Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

İnsan sağlamliğina verilən dəyər

Halal sözün işığında... Hüseynbala Mirələmov yazır

Halal sözün işığında... Hüseynbala Mirələmov yazır

525.az saytına istinadən Icma.az xəbər verir.

Hüseynbala MİRƏLƏMOV
yazıçı-publisist

Mayın 26-da Şuşa Dövlət Musiqili Dram Teatrında keçirilən bədii yaradıcılıq gecəsi mənim yaddaşıma sadəcə bir ədəbi tədbir kimi deyil, həm də dərin mənəvi təəssüratların oyandığı mədəni hadisə kimi həkk olundu. Görüş ziyalı xanım, filologiya elmləri doktoru, professor, tanınmış şair Mahirə Nağıqızının yaradıcılığına həsr olunmuşdu. Bu zəngin təəssüratları oxucularla bölüşmək qərarına gəldim.

Görüşün ilk anlarından etibarən sanki gənclik illərimə səyahət etdim. Gözümün önündə Azərbaycan ədəbiyyatının - Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Əzizə Cəfərzadə, Ələviyyə Babayeva kimi tanınmış nurlu qadın simaları canlandı... Hələ tələbəlik dövrlərimdə bu tanınmış xanım ədiblərlə keçirilən yaradıcılıq görüşləri mənim üçün yalnız poeziya ilə tanışlıq deyildi, həm də qadın ziyalılığının, ruhani dərinliyin, sözə olan sevginin məktəbi idi. Onların hər biri öz zəmanəsinin bədii söz bələdçisi, sevilən ədibləri idi və elmi aydınlığı, ədəbi zənginliyi, insanı heyrətləndirən sadəlikləri ilə biz gənclərin ruhunda böyük izlər qoymuşdular. Mahirə xanımla keçirilən ədəbi-bədii görüş məhz həmin ruhu, o mənəvi səviyyəni mənə yenidən xatırladıb yaşatdı. Onun simasında bir zamankı görkəmli şair-yazıçı qadınlarımızın sözə sadiqliyinin, poeziyaya bağlılığının yeni zamanda davam edən unudulmaz şəklini gördüm.

Mahirə xanım bütün tədbir boyu qonaqları sözün, düşüncənin geniş dünyasına dəvət etdi. Onun şeirlərinin hər biri dərin mənalarla, ruhun çağırışı ilə dolu idi. Poeziya onun üçün yalnız ifadə vasitəsi deyil, yaşamaq tərzidir. Mən əvvəllər də Mahirə Nağıqızının Vətən mövzusunda yazdığı şeirləri oxumuşam, bu şeirlərdə duyulan vətəndaş yanğısı sadəcə bədii təsvirlərlə kifayətlənmirdi - burada qəlbin içindən gələn səmimi bir haray var. Vətən onun şeirlərində coğrafi sərhədlərlə deyil, mənəvi ölçülərlə dərk edilən bir anlayış kimi təqdim olunur. O şeirlərdə oxucusunu düşündürən, oyadan bir şair qəlbi dil açıb danışır:

Cənnətdə olsam da, çəkdiyim sitəm,

Balaca kol olub bağrında bitəm.

Dərdimi kimlərə dedim, ay Vətən,

Sənintək halıma yana, görmədim.

Hələ o zaman Mahirə Nağıqızının vətənpərvərlik ruhunun nə qədər dərin, nə qədər saf və səmimi olduğunu bilirdim:

Haraya getsəm də, Vətən, ay Vətən,

Könlümdə ruhunun var, havası var.

Ayrılıqdı bilməm, xiffətdi- bilməm,

Sənsiz hər tərəfdə qar havası var.

Bu misralarda sanki xalqımızın ruhu dilə gəlir.

Sevgi haqqında yazdığı şeirlərdə isə qadın zərifliyini, duyğu incəliyini, həyatın sarsıntıları içində qorunub saxlanılan gözəlliyi dolğun və bədii şəkildə ifadə edir. Bu şeirlərdə süni pafosdan uzaq, səmimi və bədii cəhətdən sanballı duyğular canlanır.

Mahirə Nağıqızının poetik dünyasında xüsusi yer tutan mövzulardan biri də şəhidlərimizin xatirəsinə yazdığı şeirlərdir. Bu şeirlərdə o, şəhidliyi bir zirvə, mənəvi yüksəliş, Vətən uğrunda ölümsüzlük fəlsəfəsi kimi təqdim edir. Xüsusilə də Xudayar Yusifzadə haqqında yazdığı şeir hamımızın qəlbinin ən incə tellərinə toxunur. Mahirə xanımın səsi ilə səslənən bu misralarda təkcə şəhidin obrazı deyil, ana fəryadı, torpaq sevgisi, xalqın yaddaşı birləşir. Bu şeirlərdə Xudayarın və onun simasında müqəddəs şəhidlərimizin qəhrəmanlığı, gəncliyi, təbəssümü, səsi və öz xalqına olan sevgisi əbədiləşir. Belə anlarda anlayırsan ki, bu poeziya yalnız sənət üçün deyil - xalqın ağrısını daşımaq və tarixi unutdurmamaq üçündür. Mahirə Nağıqızının şəhidlərə həsr etdiyi şeirlər həm ədəbiyyat, həm də milli-mənəvi yaddaş üçün əvəzolunmaz bir dəyərə çevrilir.

Mahirə Nağıqızının ana mövzusuna həsr etdiyi şeirlərində poetik güc, təkcə sözlərin ahəngində deyil, analıq məfhumunun xalq yaddaşındakı müqəddəsliyini bədii dillə əbədiləşdirmək bacarığındadır. Bu şeirlər də məni xüsusilə kövrəldir, mərhum anamı yadıma salır... Mahirə Nağıqızının anası Türkiyədə cərrahi əməliyyatda olarkən yazdığı "Tələsmə, həkim" şeiri bütün mətn boyu təkrarlanan daxili bir yalvarış kimi həm də hamımızın müqəddəs varlığı olan analara toxunmamaq istəyinin səsini daşıyır. Mahirə xanım həkimi tələsməməyə çağırmaqla, əslində zamana, dünyaya, hətta ölümlə bağlı olan dəyişməz bir həqiqətə qarşı çıxır:

O yüyürüb, o qaçıb,

Körpəsi ağlamasın.

Asta-asta yeriyib,

Balası oyanmasın.

O ayaqlar quş kimi

Çöldən dən gətiribdi.

Ürəyinin odunu

Bizlərə yetiribdi.

Bir az əl saxla, həkim!

Mən elə bilirəm ki,

Analar belə olur.

Bir az çiyni qısılmış,

Bir az beli bükülmüş,

Saçına qar tökülmüş.

Ağrıyan ayaqları,

Qırışan barmaqları,

Onun əzəmətini

Dəyanət, qeyrətini,

Daha da çox artırır.

Dəymə mənim anama,

Bir an əl saxla, həkim!

Onun misralarındakı "Dəymə mənim anama" çağırışı, əslində, bütün oxucuların çağırışına çevrilir: dəyərlərimizə, analarımıza, torpağımıza, kökümüzə ehtiramla yanaşaq! Bu ehtiramı poeziyada bu qədər yüksək və zərif formada ifadə edə bilmək isə şair Mahirə Nağıqızının bədii məharəti ilə mümkün olub.

Mahirə Nağıqızının poetik dünyası ilə elmi dünyası arasında heç bir ziddiyyət yoxdur - əksinə, bu iki sahə bir-birini tamamlayır, bir-birinə dayaq olur. O, sözlə düşünür, elmlə danışır, poeziya ilə öz yaradıcı ruhunu ifadə edir. Bütün çıxışlarında, təqdim etdiyi fikirlərdə, auditoriya ilə dialoqunda insani istilik, doğmalıq hiss olunur. Mahirə xanım öz auditoriyasına yuxarıdan baxmır, sözünü təkəbbürlə deyil, halallıqla, sədaqətlə söyləyir. Alim kimi intellekti, şair kimi ruhu, insan kimi səmimiyyəti bu ədəbi görüşün ruhunu formalaşdıran əsas cəhətləridi.

Mahirə xanım həm də ailə dəyərlərinin daşıyıcısıdır. O, həm öz övladlarının, həm də onu tanıyanların, tələbələrinin, dostlarının, oxucularının mənəvi anasıdır. Onun ana obrazı savadla, zəka ilə, əxlaqla, mərifətlə yoğrulmuş bir varlıq kimi formalaşıb. Belə bir ziyalı ana yalnız öz ailəsinə yox, bütöv bir cəmiyyətə xeyirli övlad yetişdirə bilər. Vətənə layiqli övladlar da məhz bu cür anaların tərbiyəsindən keçir.

Tədbirin sonunda Mahirə Nağıqızının səsləndirdiyi cümlə məni dərindən təsirləndirdi.O dedi: "Tədbirə gəldiyiniz üçün sizlərə çox minnətdaram, əziz qonaqlar, dəyərli vaxtınızı sərf etdiyiniz üçün haqqınızı halal edin". Bu sadə, lakin dərin məna daşıyan cümlə Mahirə xanımın necə bir ailədə böyüdüyünün, hansı mənəvi təməllər üzərində formalaşdığının canlı sübutudur, halallıq istəyinin, vicdanla yaşamasının təzahürüdür. Bu halallıq Mahirə xanımın təkcə şəxsiyyətində deyil, onun ailəsində də bir ənənə kimi qorunur. Bir vaxtlar Mahirə xanımın qardaşı Məhəmmədlə birgə işləmişik. Onunla əməkdaşlığımız boyunca Məhəmməddə də bu halallığı, bu vicdanlı yanaşmanı daim hiss etmişəm. Bu insanlar elə bir ailənin övladlarıdır ki, orada halal süfrə arxasında oturub halal çörəklə böyüyüblər. Onların ailəsində halallıq əsas həyat prinsiplərindən olub. Bu ənənə bu gün də Mahirə xanımın simasında davam edir.

Tədbirin gedişatında yadıma xeyli illər əvvəl Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı heyətinin oynadığı "Güllələnmiş heykəllərin fəryadı" adlı pyesim düşdü. O zamanlar Qarabağ torpağı mənfur düşmənin tapdağı altında idi. O zaman səhnədə şəhid heykəllərin fəryadı səslənirdi. İndi isə səhnədə sülh danışır, zəfər haqqında şeirlər səslənir, poeziya gülümsəyirdi. Ürəyimdən keçdi ki, "Güllələnmiş heykəllərin təbəssümü" adlı yeni bir pyes yazsam, indi Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsinə çox yaraşar. Bu dəfə heykəllərimiz milli qürurun, dirçəlişimizin, qayıdışımızın təbəssümü ilə tamaşaçı qarşısında canlanar, zəfərimizi salamlayar! Elə Mahirə Nağıqızının məşhur "Salam olsun" şeirindəki kimi:

Ey tarixi sətir-sətir yaradanlar,

Nə şanlısız, şanınıza salam olsun!

Qalacaqdır bu tarixdə var olanlar,

Silinməz ad-sanınıza salam olsun!

Ələm idi, qüssə idi hər çağımız,

Otuz ildən sonra güldü növrağımız.

Dalğalandı Şuşada al bayrağımız,

Qurban olum,hamınıza salam olsun!

Görüşdən ayrılarkən qəlbimdə dərin məmnunluq vardı. Bu, sözün, ədəbiyyatın, insanlığın, halallığın görüşü idi. Mahirə Nağıqızının timsalında biz həm böyük alim, həm istedadlı şair, həm də fədakar ana obrazının, eləcə də bir insanın necə bütöv və nümunəvi şəkildə yaşaya biləcəyinin canlı sübutunun bir daha şahidi olduq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://525.az
archiveBu xəbər 30 May 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see402

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see317

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see242

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see239

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see238

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see235

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see234

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see233

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see226

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see225

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see215

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see215

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see208

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see205

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see193

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see192

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see185

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see175

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see166

İnsan sağlamliğina verilən dəyər

03 Sentyabr 2026 13:01see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri