Icma.az
close
up
RU
Tarif Şurası katibinin müavini qazi ilə əlbəyaxa olub Hər iki tərəf döyüldüyünü deyir (YENİLƏNİB)

Tarif Şurası katibinin müavini qazi ilə əlbəyaxa olub Hər iki tərəf döyüldüyünü deyir (YENİLƏNİB)

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qubada fəaliyyət göstərən "Alma bağı" istirahət mərkəzində 44 günlük Vətən müharibəsi qazisinə qarşı hücumla nəticələnən kütləvi dava baş verib. Hadisə 2025-ci ilin 19 yanvar günü törədilib.

Mia.az xəbər verir ki, bu barədə “demokrat.az”a hücuma məruz qaldığını iddia edən qazi Kənan İsmayıllı özü məlumat verib.
Onun sözlərinə görə, "Alma bağı" istirahət mərkəzində olarkən, Azərbaycan Tarif Şurası katibinin müavini Ceyhun Nəcəfov və dostları tərəfindən ağır söyüşlərlə təhqir olunaraq, fiziki təzyiqə məruz qalıb.
Kənan İsmayıllı deyir ki, hadisə 20 Yanvar Faciəsinin ildönümündə, taksi sürücüsü işlədiyi zaman Qubaya sərnişin apararkən, orada qonaq olduğu "Alma bağı" istirahət mərkəzində baş verib:
"Orada istirahət edərkən, tanımadığım şəxslər yüksək tonla səs çıxararaq, qaldığım otağın qapısına hücum çəkdilər. Mən qapını açıb baxarkən, gördüm ki, sərxoş vəziyyətdə olan və sonradan adını öyrəndiyim Ceyhun Nəcəfov və yanında olan bir neçə şəxs məni təhqir edirlər.
Onlar daha sonra üzərimə hücum çəkdilər. Bu zaman mən yenə ağır söyüşlərlə təhqir olundum, fiziki təzyiqə məruz qaldım, bədənimin müxtəlif nahiyyələrindən ciddi xəsarətlər aldım. Daha sonra Quba rayon Polis Şöbəsinə gedərək, izahat verdim. İzahatımda Ceyhun Nəcəfovdan şikayətçi olduğumu qeyd etdim".
Kənan İsmayıllı 44 günlük Vətən müharibəsi zamanı xüsusi təyinatlı kimi ön cəbhədə iştirak etdiyini bildirib:
"Mən 44 günlük Vətən müharibəsi zamanı kəşfiyyatçı olaraq xidmət etdiyimə görə, cənab Prezident İlham Əliyev tərəfindən "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə"Azərbaycan Respublikasının medalları ilə, həmçinin "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunmuşam".
Məsələ ilə bağlı Azərbaycan Tarif Şurası katibinin müavini Ceyhun Nəcəfov telefon zənglərinə cavab verməyib.

***

Məsələ ilə bağlı Ajans.az-ın sorğusuna cavab verən Azərbaycan Tarif Şurası katibinin müavini Ceyhun Nəcəfovun hüquqlarının müdafiəçisi, Vəkillər Kollegiyasının üzvü Vüsal Mirzəyev bildirib ki, Ceyhun Nəcəfov cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb və istintaq davam edir:

“Video görüntülər və digər məlumatlar, digər sənədlər barədə ictimaiyyətə yalnız istintaq bitdikdən sonra lazımi qaydada məlumat veriləcək. Düşünürəm ki,  məhkəmə qapalı iclas keçirməyəcək, hamı üçün açıq olacaq. Lazım olan məlumatlarla məhkəmə istintaqı zamanı tanış ola bilərsiz. Bundan əlavə nəzərinizə çatdırım ki, hadisə zamanı iddia olunur ki, Ceyhun Nəcəfov içkili olub. Lakin, qətiyyən bu belə deyil. Bununla bağlı ekspertiza keçirilib. Hadisə barədə məlumatı verən və iddia edən  şəxs cinayət işində təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu hadisədə özü və onun dostu, bundan əlavə yanında başqa insanlar da olub. Bu barədə tam açıqlama verə bilmirəm, amma zamanı gələndə istəsəniz məhkəmədə iştirak edərsiz ictimailəşdirərsiz. Bu adam təqsirləndirilmiş şəxs qismində cəlb olunub və məlum olub ki, hadisə törədilmədən əvvəl 102 xidmətinə onlar barəsində şikayət edilib. Lakin, həmin şəxs bunlara məhəl qoymayaraq, xuliqanlıq cinayəti törədib. Əlavə olaraq, qarşı tərəfə ağır xəsarətlər yetirib.”

Ağır xəsarətlər aldığı deyilən Tarif Şurası katibinin müavini Ceyhun Nəcəfovun əməliyyatı və müalicəsi Bakıda olub və bitib.

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://mia.az
archiveBu xəbər 27 Aprel 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see214

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see169

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see162

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see158

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see140

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see138

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri