Icma.az
close
up
RU
Tarix boyu Azərbaycan əsgəri öz şərəfli adını ləyaqətlə qoruya bilmişdir ŞƏRH EDİLDİ

Tarix boyu Azərbaycan əsgəri öz şərəfli adını ləyaqətlə qoruya bilmişdir ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Şimali Azərbaycanın müstəqil xanlıqları XIX əsrin ilk 30 ilində çar Rusiyası tərəfindən işğal olundu. Xanlıqların orduları ləğv olundu, silah-sursatları isə müsadirə edildi. Çar üsul-idarəsi XIX əsrin 70- ci illərində müsəlmanların, o cümlədən azərbaycanlı əhalinin hərbi xidmətə çağırılmasını dayandırdı, hərhi xidmət hərbi mükəlləfiyyətlə əvəz olundu". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Anar İsgəndərov deyib.

O bildirib ki, 1917-ci il Fevral burjua inqilabından sonra Cənubi Qafqazda acınacaqlı bir mənzərə üzə çıxdı: "Rus ordusunun tərkibində kifayət qədər erməni və gürcü əsgər və zabiti xidmət etdiyi halda,azərbaycanlılar haqqında bunu demək mümkün deyildi.

Azərbaycanın milli-demokratik qüvvələri Rusiyafa Kerenskinin rəhbərlik etdiyi Müvəqqəti hokumətə milli qoşun hissələrinin yaradılmasına icazə verilməsi ilə bağlı müraciət etsə də Hökumət bu işi 1917-ci ilin sentyabrın sonuna kimi ləngitdi.

1917-ci ilin iyulunda Gəncədə Müsəlman Milli Komitəsinin koməyi ilə 150 nəfər gəncə hərbi işin vərdişlərinin öyrədilməsinə başlandı. Gəncə ilə yanaşı milli qüvvələrin təşkili Lənkəranda da həyata keçirilməyə başladı. Bakıda bu işi həyata keçirmək mümkün olmadı.Çunki Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti qüvvələri Erməni Milli Şurası və Daşnaksutun partiyası ilə birləşərək milli qüvvələrin yaradılmasına imkan vermirdi.

1917-ci ilin dekabrında Zaqafqaziya Komissarlığının qərarı ilə Müsəlman Korpusu yaradıldı. Korpusun komandiri general-leytenant Əliağa Şıxlınski təyin olundu.Müsəlman Korpusunun qərərgahı Tiflisdə yerləşirdi. Milli qoşun hissələrinin təşkilində və təchizində Milli burjuaziyanın nümayəndələri H.Z.Tağıyev, M.Nağıyev və başqaları yaxından iştirak edirdi.
Müsəlman milli hissələrinin yaradılması işində qarşıya çoxlu çətinliklər çıxırdı.Ən böyük çətinlik kadr və səfərbərlik məsələsi idi. Azərbaycanlı zabitlərin olmaması məsələni xeyli çətinləşdirirdi. Korpusun zabitlərinin əksəriyyətini ruslar təşkil edirdi. Məsələnin qismən həll edilməsi üçün Bakıda kadet məktəbində müsəlman ictimai təşkilatlarının təşəbbüsü ilə milli zabit kadrlarının hazırlanmasına başlanıldı.

Müsəlman Milli Korpusunda general-leytenant Ə.Şıxlınski ilə yanaşı general Talışınski, general Mençukov, polkovnik S.Əfəndiyev, polkovnik Tlexas, polkovnik Qaytabaşı, polkovnik Əmənulla Mirzə Qacar, polkovnik Hacıbəyli kimi zabitlər qulluq edirdilər.

1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının üzvləri Müsəlman Şərqində ilk Cümhuriyyətin yaradılmasını elan etdilər. Gəncəyə köçən hökumət iyunun 26-da Müsəlman Korpusunun Əlahiddə Azərbaycan Korpusu adlandırılması haqqında qərar verdi. Beləliklə, Milli Azərbaycan ordusu təşkil edildi.

1918-ci il iyunun 4-də Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında Batum müqaviləsi imzalandı. Müqavilənin 4-cü bəndinə uyğun olaraq Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz-İslam Ordusu Azərbaycanın köməyinə gəldi. Milli ordu hissələri ilə Qafqaz-İslam Ordusu ümumi düşmənə qarşı vahid qüvvə şəklində birləşməyə müvəffəq oldular. Gəncədən başlanan mücadilədə Türk-Azərbaycan qoşunları ilə Bakı Soveti qüvvələri arasında həlledici döyüş Qaraməryəm ətrafında baş verdi.Dörd gün davam edən döyüş Milli qüvvələrin qələbəsi ilə başa çatdı.Düşmən qüvvələri Şamaxı, Ağsu, Kürdəmir və Salyandan çıxarıldı. Sentyabrın 15-də Bakı düşmən qüvvələrindən azad edildi. Milli Hökumıt Gəncədən Bakıya köçdü. Beləliklə, Bakı öz tarixində ilk dəfə olaraq bütün Azərbaycanın paytaxtına çevrildi.

Ordu quruculuğu böyük çətinliklərlə üz-üzə idi. Gənclər hərbi xidmətin mahiyyətini dərk etməkdə çətinlik çəkirdilər.Gənclər arasında vətənpərvərlik ruhunda təbliğatın aparılmasına ehtiyac var idi. Orduya çağırılan əsgər kazarma həyatına öyrəşə bilmirdi. Fərarilik adi hal almışdı. Silah və sursat yox dərəcəsində idi. 1918-ci ilin sonlarında ingilis jurnalisti Karl Liddel yazır ki, Bakıda kazarmada tərcüməçinin köməyi ilə əsgəri danışdırmaq istədim.Kövrələn əsgər doğulduğu kəndi üçün darıxdığını dilə gətirdi. K. Liddel yazır ki, 1919-cu ilin aprelində həmin kazarmada başqa mənzərənin şahidi oldum. Əsgərlər hərbi marşı əzbərləməklə məşğul idilər. Soruşanda ki, məqsədin nədir? Əsgər fikirləşmədən: Qarabağı düşməndən azad etmək. Başa düşdüm ki, Azərbaycan əsgəri yavaş-yavaş döyüşən orduya çevrilir.

Milli ordu hissələri Bakını və Qarabağı düşmən qüvvələrindən təmizlədikdən sonra sırada Lənkəran dayanırdı. Hələ 1918-ci ilin avqustunda bu bölgə ilə heç bir əlaqəsi olmayan millətçi rus zabitləri Molokan qiyamını həyata keçirdilər. Ona görə də Azərbaycan ordusunun qarşısında duran əsas məsələ bu bölgədə qiyamı yatıraraq Milli hökumətin idarəçiliyinin bərpa edilməsinə nail olmaq idi. Qiyamçıların qurudan və dənizdən hərtərəfli yardım almasına baxmayaraq, 1919-cu ilin avqustunda düşmən darmadağın edildi, bölgədə əmin-amanılq bərpa olundu.

Erməni təcavüzünə qarşı mübarizədə Azərbaycan ordusu böyük qəhrəmanlıqlar göstərə bildi. Qısa müddət ərzində Qarabağda ermənilərin pozuculuq fəaliyyətinə son qoyan milli ordu hissələri 1919-cu ilin avqustunda erməniləri Azərbaycan idarəçiliyini qəbul etməyə məcbur etdilər.

1918-1920-ci illərdə fəaliyyət göstərən Cümhuriyyətin ən uğurlu işlərindən biri Milli Ordu quruculuğu olmuşdur. Qısa zaman kəsiyində 40 minlik bir ordunun yaradılması böyük siyasi hadisə idi. 20-ci ilin aprel işğalı Cümhuriyyətin əldə etdiyi bütün uğurları ləğv etdi. Ən böyük zərbə Milli ordu hissələrinə vuruldu.

1939-1945-ci illər II dünya müharibəsi illərində milli Azərbaycan diviziyaları təşkil edildi. Bu diviziyaların faşizmə qarşı qəhrəmanlığı haqqında yüzlərlə əsərlər yazılıb. Bir sözlə, tarix boyu Azərbaycan əsgəri öz şərəfli adını ləyaqətlə qoruya bilmişdir. 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordu quruculuğu əsas məsələyə çevrildi.Erməni siyasi dairələri qərb dövlətlərinin hərbi yardımından istifadə edərək Azərbaycan torpaqlarının 20 faizini işğal etdi".

Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyev milli ordu quruculuğunun əsasını qoydu: "Azərbaycanın dövlət başçısı İlham Əliyev cənabları güclü ordu yaratmaqla yanaşı, bu ordunu ən müasir silahlarla təchiz etmək planını həyata keçirdi. ATƏT-in Minsk qrupunun ədalətsiz tövsiyələrindən imtina edən Azərbaycan tərəfi hər cür alçaldıcı razılaşmaları rədd etdi. BMT Təhlükəsizlik Şurasının həll etməli olduğu məsələləri özü həyata keçirdi. Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad etmək üçün Vətən Müharibəsinə başladı. 44 günlük müharibədə qazandığımız qələbə Azərbaycan ordusunun nəyə qadir olduğunu bütün dünyaya bəyan etdi. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi 17 illik hakimiyyətim dövründə Azərbaycan əsgəri üçün əlimdən gələni etdim.Bu müharibənin qəhrəmanı Ali Baş Komandan və onun yetişdirdiyi Azərbaycan əsgəri oldu.
Bu gün güclü bir Azərbaycan dövləti və bu dövlətin güclü bir ordusu var.Bu ordu xalqımızı qalib xalqa,Vətənimizi qalib dövlətə çevirdi. 2020-ci ilin 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan xalqı qalib əsgəri ilə öyünür, onun qəhrəmanlığı ilə fəxr edir. 2023-cü ilin sentyabrında düşməni darmadağın edən ordumuz bir günlük antiterror əməliyyatı ilə yüz il ərzində Qarabağda separatçı yuvası kimi tanınan Muxtar qurumu tarixdən sildi və Azərbaycanın suverenliyini bərpa etdi. Şanlı Azərbaycan əsgəri öz zəfəri ilə 26 iyun gününü qaliblərin bayramına çevirdi. Qalib Azərbaycan, Silahlı Qüvvələr günün mübarək!"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 İyun 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri