Icma.az
close
up
RU
Quruculuğun Cəbrayıl nümunəsi

Quruculuğun Cəbrayıl nümunəsi

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu ügün Cəbrayıl şəhərinin AzərbaycanOrdusu tərəfindən işğaldan azad edilməsinin 5-ciili tamam olur.  2020-ci il oktyabrın 4-də şəhərinazad olunması Vətən müharibəsinin ilk mühüm uğurlarından biri kimi hərbi əməliyyatların sonrakıgedişatına əhəmiyyətli təsirini göstərdi, ordumuzun döyüş ruhunu, xalqımızın qələbəəzmini daha da yüksəltdi. Bu hadisə düşmənin döyüş meydanında tam məğlub ediləcəyi tarixin uzaqda olmadığını göstərdi.

Vətən müharibəsinin ilk həftəsində Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndi, o cümlədən Suqovuşan kəndi işğaldan azad olundu. Cəbrayıl isə 44 günlük müharibədə azad edilən ilk şəhərimizdir. Bubaxımdan 27 il işğal altında qalan şəhərin azadedilməsi Azərbaycanın Vətən savaşında qazandığı ilkstrateji uğur oldu. Cənab Prezident İlham Əliyevin butarixi hadisə münasibətilə müraciət edərək təbrikləriniçatdırması, «Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!» -deyə bəyan etməsi xalqımızın qələbə ovqatını daha yüksəltdi.


Cəbrayıl şəhərinin azad olunmasından sonra ortaya çıxan acınacaqlı mənzərə erməni vandallığınınvə barbarlığının növbəti nümayişi oldu. İşğaldövründə düşmən digər şəhər və kəndlərimiz kimiCəbrayılda da daşı daş üstə qoymamışdı. Vətənmüharibəsinin başa çatmasından sonra, 2020-ci il noyabrın 17-də Cəbrayıla səfər edən cənab İlham Əliyev şəhərin bərpa ediləcəyini, burada inzibati və ictimai binaların, məktəblərin, tibb ocaqlarının inşa ediləcəyini, bütün infrastrukturların yaradılacağını bəyan etdi. 5 il böyük zaman kəsiyi deyil. Lakin bu dövrdə Cəbrayıl şəhərində və ümumilikdə Cəbrayıl rayonunda həyata keçirilən bərpa və quruculuq işləri cənab Prezidentin sözlərinin sürətlə həyata vəsiqə aldığını göstərir. Dövlət başçısının dediyi kimi,Cəbrayıl bərpa edilir, dirçəlir və yenidən həyata qayıdır. 2020-ci ildən başlayaraq həm şəhərin, həmdə bütövlükdə rayonun yenidən qurulması istiqamətində çoxsaylı layihələr həyata keçirilir.

Bütün bunların nəticəsi kimi rayonda həyat özaxarına qayıtmağa başlayır. Cəbrayıl şəhərində artıqyaşayış var. 1993-cü ildə evlərini tərk etməyə məcburolan şəhər sakinləri ötən ildən başlayaraq doğmayurda qayıdırlar. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikamızınmüxtəlif ərazilərində məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı 2024-cü ilin sentyabrın 26-da yola salınıb. Həmin gün şəhərə 36 ailə - 117 nəfər qayıdıb.Ümumilikdə isə, ötən bir il ərzində Cəbrayıl şəhərinə 2900 nəfərə yaxın keçmiş məcburi köçkün qayıdıb. Baş plana əsasən 2026-cı ilin sonunadək şəhərdətəqribən 3800 nəfər, 2040-cı ilin sonuna qədər isə 15 min nəfər sakinin qayıtması nəzərdə tutulur.

Cəbrayıl şəhərində salınan ilk çoxmənzilli yaşayış məhəlləsinin təməli 2021-ci ilin oktyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Ötən il oktyabrın 4-də açılışı olan kompleks 33 yaşayış binasından ibarətdir. Bu binalarda 712 mənzil var. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, qaz plitəsi, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş şəkildə keçmiş məcburiköçkünlərə təqdim olunur.

Qeyd edək ki, Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra ilk səfər etdiyi rayonlardan biri Cəbrayıl olub. Ümumilikdə isə indiyədək dövlətimizin başçısı Cəbrayıl rayonuna 10 dəfə səfər edib. Hər bir səfər rayonun və Cəbrayıl şəhərinin həyatında əlamətdar hadisəyə çevrilib, təməlqoyma və açılış mərasimləri ilə yadda qalıb. Cəbrayıl şəhərinin yenidən qurulması ilə yanaşı, rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin dətəməli qoyulub.


Cəbrayılın bərpası da digər rayonlarımız kimikompleks şəkildə həyata keçirilir. Cəbrayıl şəhərininvə kəndlərin yenidən qurulması ilə yanaşı, rayondayeni infrastrukturlar yaradılır, doğma yurduna qayıdanvətəndaşlarımızın məşğulluğunun təmin edilməsidiqqət mərkəzində saxlanılır. İndiyədək rayonda enerji və yol infrastrukturlarının yenidən qurulması istiqamətində onlarla layihənin təməli qoyulub və onların bir qisminin icrası başa çatdırılıb. Cəbrayılda yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yalnız rayonun deyil, bütün Şərqi Zəngəzur iqtisadirayonunun sosial-iqtisadi prioritetləri baxımından böyük əhəmiyyət kəsb edir. Əsas fəaliyyət istiqamətləri kimi burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələri yaradılır. Hazırda burada investisiya portfeli 140 milyon manat olan 18 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.

İndiyə qədər görülən işlərin miqyası göstərir ki, Cəbrayılın bərpası və quruculuğu möhtəşəmdir. Rayon sürətlə dirçəlir, doğma sakinlərinə qucaq açır, Azərbaycanın zəfərini və yüksəlişini dünyaya bəyan edir. 


Cənab Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis olunub. Sözügedən Sərəncama əsasən 4 oktyabr tarixi ölkəmizdə Cəbrayıl şəhəri günü kimi qeyd olunur. 2020-ci ilin payızına qədər biz Cəbrayılınişğalından kədərlə bəhs edirdik. Bu gün isə xalqımız Cəbrayılın azad olunduğu tarixi, Cəbrayıl şəhəri gününü fərəhlə qarşılayır və qeyd edir. Bu, xalqımızın şərəfli tarixi, zəfər yürüşünün qürur doğuran səhifəsidir.

Xanlar Fətiyev

Milli Məclisin deputatı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://missiya.az
archiveBu xəbər 04 Oktyabr 2025 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri