Icma.az
close
up
RU
Tanrı sənətinin daşıyıcıları

Tanrı sənətinin daşıyıcıları

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bu gün 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günüdür. Təqvimin bu  səhifəsi adi günü göstərmir. Bu gün  ömrünü başqalarının yolunu işıqlandırmağa həsr edən fədakar peşə sahiblərinin-müəllimlərin günüdür. Təsadüfi deyil ki, dahi filosof Platon “Müəllimlik hər şeydən əvvəl bir Tanrı sənətidir” deyərək bu fəaliyyətin ilahi tərəfinə diqqət çəkirdi. Çünki müəllimlik sadəcə bir peşə, bilik ötürücülüyü deyil; o, ruhun işığı, təkamülü və nəsillərin mənəvi varisliyini təmin edən qlobal bir missiyadır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəsi vardır. Mən dünyada müəllimdən yüksək ad tanımıram” fəlsəfəsi də məhz bu müqəddəs amala verilən  ali dəyərin ən parlaq ifadəsidir.

Müəllimlik peşəsinə sevgim ailə köklərindən pərvazlanıb. Pedaqogika və sosiologiya elmində şəxsiyyətin formalaşmasında mühitin, genetik faktorların və ailə modelinin rolu hər zaman fundamental meyar kimi qəbul edilir. Müəllim ailəsində doğulub böyümək – hələ uşaq yaşlarından kitab qoxusunu içinə çəkmək, dəftər yoxlamaq həyəcanına şərik olmaq, elmi müzakirələrin və ziyalı mühitinin aurasında formalaşmaq, iştirak etmək deməkdir. Mənim bu peşəyə olan sonsuz sevgimin qaynağı da məhz böyüdüyüm ocaqdır. Bir ailədə atanın, bacıların, mənim və indi isə qızlarımın bu şərəfli cığırla irəliləməsi sadəcə bir təsadüf ola bilməz. Bu, antik dövrün dahi mütəfəkkiri Sokratın: “Dünyada hər bir insanda bir günəş var, bircə imkan verin ki, o parlasın. Müəllimlik isə o günəşi oyatmaq sənətidir” kəlamının bizim ailəmizdəki canlı təzahürüdür. Bizim evimizdə müəllimlik heç vaxt sadəcə iş saatları ilə məhdudlaşan bir peşə olmadı; o, milli-mənəvi dəyərləri gələcək nəsillərə ötürmək kimi şərəfli bir həyat tərzinə çevrildi. Övladlarımın da bu estafeti eyni məsuliyyətlə davam etdirməsi ailəmizin bu ali sənətə mənəvi sədaqətinin sübutudur.

Hazırda bir müəllim və alim kimi fəaliyyət göstərdiyim Lənkəran Dövlət Universiteti (LDU) bu missiyanı daha geniş müstəvidə davam etdirməyimə imkan yaradır. Müasir dünyada təhsilin keyfiyyəti birbaşa olaraq pedaqoji kadrların elmi-nəzəri və praktik hazırlıq səviyyəsindən asılıdır. Bu gün böyük fəxr hissi ilə qeyd edə bilərəm ki, LDU ölkəmizdə müasir standartlara cavab verən, rəqabətqabiliyyətli pedaqoji kadrların hazırlanmasında əhəmiyyətli bir regional mərkəz rolunu oynayır.

Universitetimizin pedaqoji ixtisasları üzrə hər il tələbə qəbulu planının 100% dolması cəmiyyətin, valideynlərin və gənclərin LDU-ya olan sonsuz inamının ən böyük göstəricisidir. Lakin bizim əsas uğurumuz təkcə statistika ilə ölçülmür. Bizim hazırladığımız müəllimlər bu gün respublikanın dörd bir yanında özlərini layiqincə doğruldur, Müəllimlərin İşə Qəbulu (MİQ) və Sertifikasiya imtahanlarında ən yüksək balları toplayaraq LDU brendini qürurla təmsil edirlər. Böyük yunan filosofu Platon dövlət idarəçiliyi və təhsilin vəhdətini vurğulayaraq yazırdı: “Dövlətin taleyi gənclərin tərbiyəsindən asılıdır. Əgər bir ölkədə müəllimlik fəaliyyəti layiqincə qiymətləndirilməzsə, orada nə elmdən, nə də ədalətdən bəhs etmək olar.” Biz məhz dövlətimizin intellektual gələcəyini inşa edən bir müəllimlər ordusu yetişdiririk. Çünki bilirik ki, müəllim yalnız o zaman həqiqi tərbiyəçidir ki, daima öz üzərində çalışır və yenilikləri işinə tətbiq edir.

Bu elmi və pedaqoji uğurların arxasında, şübhəsiz ki, güclü strateji idarəetmə və müəllim əməyinə verilən ali mənəvi dəyər dayanır. Universitetimizin rektoru, professor Natiq İbrahimovun rəhbərliyi ilə LDU-da müəllim nüfuzunun uca tutulması, hər bir əməkdaşın elmi potensialının üzə çıxması üçün yaradılan akademik mühit universitetimizi sadəcə bir təhsil müəssisəsi deyil, böyük bir elm ailəsi halına gətirib.

Mənim bir alim kimi formalaşmağımda, elmi fəaliyyətimin hər bir uğurlu addımında isə elmi rəhbərim, Azərbaycan ədəbiyyatşünaslıq elminin dəyərli ziyalısı professor İslam Qəriblinin əvəzsiz rolu olub. Onun elmi yaradıcılığı və pedaqoji ustalığı mənim üçün hər zaman yolumu işıqlandıran bir mayakdır. İnsanın öz ustadına olan hörməti, onun elmə və mənəviyyata olan fundamental sadiqliyidir.

Sokratın da dediyi kimi: “Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz.” Çünki müəllim əməyi hər cür maddi ölçünün fövqündədir.

Lənkəran Dövlət Universitetinin bir müəllimi və böyük bir müəllim nəslinin nümayəndəsi olaraq, mən öz həmkarlarımı, yetişməyimdə rolu olan bütün ustadlarımı, ailəmin dəyərli müəllimlərini və sabahın işıqlı ziyalıları olacaq tələbələrimizi ürəkdən təbrik edirəm. Biz birlikdə daha güclüyük və LDU olaraq Azərbaycan təhsilinə keyfiyyətli, milli ruhlu nəsillər bəxş etməyə davam edəcəyik!

Bayramınız mübarək, əziz Müəllimlər!

Esmira İsmayılova
filologiya üzrə fəlsəfə doktoru, dosent

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Oktyabr 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see231

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see220

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see218

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see216

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see210

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see204

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see202

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see199

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see198

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see193

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see192

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see190

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see187

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see187

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see186

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see185

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see185

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see184

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see180

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri