Icma.az
close
up
RU
“Tanrının otağı” əslində hər birimizin içindədir... Birgəyaşayış mümkündür ya yox?

“Tanrının otağı” əslində hər birimizin içindədir... Birgəyaşayış mümkündür ya yox?

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Whiteroof production"ın Mədəniyyət Nazirliyi və Kino Agentliyi 2025-ci il üzrə "Dövlət Dəstəyi ilə İstehsal Ediləcək Film Layihələri" müsabiqəsi üçün təqdim etdiyi "Tanrının otağı" filmi beynəlxalq uğur qazanıb.

Kulis.az xəbər verir ki, layihə yaradıcıları Türkiyənin məşhur prodüseri Semih Sacaklı və onun "TULPAR FİLM" şirkəti ilə birgə istehsalat barədə razılığa gəlib.

Filmin ssenari müəllifi Nicat Dadaşovun açıqlamasına görə, bu, filmin beynəlxalq satış, distribusiya və festivallara çıxışı üçün güclü zəmanətdir: "Çəkilişlər Türkiyədə, eləcə də Avropanın uyğun ölkələrində (Moldova, Rumıniya) həyata keçirilə bilər. Bundan əlavə olaraq "Mojo Prodüksiyon", və Serkan Semizlə postprodakşn mərhələsinin müəyyən mərhələlərində 15 030 avro məbləğində dəstək barədə müqavilə də imzalanıb. Tanrının otağı - Münaqişə zamanı Yerevandan qaçan azərbaycanlı ana və qız, Bakıda bir erməni ailəsi ilə evlərini dəyişməyə razılaşır – bir şərtlə: yaşlı erməni qadın evdə qalmalıdır.

Qan və düşmənçiliyin ucaltdığı divarların arasında tənha qalan bu iki qadın zamanla birgə yaşamağın yolunu axtarmağa başlayırlar. “Tanrının otağı” əslində hər birimizin içindədir — bu, insanın vicdanı ilə üz-üzə qaldığı an, nifrətin yoxsa insanlığın daşıyıcısı olmaq arasında etdiyi böyük seçimdir. 2025-ci il 8 avqust tarixində dövlətimizin uğurlu siyasətinin nəticəsi olaraq ABŞ-da Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması ortaya mühüm bir sual qoydu: Birgəyaşayış mümkündür ya yox? Bu sualı özümüzə verməyin vaxtıdır! Yoxsa buna yalnız qonşu binada yaşayan erməni ilə rastlaşanda hazırlaşacağıq? Yaxud da kimsə bu barədə film çəkib böyük festivalların mükafatlarını alanda? İncəsənət elə uzaqgörən olsa yaxşıdır!"

18-ci İstanbul Biennalesi başlandı “The Weeknd” tarixi rekorda imza atdı Armani və İtaliya sənətinin harmoniyası: Milan sərgisi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://kulis.az
archiveBu xəbər 30 Sentyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri