Icma.az
close
up
RU
Tank əsgərləri xəstəxanalıq etdi

Tank əsgərləri xəstəxanalıq etdi

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərə ordusu Salisbury şəhərində keçirilən təlim zamanı təxminən 30 əsgərin zirehli döyüş maşınlarının içindəki səs-küy və titrəmə səbəbindən narahatlıq keçirməsindən sonra “Ajax” tipli zirehli texnikaların istifadəsini iki həftəlik dayandırıb. 

Əsgərlərdə qusma və nəzarətsiz titrəmə şikayətlərinin müşahidə edildiyi bildirilib. 

"Cebheinfo.az" xəbər verir ki, İngiltərə Müdafiə Nazirliyi, araşdırmanın “həddindən artıq ehtiyat tədbiri” səbəbilə başladıldığını açıqlayıb. Hadisənin 6,3 milyard funt sterlinq dəyərindəki “Ajax” proqramında yaşanan son texniki problem olduğu qeyd olunub. 

Bu ayın əvvəlində ilk əməliyyat qabiliyyətinə çatdığı elan edilən “Ajax” müdafiə naziri Luk Pollard tərəfindən “problemlərini geridə qoymuş” texnika kimi təqdim edilmişdi. 

Müdafiə Nazirliyinin sözçüsü həftəsonu keçirilən təlim zamanı az sayda əsgərin səs-küy və titrəmə ilə bağlı simptomlar bildirdiyini açıqlayıb. Bildirilib ki, təlim dərhal dayandırılıb və bütün əsgərlərə tibbi müayinə aparılıb. Təxminən 30 hərbçi bu simptomlarla müraciət edib, onların böyük hissəsi xidmətə geri dönüb, lakin “az sayda əsgər hələ də mütəxəssis müalicəsi alır”. 

Sözçü müdafiə hazırlığı və sənaye naziri Pollardın göstərişi ilə bütün təlim və hazırlıq fəaliyyətlərində “Ajax” texnikasının istifadəsinin iki həftəlik dayandırıldığını bildirib. Texnikanın üzərindəki texniki testlərin isə mümkün problemləri müəyyən etmək məqsədilə məhdud şəkildə davam etdiriləcəyi açıqlanıb. 

“Ajax” layihəsi səs-küy və titrəmə səbəbilə əsgərlərdə eşitmə və sağlamlıq problemlərinə yol açdığı müəyyən edildikdən sonra illərlə təxirə salınmışdı. Texnikaların 2017-ci ildə xidmətə girməsi planlaşdırılmışdı, lakin yalnız bu ay ilkin əməliyyat qabiliyyəti əldə olunub. 

İndiyə qədər planlaşdırılan 589 texnikadan 160-dan çoxu istehsal edilib. İki həftəlik dayandırma açıqlanmadan əvvəl, proqramın tam əməliyyat qabiliyyətinə çatmasının daha dörd il çəkəcəyi təxmin edilirdi. 

“Ajax” 1971-ci ildən bəri istifadə olunan CVR(T) texnikalarının yerini alacaq. Müdafiə naziri Pollard, 5 noyabrda etdiyi çıxışında ““Ajax” mühüm çətinlikləri aşdı və sahədə özünü sübut etdi. Dünyanın ən inkişaf etmiş orta sinif zirehli döyüş texnikasıdır” ifadələrini işlətmişdi. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Noyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri