycan Televiziyasında “Səyahət” verilişinin aparıcısı olub, Coğrafiya institutunun elmi işlər üzrə direktor müavini və BDU-da prorektor vəzifəsində çalışıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 19 Dekabr 2024 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















