Icma.az
close
up
RU
Tarix yazan Sülh memarı Hüseynbala Mirələmov yazır

Tarix yazan Sülh memarı Hüseynbala Mirələmov yazır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hüseynbala MİRƏLƏMOV
yazıçı-publisist

Azərbaycanın diplomatiya tarixində böyük önəm kəsb edən - Prezidentin Vaşinqton səfəri kimi tarixi bir hadisə ilə bağlı təəssüratımı qələmə almağı bilərəkdən bir qədər sonraya saxladım. Elə əhəmiyyətli tarixi olaylar var ki, onları dərhal ifadə etmək, hadisənin yaratdığı dərin mənəvi və intellektual təəssüratları tam şəkildə əks etdirmək imkansız olur. Belə anlar həm düşünmək, həm də bir-birinə qarışan qürur, fəxarət və həyəcan hisslərini süzgəcdən keçirərək, obyektivliyi qorumaq və ucalığın, böyüklüyün dərki baxımından vaxt istəyir. Tarixi olaylar zamanın uzağından daha aydın görünür. 

Belə bir tarixi əhəmiyyətli səfərə yalnız emosional yox, eyni zamanda analitik yanaşmaq vacibdir ki, onun təkcə zahiri yox, mahiyyət baxımından da tarixi çəkisi doğru qiymətləndirilsin. Tarix yalnız baş verənlərdən ibarət deyil, həm də onların cəmiyyətin yaddaşında necə iz buraxması və gələcək nəsillərə hansı şəkildə ötürülməsi ilə formalaşır. Elə bu səbəbdəndir ki, yaşananların içində yox, bir qədər kənarında duraraq düşünmək və yazmaq bəzən daha doğru olur.

Avqustun 8-dən 9-na keçən gecə ailəmlə birgə zahiri sakitlik içində, amma ürəyimizdə təlaş, həyəcan və səbirsizliklə ekran qarşısında əyləşib Azərbaycan Prezidentinin ABŞ-ın dövlət rəhbəri ilə görüşünü gözləyirdik. Gözlərimiz ümid və inamla okeanın o tayına - Vaşinqtona dikilmişdi. Bu sükuta bürünmüş gözləntinin içində həm də əvvəlki illərin, savaşların, sarsıntıların izlərini daşıyan intizar gizlənmişdi.

Avqustun 8-i gecəsi mənə 5 il əvvəlki son dərəcə həyəcanlı 8 noyabr axşamını xatırlatdı. 44 günlük Vətən müharibəsinin başa çatdığı misilsiz Zəfər gününü! Onda da beləcə sakitlikdə oturub ürək döyüntüsü ilə nələr baş verəcəyinə diqqətimizi yönəltmişdik. 8 avqust tarixində də belə idi. Döyüş səngərlərində bitən savaşımız diplomatiya masalarında bu gün də davam edir. Çox şükür, artıq torpaqlarımızda şəhid qanı axmır, amma ruhumuz hələ o savaş meydanlarındadır.

Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda təkcə Müzəffər Ali Baş Komandan yox, həm də dünya səviyyəli bir lider olduğunu sübut etdi. Və bu həqiqəti dünyanın bir nömrəli fövqəl dövlətinin prezidenti Donald Tramp da etiraf etdi. İki prezidentin arasındakı bu dialoq da məhz bunun göstəricisi idi:

Prezident Donald Tramp: Siz böyük lidersiniz...

Prezident İlham Əliyev: Böyük lider mənim yanımda əyləşib.

Dünyanın ən nüfuzlu və güclü dövləti olan ABŞ-ın 47-ci Prezidenti Donald Trampın Prezident İlham Əliyevin həm xarizmatik şəxsiyyətindən, həm də diplomatik incəliklərlə dolu davranışlarından dərin təsirləndiyi açıq-aşkar hiss olunurdu.

İlham Əliyevin son dərəcə dərin məzmunlu və düşünülmüş fikirlərinə heyran qalan Tramp, onu yalnız bir dövlət rəhbəri yox, həm də qlobal səhnədə nümunəvi lider kimi qəbul etdiyini nümayiş etdirdi. Bu möhtəşəm an Azərbaycanın və onun müdrik liderinin beynəlxalq arenada qazandığı ən yüksək hörmət və etimadın bariz göstəricisi idi.

Elə buna görədir ki, Donald Trampın öz sözləri ilə desək, Ağ Evin nadir və simvolik rəmzi açarlarının İlham Əliyevə təqdim olunması, Prezidentimizin ABŞ lideri üçün nə qədər əhəmiyyətli və xüsusi qonaq olduğunu bir daha sübut etdi.

Ağ Evin rəmzi olan bu açarlar təkcə bir məkanın qapısını açan vasitə deyil, həm də ali etimadın, ən yüksək dəyərin və sarsılmaz dostluğun simvoludur. Onlar keçmişdən gələcəyə uzanan bir körpü, iki xalq arasında qurulmuş hörmət və əməkdaşlığın fiziki təcəssümüdür. Bu nadir və müqəddəs hədiyyə, yalnız ən seçilmiş qonaqlara verilən bir nişanə olmaqla bərabər, həm də qarşılıqlı inamın, strateji əlaqələrin və dostluq bağlarının möhkəmliyini ifadə edir.

Bu anları televiziyada izləyəndə qəlbim qürur və fəxarət hissi ilə dolmuşdu: Prezidentimizə qarşı göstərilən bu dərin hörmət və ehtiram, yalnız rəsmi protokollarla ölçülməyən, həm də insan qəlbinin ən incə tellərinə toxunan səmimi bir təqdir idi.

Belə yüksək qiymətləndirmə onun liderlik keyfiyyətlərinin, müdrikliyinin və xalqına olan sarsılmaz bağlılığının təcəssümü kimi qəlbimizdə dərin bir fəxarət hissi oyadırdı.

Böyük xalqın böyük lideri olur və düz mütənasib olaraq o lider öz millətinin ucalığını da dünyada isbatlayır. Prezidentlərin arasındakı mükalimələr də bunu göstərirdi:

Prezident Donald Tramp:  Xalqınız böyük xalqdır. Bizim şəxsi tanışlığımızdan əvvəl belə Siz mənim haqqımda gözəl sözlər söylədiniz. Hətta bizim seçkilərdə qalib gəlməyimizdən əvvəl.

Prezident İlham Əliyev: Bəli, Sizin qalib olmağınızdan əvvəl. Bu, mənim səmimi sözlərim idi. Siz ilk prezidentlik dövrünüzdə gördüyünüz işlərə görə Azərbaycan xalqının və beynəlxalq ictimaiyyətin rəğbətinə layiqsiniz. Son bir neçə ay ərzində Siz Asiya, Afrika və nəhayət Cənubi Qafqaza sülh gətirdiniz. İnanılmazdır.

Prezident Donald Tramp: Pakistan və Hindistan arasında qarşıdurma. Bu, ciddi məsələ idi, çünki hər ikisi nüvə silahına malik ölkədir.

Prezident İlham Əliyev: Kamboca və Tailand.

Prezident Donald Tramp: Bəli, böyük işlər gördük. Siz də həmin işləri görərdiniz. Sizin münaqişə də ciddi məsələdir, nə qədər sürdü döyüşlər - 33, 35 il?

Prezident İlham Əliyev: Bəli, münaqişə 1988-ci ildə başlayıb. Lakin hərbi qarşıdurmanın fəal fazası 1991-1992-ci illərdə başlayıb.

Prezident Donald Tramp: Lakin münaqişə həll edilmirdi.

Prezident İlham Əliyev: Xeyr. Müharibə 1994-cü ildə dayandı və sonsuz, mahiyyətdən məhrum olan danışıqlar dövrü başladı.

Prezident Donald Tramp: Bu, çox ciddi bir məsələdir.

Prezident İlham Əliyev: Əlbəttə, Siz möcüzəyə imza atdınız.

Bu dialoqları dinləyəndə siyasi bəsirətlə və dərin intuisiya ilə anlamışdım ki, Prezident İlham Əliyev Donald Trampın Nobel sülh mükafatına namizədliyini ürəkdən dəstəkləyəcək.

Çünki Donald Trampın Nobel Sülh Mükafatı almaq arzusu onun dünyaya sülh gətirmək yolunda atdığı addımların güzgüsüdür.

Hazırkı fəaliyyəti göstərir ki, o, bu nəcib hədəfə sadiqdir və gerçəkdən də bu mükafata layiq bir liderdir. Hər addımı, hər qərarı sülhün inşasına yönəlib və bu arzunun gerçəkləşməsinə bir addım daha yaxınlaşdırır.

ABŞ səfəri zamanı Prezident İlham Əliyevin qazandığı ən böyük uğurlardan biri 907 saylı düzəlişin icrasının dayandırılması oldu. Açığı, bu, çox böyük bir hadisədir. Xatırlayıram, torpaqlarımız hələ işğal altındaykən, 1992-ci ildə ABŞ Konqresi Azərbaycana qarşı bir qərar qəbul etmişdi ki, guya biz Ermənistana blokada tətbiq edirik və buna görə də ABŞ-dan yardım almağımız qadağan olunsun. Sonradan, Bayden-Blinken dönəmində də həmin qadağa yenidən canlandırıldı və bu, Azərbaycan üçün ciddi təzyiq vasitəsi oldu.

Amma indi vəziyyət tamam fərqlidir. Biz artıq güclü bir ölkəyik, özümüz başqalarına yardım edirik, xarici dəstəyə ehtiyacımız yoxdur. Bu baxımdan, Prezident Trampın 907 saylı düzəlişi dayandırması həm rəmzi, həm də ədalətin bərpası kimi qiymətləndirilməlidir.

Məncə, bu həm də ABŞ liderinin Azərbaycana böyük bir siyasi jesti idi.

İlham Əliyev uzun illərdir atdığı bütün tarixi addımlarla Ulu öndər Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı olduğunu, sözün bütün mənalarında Atasının Oğlu olduğunu sübut edir! 

Onun hər bir tarixi addımında Heydər Əliyevin uzaqgörənlik, mərdlik və məsuliyyət kimi mənəvi irsi toplanıb. Vaxtilə ömrünü xalqına bağlılıqla yaşamış bir atanın oğlu da bu gün bizə milli qüruru yaşadır.

Vaşinqton görüşündə ABŞ prezidenti, Ermənistan və Azərbaycan liderləri arasında imzalanan Birgə Bəyannamə Ağ Evin rəmzi açarı ilə dünya reallığının paslanmış qapılarını açdı! Biz o qapılardan keçib yeni tarixi epoxaya qədəm basdıq.

Azərbaycan Prezidenti həmişə dünyanı heyrətləndirməyi bacarır.

Türk jurnalistin Vaşinqtondakı görüşdən sonra Azərbaycan Prezidentinin haqqında heyrət içində dediyi cümləni xatırlayıram: İlham Əliyev görüşdən sonra dörd saat boyunca rus, fransız, ingilis və türk dillərində jurnalistlərin suallarına cavab verdi.

Azərbaycan lideri özünün mahir diplomatik məharətini növbəti dəfə ortaya qoydu. Bu, sadəcə informasiya mübadiləsi deyil, eyni zamanda fərqli mədəniyyətlər və düşüncə tərzləri ilə anlaşmanın, siyasi və ictimai mürəkkəbliyi dərindən analiz edib qiymətləndirə bilmək bacarığının canlı nümunəsi idi.

Azərbaycanın dövlət rəhbəri Vətən müharibəsi dövründə dünya mediasına eynən belə bir ustad dərsini vermişdi. Onda da dünya heyrətlənmiş şəkildə onun tükənməz enerjisini, obyektiv cavablarını və lazımi reaksiyasını  izləmişdi!

Belə anlar göstərir ki, İlham Əliyev sadəcə bir dövlət rəhbəri deyil, həm də qlobal arenada dialoqun və anlayışın təmsilçisidir. Belə bir təmsilçi ilə beynəlxalq səhnədə çıxış etmək qürurvericidir!

...Və həmin gecə, ekran qarşısında tarixə şahidlik etdiyim o saatlarda bir daha anladım: bizim millətimizin taleyi, yalnız savaş meydanlarında deyil, həm də diplomatiya səhnəsində yazılır. Azərbaycan liderinin dünyaya verdiyi mesajı dinləyərkən, mən həm bir vətəndaş, həm bir insan, həm də bir yazıçı kimi fəxr etdim. Vaxtilə dünyaca məşhur "JZL" seriyasında Ulu öndər haqqında yazdığım kitabım gözümün qarşısında yeni perspektivlə canlandı: "İlham Əliyev. Bioqrafiya davam edir..." 

O anlarda dərk etdim ki, biz təkcə torpaqlarımızı azad etməklə kifayətlənmədik, həm də düşüncə sərhədlərimizi aşaraq, dünyaya kim olduğumuzu, necə bir iradəyə sahib olduğumuzu göstərdik.

Avqustun 8-dən 9-na keçən gecə mən bir daha inandım ki, Azərbaycanın yeni tarixi başlayıb.

Noyabrın 8-də olduğu kimi, avqustun 8-də də bizim yeni tariximiz yazılmağa başlandı. Bu tarix sülhün, ədalətin və milli birliyin tarixidir. Və bu tarixi yazan təkcə bir siyasətçi deyil - o, xalqının taleyini öz ürəyində daşıyan, məsuliyyəti yalnız çiyinlərində deyil, ruhunda daşıyan Müzəffər Liderdir və eyni zamanda da Sülh Memarıdır!

Bu yazını qələmə alarkən içimdə bütün duyğuların fövqündə dayanan sonsuz minnətdarlıq və şükranlıq hiss edirəm.

Bizə qürur, qələbə və sülh yaşatdığınız üçün Sizə minnətdarıq, Cənab Prezident!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Avqust 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see269

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see245

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see237

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see234

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see209

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see202

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see199

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see190

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see189

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see188

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see182

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see178

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see174

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see168

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see167

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see163

UEFA Millətlər Liqası: Türkiyə ardıcıl üçüncü oyunda məğlub olub

03 Oktyabr 2026 00:46see158

Real Madrid onun üçün 200 milyon ödəyəcək?

03 Oktyabr 2026 00:00see157

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see156

Millətlər Liqasında növbəti oyunlar: Polşadan darmadağın, Fransa və İtaliya heç heçə etdi

03 Oktyabr 2026 01:09see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri