Icma.az
close
up
RU
Tarixçi alimin araşdırması: Çar Rusiyasının əlifba siyasəti Kirillə latının mübarizəsi

Tarixçi alimin araşdırması: Çar Rusiyasının əlifba siyasəti Kirillə latının mübarizəsi

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 13 noyabr, AZƏRTAC

Oktyabr inqilabından sonra Çar Rusiyasının ruslaşdırma və xristianlaşdırma siyasətində əsas vasitə olan Kirill əlifbasının latın qrafikası ilə əvəzlənməsi məsələsi daha kəskin qalxmışdı. Əslində bu, yeni məsələ deyildi... I Pyotr öz təbəələri üçün yeni vətəndaş əlifbası irəli sürdükdən sonra Rusiya imperiyasında daim “Rus yazısı hansı əlifbaya əsaslanmalıdır?” sualı ətrafında mübahisələr olub. Qərb yönümlü alimlərin bir çoxu Pyotrun islahatlarına əsaslanaraq hesab edirdilər ki, əlifba da latın qrafikası əsasında hazırlanmalı idi. Onlar I Pyotrun “düşündüyü”, lakin həyata keçirə bilmədiyi bu işi başa çatdırmağa çalışırdılar. Slavyanofillər isə hesab edirdilər ki, I Pyotrun əməllərini layiqli davam etdirməyin yeganə yolu bütün Çar Rusiyası xalqlarının Kirill əlifbasına keçməsini təmin etmək olardı və bu yöndə doğrudan da xeyli iş görmüşdülər... Hətta XIX əsrdə polyakların, litovların və Reç Pospolitaya parçalanarkən Rusiyanın payına düşən ərazilərdəki digər əhalinin də Kirill əlifbasına keçməsi üçün layihə hazırlanmışdı. Bundan sonra Polşanın ruslaşdırılması siyasətinə başlanıldı. Bunun üçün Litva və Belarusda rus dilində ibtidai məktəblər açıldı, əhalininin pravoslav ruhunda maarifləndirilməsinə başlanıldı. Katoliklərə dövlət vəzifələrində çalışmağa icazə verilmədi. İctimai yerlərdə, rəsmi yazışmalarda polyak, litva və Ukrayna dilindən istifadəyə, yas saxlamağa görə də cərimə təyin olunmuşdu. 1864-cü ildən latın qrafikalı əlifbadan istifadə etməklə litva dilində mətn çap etmək də yasaq idi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri tarix elmləri doktoru Güllü Yoloğlunun “Çar Rusiyasının əlifba siyasəti - Kirillə latının mübarizəsi” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Həmin dövrdə Şərqi slavyan xalqları öz yazılarında polyak orfoqrafiyasının qanunlarından istifadə edirdilər. Əvəzində əhali İ.Kornilov tərəfindən Kirill qrafikası əsasında tərtib olunmuş əlifbadan istifadəyə məcbur edilirdi. Yəni ruslar tərəfindən əsl zorakı assimilyasiya siyasəti aparılırdı və bu prosesdə əsas alətlərdən biri də Kirill əlifbası idi.

XIX - XX əsrin ilk yarısında polyak latınından belarus dilindəki yazıda da istifadə olunurdu. Belarus dili yazı dilinin fonetik sisteminə keçmişdi. Yeni hərflərdən “Naşa Niva” qəzeti istifadə etdiyinə görə, arada həmin əlifba “naşenskiy” adlandırılırdı. Əvvəlkinə isə “velikolitovskiy” deyirdilər.

XIX – XX əsrlərdə Ukrayna dili üçün latın qrafikalı əlifbanın iki variantı vardı: İosif Lizinskinin 1834-cü ildə tərtib etdiyi “polyaklaşdırılmış” və çex slavisti Yozef İreçekin 1859-cu ildə tərtib etdiyi “çexləşdirilmiş” əlifbaları. 1833-cü ildə Moskvada naməlum müəllifin “Rus əlifbasının yeni təkmilləşdirilmiş hərfləri” (Novıye usoverşenstvovannıye literi russkoqo alfavita) yazısı çap olundu. Burada müəllif rus dili üçün belə bir əlifba təklif edirdi: Aa, Bb, Cc (цэ), Dd, Ee, Ff, Gg, Hh, Iiı, Jj (жэ), Kk, Ll, Mm, Nn, Oo, Pp, Rr, Ss, Tt, Uu, Vv, Zz, Чч, Шш, Ыы, Юю, Яя.

1842-ci ildə K.M.Kodinski “Rus qrammatikasının sadələşdirilməsi” (Uproşeniye russkoy qrammatiki) kitabında rus dili üçün latın qrafikalı əlifba təklif etmişdi. O, 1857-ci ildə “Rus yazısının dəyişdirilməsi və sadələşdirilməsi” (“Preobrazovaniye i uproşeniye russkoqo pravopisaniya”) adlı kitabında yenə də latın qrafikasının tətbiqini təklif edir. Kodinskinin təklif etdiyi əlifba rumın, macar və fransız əlifbalarının qarışığı idi: Aa, Bb, Cc, Dd, Ee, Ff, Gg, Hh, İi, Jj, Ll, Mm, Nn, Oo, Pp, Qq, Rr, Ss, Tt, Uu, Üü, Vv, Xx, Yy, Zz. Qəliz diqrafları olan (cz (ц), sz (ш), sc (щ), hi (ы)) olan əlifba ilə sözlərin oxunuşunda və yazılışında çətinliklər yaranırdı. Məsələn, “balıqlar” (рыбы) sözü bu əlifbada belə yazılırdı: rhibhi. Soyadların sonundakı –oв, -ев isə “-of”, “-ef” kimi yazılırdı. Bir sözlə, bu əlifba yazını daha da qəlizləşdirirdi.

1845-ci ildə V.Belinski difraqramları çıxardaraq rus latınını irəli sürdü. 1862-ci ildə Yulian Kotkovski öz broşüründə bütün slavyanlara polyak əlifbasından istifadə etməyi təklif etdi. 1871-ci ildə Zasyadko da öz təklifini verdi. Beləliklə, latın qrafikalı rus əlifbasının tərəfdarlarının hərəsi bir əlifba təklif edirdi... Yəni Oktyabr inqilabına qədər Çar Rusiyasında latın qrafikalı əlifbaya keçmək üçün kifayət qədər ciddi cəhdlər olub.

Ardı var...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see156

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see146

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri