Tarixdə bu qədər güclü “Qarabağ” olmayıb...
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Alınmadı, futboldur bu. Səhvlərimizdən dərs alacağıq. Gözəl transferlərimiz var. Gələcəkdə daha da böyüyəcəyimizə şübhə etmirəm. “Qarabağ” doğru yoldadır.
Axar.az Qol.az-a istinadla xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun prezidenti Tahir Gözel UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente”yə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra deyib.
O, yollarına davam edəcəklərini bildirib:
“Tvente” ilə mübarizədən qalib ayrılmağı çox arzulayırdıq. Lakin iki dəqiqə çatmadı. Dözsəydik, tam başqa nəticə olacaqdı. Qismət deyilmiş. Amma biz ürəyimizlə yolumuza davam edəcəyik”.
“Gözləmək olar ki, “Qarabağ”ın qayıdışı daha güclü olacaq?” sualını T.Gözel belə cavablandırıb:
“Əlbəttə. Yeni transferlərimiz möhtəşəm futbolçulardır. Mən hesab edirəm ki, uyğunlaşma üçün bir qədər vaxt lazımdır. Önümüzdə çempionat var. İki yeni transferi açıqladıq. Tarixdə bu qədər güclü “Qarabağ” olmayıb. Amma təəssüf ki, bir qədər vaxtımız çatmadı”.
Klub rəhbəri artıq avrokubokları unutmalı olduqlarını söyləyib:
“Həyatda beş dəqiqə sonra olacaqlar xəyaldır. Qarşımızda hədəf var. Mənim ürəyimdə böyük bir eşq var və biz bu yola davam edəcəyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 28 Avqust 2026 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















