Tariflər tətbiq edildikdən sonra Trampın sərvəti 500 milyon dollar azalıb “Forbes”
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Trampın sərvəti Amerika liderinin keçən həftə yeni tarifləri elan etməsindən sonra 500 milyon dollar azalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Hesablamalara görə, Trampın sərvəti onun şirkətlərindəki səhmlərin dəyərinin azalması səbəbindən 4,7 milyard dollardan 4,2 milyard dollara düşüb.
Qeyd edilir ki, xüsusilə, onun “Trump Media and Technology Group” şirkətinin kotirovkaları 8% azalaraq 170 milyon dollar kapitallaşma itirib. Trampın daşınmaz əmlak və xidmət aktivləri də itkilərə məruz qalıb.
Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib.
10%-lik universal tariflər aprelin 5-dən qüvvəyə minib, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minəcək.Bundan başqa, ABŞ administrasiyası aprelin 3-dən bütün idxal avtomobillərinə 25%-lik gömrük rüsumları tətbiq edib.Tramp iqtisadi vəziyyətlə əlaqədar ölkədə fövqəladə vəziyyət də elan edib.
Bu mövzuda digər xəbərlər:Trampın sərvəti ARTIB “Forbes”
01 Aprel 2025 16:54
“Forbes”: Trampın sərvəti sentyabr ayından bəri 1,1 milyard dollar azalıb
23 Noyabr 2025 08:18
Trampın sərvəti 500 milyon azalıb SƏBƏB
08 Aprel 2025 18:45
Trampın sərvəti iki dəfə artdı: “Forbes” milyardları sayıb
01 Aprel 2025 23:07
Bu ölkə hərəkətə keçdi: Trampın tətbiq etdiyi tariflər...
04 Aprel 2025 12:52
Baxış sayı:84
Bu xəbər 08 Aprel 2025 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















