Icma.az
close
up
RU
Son borc, son xidmət... Hüseynbala Mirələmov yazır

Son borc, son xidmət... Hüseynbala Mirələmov yazır

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hüseynbala MİRƏLƏMOV
yazıçı-publisist

Dahilərin böyüklüyü ondadır ki, onlar hər şeyin əvvəlini bildikləri kimi, sonunu da görür və dərk edirlər, onlar tarixin istiqamətverici  qüvvəsidir. Heydər Əliyev də məhz belə insanlardandı... O, mübarizəyə ilk atılan sərkərdə kimi həmişə meydanı qalib kimi, sonuncu olaraq tərk etməyə adət etmişdi. Amma yaxşı bilirdi ki, bu sonuncu çarpışmadan, bu sonuncu döyüşdən heç bir dahi, heç bir sərkərdə qalib çıxmayıb. Xəstəlik adı ilə qapını kəsdirmiş ölüm artıq öz hökmünü verməkdə israrlı idi. Namərd ölüm onun ağlına, iti zəkasına, düşüncəsinə qalib gələ bilməsə də, taqətini üzürdü... Xəyal onu bir anda doğma Azərbaycana gətirdi. Çöhrəsinə xəfif bir təbəssüm qondu. Budur, yenə iş başındadır. Gecə yarıdan keçir, onun kabinetinin işıqları isə hələ də yanır. Müstəqil Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi, bu istiqamətdə atılacaq növbəti addımları götür-qoy edir. Zamanın, vaxtın fərqinə varmır, ağlının, zəkasının sürəti ilə zamanı qabaqlamaq istəyir. Sanki sabah olmayacaq, vaxt burda bitəcəkdi. Bu dahi bütün ömrünü belə yaşamışdı. Onun böyüklüyü, dahiliyi bir də elə bunda idi ki, öz ömrünün bədxərci idi. O, bu ömrü sədaqətlə xidmət etdiyi Vətəninə, işinə xərcləyirdi. Hətta Klivlenddəki, bu ağır dəqiqələrdə də özünü "bütün varlığı qədər sevdiyi Azərbaycan" qarşısında borclu bilirdi.

Axı ölkəsi, Vətəni üçün bu qədər xarüqələr yaradan bir insanın nə borcu ola bilərdi ki? Heydər Əliyevin düşüncəsində də bu məqamda ən mühüm iş müstəqil Azərbaycanın gələcək taleyi idi. Artıq dərk etmişdi ki, düşüncələrində qurduğu əzəmətli, tərəqqi etmiş güclü müstəqil Azərbaycanla bağlı bütün arzularını gerçəkləşdirməyə onun daha vaxtı qalmamışdı. O bilirdi ki, Azərbaycanın müstəqilliyi hələ o qədər də möhkəm deyil ki, onun gələcəyi üçün narahat olmayasan. Bəs yarımçıq qoyduğu işlər necə olsun? Azərbaycanın gələcəyinin asılı olduğu bu işləri kim tamamlasın? Heydər Əliyevin son qərarı əslində Azərbaycana son borcu, son xidməti idi. Bu qərardan Azərbaycan dövlətinin taleyi asılı idi. Heydər Əliyev bu son borcunu da şərəflə yerinə yetirdi. Onun doğma xalqına ünvanladığı son müraciət Vətənə ləyaqətlə xidmətin son nümunəsi idi.

Ulu öndərin hər kəlməsində sədaqət, hər sətirində millətə sevgisi yaşayan bu müraciəti xalqa ləyaqətli xidmətin ən ali nümunəsinə çevrildi. Heydər Əliyev son müraciətində dəbdəbədən, ritorikadan uzaq, xalqın qavradığı dildə özünəməxsus səmimi üslubla millətinə müraciət etmişdi: "Əziz həmvətənlər, hörmətli Azərbaycan vətəndaşları! Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız Sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".

Heydər Əliyev müraciətində Azərbaycan xalqının dünyanın ən qabaqcıl xalqları sırasında öz layiqli yerini tutduğunu bildirərək ölkəmizin demokratik cəmiyyət, hüquqi dövlət, insan və vətəndaş maraqlarının aliliyi, siyasi plüralizm prinsiplərini rəhbər tutaraq, respublikamızın Avropanın və dünyanın ən qabaqcıl, qüdrətli dövlətləri ilə çiyin-çiyinə fəaliyyət göstərdiyini qeyd etmişdi. O, həmin müraciətdə 1988-ci ildə ermənilərin Dağlıq Qarabağda başladıqları avantürist millətçi separatizminin qarşısının Azərbaycan rəhbərliyinin qətiyyətsizliyi üzündən vaxtında alınmadığını, 1990-1993-cü illərdə respublikamızda yaranmış siyasi və hakimiyyət böhranından, iradəsizlik və qarmaqarışıqlıqdan istifadə edən Ermənistan ordusunun Azərbaycanın torpaqlarını işğal etməsini və bir milyondan çox soydaşımızın qaçqın və köçkün vəziyyətinə düşdüyünü vurğulamışdı. Ümummilli lider  dövlətimizi və dövlətçiliyimizi məhv etməyə, dağıtmağa nə qədər səylər göstərildiyini, bütün bunların qarşısının alındığını müraciətində qeyd etmişdi. Heydər Əliyev xaos və anarxiya dövründə Azərbaycanın pozulmuş ərazi bütövlüyünü, qaçqın və köçkünlərin öz yurd-yuvasına qaytarılması probleminin də gələcəkdə həll olunacağına əminliyini vurğulamış, bunun üçün  yalnız milli birliyə, ictimai-siyasi sabitliyə malik, iqtisadiyyatı dinamik inkişaf edən, güclü dövlət təsisatları olan demokratik və vətəndaş cəmiyyətinə əsaslanan müstəqil dövlətlə hər şeyi, o cümlədən ərazi bütövlüyü və digər məsələləri həll etməyin vacibliyini müraciətində önə çəkmişdi.

Ulu öndər 2003-cü ildəki həmin tarixi müraciətində xalqımızı qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, özünün siyasi varisi, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırmışdı. İlham Əliyevi yüksək intellektual, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət kimi səciyyələndirən Ulu öndər inamla bildirmişdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Ulu öndərin bu səmimi və tarixi etirafı sadəcə siyasi bəyanat deyildi. Bu, xalqla bir müqavilə idi - etimadla, uzaqgörənliklə, millətin taleyinə olan dərin məsuliyyət hissi ilə yazılmış müqəddəs bir sənəd. Tarix öz hökmünü verdi: Heydər Əliyev zamanın və xalqının qarşısında bir daha haqlı çıxdı.

Ümummilli lider Heydər Əliyevin özü qədər inandığı İlham Əliyev bu etimadı xalqının işıqlı gələcəyini quran əməlləri ilə doğrultdu. O, tarixə sadəcə Ulu öndərin oğlu kimi deyil, müasir Azərbaycanın qurucularından biri, qüdrətli lideri kimi həkk olundu. Prezident seçildiyi ilk gündən başlayaraq İlham Əliyev ölkəni yalnız daxili sabitliklə deyil, eyni zamanda çevik və prinsipial xarici siyasət strategiyası ilə də irəli apardı. Onun rəhbərliyi ilə Azərbaycan nəinki regional gücə çevrildi, həm də beynəlxalq arenada söz sahibi olan, müstəqil qərarlar qəbul edən, öz yolunu özü seçən bir dövlət oldu.

İlham Əliyev Heydər Əliyevin  dövlətçilik məktəbinin müdavimi idi və bu irsi yeni zamanın tələblərinə uyğun olaraq inkişaf etdirdi. Neft və qaz strategiyasını müasir dövrün enerji təhlükəsizliyi siyasətinə çevirdi, Avropanın enerji xəritəsini dəyişdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, TANAP və TAP kimi layihələr onun təşəbbüskar liderliyinin, qlobal baxışının bəhrəsi oldu. Bu siyasət sayəsində Azərbaycan dünya enerji bazarında mühüm tərəfdaş kimi tanındı.

Nəhayət, İlham Əliyevin xalqı və dövləti qarşısında ən böyük siyasi və tarixi xidməti 44 günlük Vətən müharibəsi idi. Bu, İlham Əliyevin ali sərkərdəlik missiyasının, milli ruhun, texnologiyanın, diplomatiyanın və ordu quruculuğunun zirvəsi idi. Onun rəhbərliyi ilə əldə olunan bu zəfərlə  torpaqlarımız düşmən tapdağından  azad olundu, həm də xalqımızın 30 illik gözləntisi gerçəyə çevrildi. Bununla da İlham Əliyev xalqın yaddaşında Müzəffər Lider obrazı ilə əbədiləşdi. Bu, yalnız hərbi zəfər deyildi - bu, xalqımızın on illərlə gözlədiyi tarixi ədalətin bərpası idi. İlham Əliyev sadəcə Prezident deyil, həm də yeni dövrün Öndəridir. Vətən müharibəsindəki zəfərdən sonra başladığı yenidənqurma və bərpa prosesi isə onun liderliyinin davamlılıq üzərində qurulduğunu sübut edir. "Ağıllı kənd"lərdən "yaşıl enerji zonası"na, Zəngəzur dəhlizindən beynəlxalq nəqliyyat yollarına  qədər bütün layihələr Azərbaycanın təkcə regionun deyil, Avrasiyanın strateji mərkəzinə çevrildiyini göstərir. Bu uğurların hamısı sakit və təmkinli bir siyasi üslubun - İlham Əliyev liderliyinin təntənəsidir. Bu, Ali Zəfər İlham Əliyevin məqsədyönlü siyasətinin möhürüdür, onun tarixdəki ən parlaq imzasıdır.

Dünyanın çətinliklərlə üz-üzə, regionda və qlobal miqyasda gərginliyin artdığı bir vaxtda Azərbaycan İlham Əliyevin liderliyi ilə sabit, güclü və gələcəyə inamla addımlayan bir dövlətdir. Onun xarici siyasəti balanslı, milli maraqlara əsaslanan və prinsipialdır. O, Heydər Əliyevin dediyi kimi, həqiqətən yarımçıq qalan bütün işləri axıra çatdırdı.  Bu, bir liderin inamının, bir siyasi varisin, prezidentin əməli sədaqətinin və bütöv bir xalqın bu inama olan güvəninin təntənəsidir.

Azərbaycan bu gün sabitliyin, gücün və gələcəyə inamla addımlayan bir xalqın dövlətidir. Bu nailiyyətin arxasında təkcə siyasi mexanizmlər, iqtisadi planlar, diplomatik razılaşmalar dayanmır - burada bir liderin şəxsiyyətindən doğan əzmkarlıq, müdriklik və sədaqət dayanır.

Prezident İlham Əliyev XXI əsrin mürəkkəb siyasi coğrafiyasında yalnız Azərbaycanın deyil, Cənubi Qafqazın taleyini formalaşdıran əsas simalardan biridir. İlham Əliyev heç vaxt populist ritorikanın arxasına sığınmadı. Rusiya, Avropa İttifaqı, Türkiyə, İran, Çin kimi nəhəng güc mərkəzləri ilə paralel əməkdaşlıq aparmaq və eyni zamanda Azərbaycanın milli maraqlarını qorumaq - bu, hər liderin bacaracağı məsələ deyil. Bu, yalnız müstəqil iradəyə, prinsipial mövqeyə və siyasi uzaqgörənliyə malik rəhbərin missiyası ola bilər. İlham Əliyev bu missiyanı üzərinə götürdü və illər içində Azərbaycanın dünya xəritəsindəki yerini bir neçə pillə yüksəltdi.

Onun xarici siyasəti yalnız geosiyasi deyil, həm də mənəvi gücün nümayişidir. Azərbaycan bu gün sülhə, multikulturalizmə, mədəniyyətlərarası dialoqa ev sahibliyi edir. Bakı Prosesi, Beynəlxalq Humanitar Forumlar, COP29 kimi tədbirlər Azərbaycanın beynəlxalq miqyasda nə qədər etibarlı və sivil tərəfdaş olduğunu sübut edir. Bu, həm də İlham Əliyevin dünya siyasətindəki diplomatik nüfuzunun göstəricisidir. Əsl liderin işi təkcə rəhbərlik etmək deyil. Əsl lider millətin ruhuna çevrilməyi bacarmalıdır. İlham Əliyev bunu bacardı, tarixi fürsətləri gerçəkləşdirdi. 

O, sadəcə siyasi sələfi Heydər Əliyevin yolunu davam etdirməklə qalmadı, o, yolu zamanın tələblərinə uyğun şəkildə yenidən inşa etdi. Ulu öndərin "yarımçıq qalmış işlər" dediyi nə varsa, artıq tarixdə tamamlanmış şanlı səhifələrə çevrildi.

İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən tarixi uğurlar və nailiyyətlər Ulu öndər Heydər Əliyevin dahi uzaqgörənliyinin özünü doğrultmasıdır. Bu siyasi uzaqgörənlik gələcəyə yönəlmiş müdriklik kimi daim yaşamağa davam edəcək. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://525.az
archiveBu xəbər 07 May 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see219

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see162

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see147

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see143

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see136

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see126

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see121

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri