Icma.az
close
up
RU
Tanrı və Allah arasında qaldığım gün...

Tanrı və Allah arasında qaldığım gün...

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Anamın dibinə göbək bağımı basdırdığı armud ağacına zümzümə etdiyini görmüşdüm.

Ağacı elə əzizləyirdi ki, elə bilirdin, ağacla danışır.

Kimsə ona demişdi ki, uşağın göbək bağı basdırıldığı ağacda həmin uşağın ruhundan bir parça qalır, uşaq böyüyəndən sonra hara getsə, yenə o ağacın yanına qayıdır.

Anamın ilk övladı, qardaşım dörd il gözləntidən sonra olmuşdu. Anam deyirdi ki, bu armud ağacı onunla birgə əkilən ağaclardan lap sonra bar gətirdi. Hardasa armud ağacı aşağı-yuxarı dörd il barsız qalandan sonra ilk dəfə bar vermişdi. Anam ona görə bu ağacla arasında “qədər bağı” görürdü, ona oysanırdı.

Yeddi yaşımın içindəydim. Göy Dağ deyilən yaylağa getmişdik. İndi çox az xatırlayıram, amma deyəsən, o dağ hardasa, Türkiyəyə yaxın bölgələrdə idi.

Bir gün gördük ki, atamla bir yaşlı adam gəldi bizə. Yanında da özündən daha gümrah xanımı var idi. İki gün qonaq qalıb getdilər. Həmin yaşlı adam yaddaşımda ancaq ağlayan gözləri və bol sulu göz yaşlarıyla qalmışdı. Qayanın üzərinə çıxıb uzun-uzadı dağlara tərəf boylanırdı, öz-özünə qım-qıma edirdi.

Axşamın alatoranlığında uzaqdan yanğılı səslə oxuduğu bir mahnını hələ də xatırlayıram kimi gəlir mənə.

...armud ağacına da yaslanmayasın (aman aman)

yarım var deyə də, güvənməyəsin (aman aman)

el qızı dediyin uçan bir quşdur

şirin dilinə də güvənməyəsin (aman aman)…

Anam bu adamın oxuduğu və heç vaxt eşitmədiyimiz bu mahnıdan sanki rahatsız olmuşdu. “Armud ağacına da yaslanmayasın” - sözləri elə bil anamın gözündə həmin armud ağacının kökünə axıb tökülürdü, ağacı qurudurdu. Atam demişdi ki, heç kimə deməyin, o vaxt sərhəd bağlananda bu tayda qalıb, Türkiyəyə gedə bilməyib, ona görə belə yanğıyla oxuyur.

Həmin il payıza dönəndə qapımızdakı armud ağacı qurumağa başladı. Anam göbəyimi basdırdığı ağacın qurumasının pis əlamət olduğunu düşünürdi. Deyirdi, ciyəri dağlanmış o adamın elə bil qaramatı keçdi ağaca.

İnsanın içində inandığı bir şey yox olursa, başqa bir inam yeri tapmalıdı. Həmin gün anam armud ağacının başına mənimlə birlikdə ağzı qaralı quzunu üç dəfə fırladıb, bağladı.

İki gün sonra isə Qazaxa, İncə dərəsinə, Hacı Mahmud Əfəndinin ocağına ziyarətə gedəcək avtobusda anam, mən və ağzı qaralı quzumuz da vardı.

Anam avtobusa minər-minməz dedi ki, Hacı Mahmud Əfəndi ocağında bu gün oxunan mövludlar onun balası üçün oxunsun. Töyrəni çıxanda da çöldəki tək bitmiş daş armud ağacının yanında avtobusu saxladıb, ayaqyalın ağaca tərəf getdi, bambazı köynəyimin yaxasından cırıb, ağaca üç dəfə düyün vurdu.

“Sən, ey bu çölün ortasında tək ağacı bitirən Tanrı, mənim balamı da pənahında saxla!” - dedi.

Elə beləcə də dedi.

...Həmin gecə ziyarətgahda ilan vuran yatdı, mən yatmadım. Ağzı qaralı quzumuz yeyiləndən sonra ətəyi qatqat arvadlar “Şol cənnətin irmaqları, axar Allah deyə-deyə!” – oynayıb, yorulub yatmışdılar.

Bu, həyatımda sadəcə bir dəfə olub. Anam məni daş armud ağacında Tanrıya əmanət etdiyi kimi, Allahın sonsuz cənnət bulaqları kimi mənə mərhəmətli olmağını istəyirdi. Həyatımda tək həmin gün Tanrı və Allah arasında qaldığım bir gün olub.

...hər nə olsa da,

gərək armud ağacına da yaslanmayasın (aman aman)

övlad da bir quşdur uçacaq,

göbək bağına inanmayasın (aman aman)…

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 Mart 2025 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri