Tanrının qırmancı Atilla
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
I Yazı
Qərbi Hun imperatorluğunun xaqanı Rua 434-cü ildə öldükdən sonra hunların başına Muncuğun oğulları Attila və Buda keçdilər.İki qardaş ataları öldüyü zaman xaqan olacaq yaşda deyildilər.Xaqanlığa öz gücü və bəylərin köməyi ilə əmiləri Rua keçmişdi.İkinci əmiləri Aybars Şərq Qanadı elbəyi,üçüncü əmiləri Oxtar isə Qərb Qanadı elbəyi olmuşdular.Attila və Buda bu üç əmilərinin yanında və himayəsində böyüdülər.
Ruanın ölümündən sonra xaqan olan Attila 39-40 yaşlarında idi.O, əmisi Ruanın illərcə sağ əli olaraq təcrübə qazandığı üçün dövlətin idarəsini,hunların daxili və xarici siyasətlərini çox yaxşı öyrənmişdi.Xaqan əmisi ilə bütün hərbi səfərlərə qatılmış,hakimiyyət altında saxlanan tayfaları yaxından tanımışdı.Təcrübəli,ciddi dövlət adamı olduğuna görə elbəyləri və bəylərin də razılığı ilə Attila xaqan,böyük qardaşı Buda isə ona yardımçı oldu.
Buda əyləncələrdən çox xoşlanırdı,enerjisi və cəsarəti ilə bərabər əsəbiydi və xaqanlığı qardaşı Attilaya könüllü vermişdi və aralarında taxt-tac mübarizəsi olmadı.Budanın 11 il Attilaya köməkçi olması,445-ci ildə öz əcəliylə ölüncəyə qədər Attila tərəfindən himayə edildiyi təsdiq olunmuş həqiqətdir.
Attila Avropa Hun İmperiyasının xaqanı 434-453 olmuşdu.Onun hakimiyyəti illərində Avropa qitəsinin üçdə ikisindən çoxu ələ keçirildi və dövlətin sərhədləri Asiyaya qədər genişləndi.Hökmdarlığı boyunca ordusu ilə Qərbi və Şərqi Roma (Bizans) imperiyalarını tez-tez istila edən Attila,Orta əsr salnamələrində qəddarlığı xatırlanır.Bu səbəblə də Avropa mənbələtində “Tanrının Qamçısı” olaraq adlanır, amma Macar və Türk mənbələrində adından hörmətlə bəhs edilir.”Avropanın İmperatoru” titulunu qazanmış Avropa Hun İmperiyası Xaqanıdı.
Buna baxmayaraq,German (Alman) əfsanələrində Attila, çox böyük və ədalətli bir hökmdar kimi göstərilir..Attilanın sarayında bir çox German hökmdarı yaşayırdı.Nibelungen Dastanı Hind–German mücadilələrindən meydana gəlir.Bu hekayələrdə Attila,Etzel adında böyük avtoritetə sahib, barışsevən və yalnız asilərə qarşı qılınca qurşanan ərən ruhlu bir hökmdardır.Avropa Hun İmperiyasının paytaxtı olan Etzelburq adının buradan gəldiyi bilinməkdədir.Attila Aetus ilə etdiyi meydan savaşında Roma ordusu dağılmış Qərbi Qot kralı Theodeirch ölmüşdür.Attila ordusunu dinlədərək qaçan Aetusu təqib etmədi.
Attila 434-cü ildə Hun sərhəddinə gələn elçiləri Dunay ilə Morova çaylarının birləşdiyi yerdə,Bizansın Marqos qalasının qarşısında olan Konstantina divarları önündə, at üzərində qarşılandı.Onların nə üçün gəldiklərini bilir və qərarımı da vermişdi.Qərarını,daha dorusu barış şərtlərini diktə edirdi və Bizans bu şərtləri olduğu kimi qəbul etdi.Beləcə saxlanan barışa Konstansa barışı ( bəzi mənbələrdə Marqos barışı) deyilmişdir.
Bu barışığın şərtləri bunlardır:
1.Bizans hunlara bağlı, Hun hakimiyyət sərhədləri içində qalan qövmlərlə görüşməyəcək və anlaşma bağlamayacaqdır.
2.Əsir alınmış Bizans təbəəsi də daxil olmaq üzrə hunlardan qaçanlara sığınma haqqı veriməyəcəkdir.
3.Bizans o günə qədər hunlardan qaçıb sığınanları geri qaytaracaqdərdır.
4.Sığınanlar Yunan əsilli isə Bizans bunların əvvəzini (fidyə) ilə ödəyəcəkdir.
5.Ticarət əlaqələri müəyyən olunmuş sərhəd qəsəbələrində davam edəcəkdir.
6.Bizansın hunlara ödədiyi illik vergi 350 librə qızıl,bundan sonra bir qat daha artırılıb 700 librə olaraq ödənəcəkdir.
Bizans bu şərtləri qəbul etdi və yerinə yetirməyə başladı.Hunlara geri qaytarılan qaçaqları Attila Bizans sərhəddindən çıxmalarına imkan vermədən Qarsus (Bolqarıstanda bugünki Xirsovo) qalasında asdırdı. Bu olay həm hunlar arasında,həm də Bizansda,Romada,habelə başqa tayfalar arasında qorxu yayan bir xatirə yaratdı.
Bundan sonra Attila xaqanlığının Şərq bölgəsində aylarca davam edən bir təftiş səfərinə çıxdı.Bu arada Ağ oğurların İtil sahillərindəki qiyamını yatırmağa nail oldu.Beləliklə Şərq sərhədlərinin təhlükəsizliyi möhkəmləndirilmiş oldu.
Avropa Hun İmperiyası (378-470)-Hun türklərinin Avropa yürüşləri sayəsində Avropada yaranmış türk dövləti idi. Xaqanlığın Şərqdəki ağırlıq mərkəzi Dnepr sahilləri,Qərbdəki ağırlıq mərkəzi isə Dunay boyu idi.Xaqanlığın hegomonluğu altında qalan tayfaların başlıcaları bunlardır:
1.German tayfaları: Şərqi Qotlar, Kepidlər, Turçilinqlər, Suəbilər, Markamanlar,Kladlar,Hərülər,Ruqilər,Skirlər.
2.Slavyan tayfaları :Venedalar,Antlar,Sklavenlər.
3.Pers tayfaları: Alanlar,Sarmatlar, Baştarnalar,Neurlar, Roksolanlar;
4.Fin-Oğur tayfaları:Ceremislər,Mordvinlər, Veişlək,Cudlar,Estlər,
Vidivarilər,Meryalar;
5.Türk-tayfaları:İmperatorluğun hər tərəfinə dağılmış olan hunlar,Qara dənizin şimalında Volqa ətrafında Beş-oğurlar,Altı –oğurlar,On-Oğurlar,Şara (sarı oğurlar) oğurlar,Azov dənizinin qərbində Ağaritlər; Volqanın şərqində sabarlar və daha başqa türk tayfaları.Hun xaqanının hakimiyyəti altında olan tayfaların sayı 45 -ə qədərdi.
Müxtəlif irqdən olan və müxtəlif dillərdə danışan tayfalar özlərinin rəisləri və ya kralları vasitəçiliyi ilə Hun dövlətinə bağlanmışdılar.Bunlar vergi verir, ordularını Attilanın əmrində saxlayırdılarAttilanın sarayında təmsilçiləri vardı və türkcə bilməyən tayfalara göstərişlər öz dillərində verilirdi.
Bu nəhəng imperatorluqda tam təhlükəsizlik,sülh və sükut mövcud idi. Bir ara acaritlərin baş qaldırmasından başqa heç bir üsyan hərəkatı olmadı.Acaritlərin üsyan təşəbbüsünü də Attilanın böyük oğlu İlək və Hun ordusunun baş komandanı Oniki (qərblilər ona Oneqesios deyirlər) yatırdılar.
Hun imperatorluğunda asayiş hökm sürdüyü halda Roma imperatorluğunda qarşıqlıq və üsysanlar da artırdı.Romalılar Aetiüs vastəsi ilə Attiladan kömək istədilər və bu kömək göstərilməklə üsyanlar yatırıldı. Attila öz ordusunun qabağında Qərbə qaçan tayfaların romalılar tərəfindən mütəşəkkil birləşmələrinin qarşısını almağa,eyni zamanda, Şərqi Romanın da getdikcə zəifləyən Qərbi Romaya hakim olaraq güclənməsinə fürsət vermək istəmirdi.
Romada üsyanların ardı-arası kəsilmirdi.Bugünkü Belçikanın olduğu bölgədə yaşayan burqundların kralı Gundikar olduqca güclü ordusu ilə baş qaldırmışdı.Bunu görən Attila buraya əmiri Oxtarın başçılığı ilə ordu göndərərək üsyanı yatırdı. Çox qanlı bir savaşdan sonra Burqund kralı öldürüldü və ölkəsi Hun torpaqlarımna qatıldı.
Bu savaşdan sonra bütün Almanya Hun hegomonluğuna alınmış oldu.Almanların məşhur “Nibelunqlar dastanı”nın mövzusu məhz bu savaşlardır.
Avropa Hun imperatorluğunun hakimiyyət sərhədləri qərbdə Şimal Dənizinə və Manş (La -Manş) sahillərinə qədər uzanmış oldu. Aşağı Reyn bölgəsində franklar , turinqlər və lanqobardlar da türk iradəsinə tabe edilmişdi. Bunu həmin hadisələr vaxtında yaşamış bizans tarixçis Priskos ayrıca olaraq qeyd edir.
Bizans 434-cü il Konstansa barışında qəbul etdiyi şərtləri pozmağa başlamışdı.Hun hakimiyyəti altında olan tayfalarla gizli görüşlər keçirib onları üsyana qızışdırırdı.Hunlardan qaçanların bir qismi geri qayıtmırdı. Bunlardan başqa Attilanı çox əsəbləşdirən bir suç işlədildi. Marqos yepiskopu Kostansa yaxınlığında olan Hun böyüklərinin məzarını talan etmiş,məzardakı dəyərli əşyaları,cəvahiratı və silahları oğurlamışdı. Hunlar ölən böyüklərinin onun sağikən işlətdiyi silahları,qızıl,almaz kimi dəyərli əşyaları ilə birlikdə dəfn edirdilər.
Bu səbəbə görə Attila 440-cl ildə Bizans üzərinə yürüş qərarı verdi 441-ci ildə Belqrad və Niş üzərindən Trakyaya girdi.Bu dəfə Qərbi Roma təlaşa düşdü.Roma ordularının komandanı Aetiüs araya girərək qonşu Bizans üçün təminat verdi. Bizansın bağışlanma şərtlərinə əməl edəcəyini bildirib, Bizans imperatorunun oğlunu da girov olaraq Hun sarayına göndərdi.
Attila Dunay sahillərindəki qalaları alıb qalan qalaları isə tarmar etməklə kifayətləndi.Bundan sonra nə Şərqi,nə də Qərbi Roma onunla savaşmağa qadir deyildilər vəbeləliklə Attila “Dünyanın hakimi” sayılırdı.
O günlərdə romalıların müharibə Allahı Marsa aid olduğu sanılan,amma qeyb olan qılınc bir hun çobanı tərəfindən tapılıb Attilaya verildi.Bunun psixoloji təsir böyük oldu,çünki o dövrün inanışına görə bu xoşbət qılınc kimin əlinə keçərsə dünyaya o hökmdar olacaqdır. Deməli yer üzünə hökm etmək Tanrı tərəfindən Attilaya verilmiş oldu.
Bir müddət sonra Bizans barışıq şərtlrini təkrar pozdu.İllik vergini əskik ödəyir və gecikdirir,qaçaqları himayə edirdi.
447-ci ildə Attila ikinci Balkan səfərinə başladı.Dunayı bir neçə nöqtədən keçərək Trakyaya irəliləməyə başladı.Yolun üzərindəki bütün şəhərləri zəbt etdi və ta Konsantinopolun burnundakı Böyük Çəkməcəyə gəldi.Burada döyüş hazırlığı görə bilərdi. Bizans imperatoru Tedosios tələsik ən yüksək rütbəli elçini,Anatoliosu Attilanın yanına göndərdi,barış şərtlərini qəbul etməyə hazır olduğunu bildirdi.
Fikri şəhəri yıxmaq deyil,itaət altına almaq olan Attila İstanbulu almamaq üçün şərtlərini bildirdi və bu şərtlər dərhal qəbul edildi.
“Anatolios barışığı” olaraq adlandırılan bu sazişin şərtləri bunlardı:
1.Bizans hərbi təzminat olaraq 6000 librə qızıl ödəyəcək;
2.Bizans Dunayın güneyində,Dunaya beş günlük məsafədə qoşun saxlayacaqdı;
3.İki ölkə arasındakı ortaq bazar artıq Hun şəhəri halına gələn Huşdə qurulacaq;
4.Bizans ödəməkdə olduğu illik vergini üç qat artlracaq,yəni 2100 librə (150 min solidus) qızıl ödəyəcək..
5.Bizans əvvəlki sazişdəki şərtlərə,yəni qaçaqları hmayə etməmək,Hun hakimiyyətindəki tayfalarla görüşməmək şərtlərinə qəti olaraq əməl edəcək.
Barışın şərtləri Bizans üçün çox ağırdı.Hər il bu qədər qızıl tapıb verməsi imperatoru iflasa uğrada bilərdi.Ümidləri yalnız Attilanın ölümünə idi. Onun əcəli ilə ölməsini gözləyə bilməzdilər.Bizans imperatoru Attilaya sui-qəsd planlamaya başladı.
448-ci ildə İstanbuldan ölkələrinə dönmək üzrə olan Hun elçilik heyətinə Bizans elçilik heyəti də qatıldı və birlkdə yola çıxdılar.
Hun heyətinin başında türk sərkərdəsi Edikon (Edik-kun) dururdu.Köməkçisi Oresmes türk deyildi. Hun tabeliyində olan,tərcüməçilik edən birisi idi.
Bizans heyətində Maksiminios, Prikos və Biqila da vardı (Bu hadisələri və Hunlara aid məlumatları Prikosun qeydlərindən öyrənirik).Bizans heyətindən Biqila Attilaya sui-qəsd üçün hazırlanmış,bu məqsədlə sandıq dolusu qızıl almışdı.Onun bu gizli məqsədindən Maksiminios və Prikosun xəbərləri yoxdu.
Türk elçilik heyətinin başçısı Edikon Biqilanın əsl məqsədini sezdi və sonra həqiqəti öyrəndiAmma bunu bildirmədi.Bugünki Macarıstanın daxilində yerləşən Hun paytaxtına gəlincə məsələni Attilaya çatdırdı.
Attila Biqilanı sorğu-suala çəkərək onun məqsədini etiraf etdirdi.Buna görə Teodosiosa ağır məktub yazaraq əvvəlki elçisi ilə göndərdi.Həmin məktubun məzmunu beləydi: “...Teodosios da Attila kimi əsil bir atanın oğludur.Attila atası Muncuqdan aldığı əsilliyi qorumuş,amma Teodosios Attilaya xərac verən bir kölə vəziyyətinə düşmüşdür.Teodosios əsilliyini qoruya bilmədiyi kimi köləlik heysiyyatını da qoruya bilməmişdir.Çünki əsil ağası Attilanın canına qıymaq istəmişdir!”.
Bizans təlaş içində idi.Hər zaman olduğu kimi ən yüksək rütbəlilərdən ibarət bir elçilk heyətini dərhal yola çıxardılar.Amma artıq Attila Bizansı özündən asılı və kölə dövlət hesab etdiyindən Teodosiosa da,onun elçilərinə də əhəmiyyət vermirdi.Bizansı hər tərəfdən özünü yığışdırmağa məcbur etmiş,iqtisadi durumunu xeyli sarsıtmışdı.İndi əsl hədəfinə yönələ bilərdi.Əsl hədəf isə Qərbi Roma idi.
Ardı var
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 02 Dekabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















