Icma.az
close
up
RU
Tarix yazan qəhrəman Cəbrayıl

Tarix yazan qəhrəman Cəbrayıl

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Zəfər şəhidi Cəbrayıl Qasımovun 30 yaşının tamam olması münasibətilə
Cəbrayıl Baloğlan oğlu Qasımov 44 günlük haqq savaşımızda 30 il yağı tapdağında olan müqəddəs Vətən torpaqların azadlığı naminə son damla qanına qədər döyüşüb qəhrəmancasına şəhid olub. Masallının Ərəb kəndində dünyaya göz açan, ömrünün 24 yaşında vətənpərvərliyinin ən ali məqamına yetişən, xalqın qəhrəmanlıq simvoluna dönən Cəbrayıl Qasımovun adı indi şirin dillərdən düşmür. Bütün Azərbaycan onu özünə doğma bilir, onunla fəxr edir. Beləcə, qəlblərdə yaşamaqla heç vaxt unudulmur. Qərinələr ötdükcə yenə də Cəbrayılın şərəfli həyat yolu gələn nəsillərə örnək olacaqdır.
Doğma Vətəninə, torpağına ürəkdən bağlı olan elin sevimli oğlu Cəbrayıl orta təhsilini başa vurduqdan sonra 2014-cü ilin iyul ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Əsgərliyini Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda, "N" saylı hərbi hissəsində rabitəçi kimi davam etdirib. Vətəni göz bəbəyi kimi qoruyub, ona ləyaqətli xidmət göstərməklə zabitlərin, əsgərlərin sevimlisinə çevrilib.
2016-cı ilin yanvar ayında üzüağ ordudan tərxis olunub. İkinci Qarabağ müharibəsi başlayan gündən könüllü şəkildə odlu-alovlu səngərlərdə yağıya qarşı vuruşub. Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə əsl mərdlik nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalıb. Masallının şəhid oğlu milyonların ürəyində özünə əbədi yer etməklə, hə də dövlət tərəfindən ölümündən sonra "Vətən uğrunda" və digər medallara layiq olunub. Vətən, torpaq yolunda şəhid olmaq ən böyük şərəf və qürurdur. Məhz bizim Cəbrayıl öz qısa ömrünü belə yaşayıb. O, cismən aramızdan getsə də, mənən bizdən çox-çox ucada durur. Harada bir günəş müqəddəsliyi var, sorağı oradan gəlir.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 İyul 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri