Icma.az
close
up
RU
Vyetnam xalqı öz şərəfli mübarizə tarixi ilə tanınır ŞƏRH EDİLDİ

Vyetnam xalqı öz şərəfli mübarizə tarixi ilə tanınır ŞƏRH EDİLDİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Vyetnam üçün Azərbaycan mühüm əhəmiyyətə malik ölkələrdən biridir. Azərbaycan inkişaf etməkdə olan, lakin strateji mövqeyə və geniş əməkdaşlıq potensialına malik dövlətdir. Orta Dəhlizin əsas hissəsini təşkil edəcək Zəngəzur dəhlizi Azərbaycanın nəzarətində yerləşir və bu nəqliyyat marşrutu regional və qlobal dövlətlər üçün, o cümlədən Vyetnam üçün də böyük maraq kəsb edir". Bu sözləri SİA-ya açıqlamasında siyasətçi, Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, Vyetnam xalqı öz şərəfli mübarizə tarixi ilə tanınır: "Amerika kimi güclü dövlətə qarşı apardıqları müharibədən qalib çıxaraq öz müstəqilliklərini və suverenliklərini qorumağı bacarıblar. Bu mübarizə onların ölkəsini xarabalığa çevirsə də, xalq iradəsi və milli birliyi sayəsində Vyetnam yenidən qurulub. Bu səbəbdən Azərbaycan xalqı Vyetnam xalqına böyük rəğbət bəsləyir. Çünki biz də 30 il müddətində davam edən işğalla barışmadıq və sonda ərazi bütövlüyümüzü bərpa etdik. Eyni taleyi paylaşan bu iki xalq arasında dərin mənəvi bağlılıq və qarşılıqlı anlayış formalaşıb.

Ermənistanın arxasında dayanmış güclü beynəlxalq dairələrə baxmayaraq, Azərbaycan öz torpaqlarını azad etdi və bu, bizim qətiyyətimizi, suverenlik uğrunda mübarizədə sarsılmaz mövqeyimizi nümayiş etdirdi.

Yeni mərhələdə Azərbaycan–Vyetnam münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Son zamanlar Vyetnam Kommunist Partiyası rəhbərliyinin Azərbaycana səfəri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində yüksək səviyyəli görüşlər keçirilmiş və əsas sənəd olaraq Azərbaycan ilə Vyetnam arasında strateji tərəfdaşlığa dair Bəyanat imzalanmışdır. Bu Bəyanatda qarşılıqlı əməkdaşlığın əsas istiqamətləri müəyyənləşdirilmişdir".

Siyasətçi qeyd edir ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsi təxminən 500 milyon dollar təşkil edir: "Qeyd etmək lazımdır ki, bu göstərici hətta coğrafi baxımdan daha yaxın olan bəzi ölkələrlə müqayisədə daha yüksəkdir. Bu əlaqələrin əsas hissəsi neft ixracı ilə bağlıdır. Baxmayaraq ki, Vyetnam özü də neft hasil edən ölkədir, Azərbaycan bu sahədə Vyetnama ixracat edən əsas tərəfdaşlardan biridir.

Tarixi baxımdan da bu əlaqələr dərin köklərə malikdir. Sovet dövründə Azərbaycan neft sahəsində qabaqcıl mütəxəssislər yetişdirirdi. Bu mütəxəssislər yalnız Azərbaycanda deyil, həmçinin Kuba, Vyetnam və digər ölkələrdə çalışaraq mühüm töhfələr verirdilər. Həmin dövrdə yüzlərlə azərbaycanlı neftçi və mühəndis Vyetnamda fəaliyyət göstərmişdir.

Təhsil sahəsində də əlaqələr əhəmiyyətlidir. Sovet dövründə Azərbaycan universitetlərində çoxlu sayda vyetnamlı tələbə təhsil almışdır. Təxminən 5000 vyetnamlı tələbə Bakıda müxtəlif ali məktəblərdə oxumuş və hazırda onların bir çoxu Vyetnamın dövlət strukturlarında mühüm vəzifələrdə çalışırlar. Bu gün də tələbə mübadiləsi davam edir və təhsil sahəsində əməkdaşlıq inkişaf etdirilir.

İqtisadi əlaqələr də tədricən genişlənməkdədir. Ümumilikdə isə Azərbaycan–Vyetnam münasibətləri Asiya-Sakit okean regionunda, xüsusilə Çinlə yanaşı, Azərbaycan üçün strateji tərəfdaşlıq formatında inkişaf edən nadir əlaqələrdən biridir. Bu isə uğurlu və çoxşaxəli diplomatiyamızın real nəticəsidir"- deyə əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 May 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri