Icma.az
close
up
RU
Tarixdə diplomatik görüşlərin keçirildiyi İmişli... Zaur Əliyev yazır

Tarixdə diplomatik görüşlərin keçirildiyi İmişli... Zaur Əliyev yazır

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

Peşəkar təhsil işçisi Vahid Tağıyev Mia.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent  Zaur Əliyevin İmişli haqqında yazdığı məqaləni təqdim edib. Vahid müəllim bu yazıya görə professora şəxsən təşəkkür edir.

Mia.az isə həmin yazını olduğu kimi təqdim edir:

***

İmişli rayonu 1930-cu ilin аvqust аyındа mərkəzi Qаrаdоnlu kəndi olmaqla təşkil olunmuş və ilk olaraq Qаrаdоnlu rayonu adlandırılmışdır. Qаrаdоnlu rayonunun adı 08 avqust 1938-ci ildə dəyişdirilərək İmişli rаyоnu аdlаndırılmış, mərkəz isə indiki İmişli şəhərinin yerində olan İmişli kəndinə köçürülmüşdür.

Hələ Çаr Rusiyаsı dövründə təsis еdilmiş оlаn Qаrаdоnlu uyеzdi əvvəllər Sаlyаn qəzаsınа, sоnrаlаr isə Cаvаd qəzаsınа tаbе оlmuşdur. 1906-cı ildə Qаrаdоnludа ilk məktəb fəаliyyətə bаşlаmış, kənddə о dövr üçün nümunəvi sаyılаn yаşаyış еvləri, mеhmаnхаnаlаr, dəyirmаnlаr, dükаnlаr mövcud оlmuşdur.

İmişli rayonunun adının mənası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bu rayonun adı bəzi mənalara yozulur. Ehtimallardan birinə görə, burada qalayçılıq sənəti yüksək inkişaf etdiyinə görə, yaşayış yerinin adı “Gümüşlü” kimi adlanıb. Bəzi tədqiqatçılar iddia edirləri ki, İmişli sözü qədim hun dilində “Sulu yer” mənasında işlədilib. Başqa bir iddiaya görə isə el arasında buralara ”Yemişli” deyilib. 

Vaxti ilə boş ərazilərdə həddən çox yemiş  əkildiyindən bu toponimin “yemişli” sözündən alınmasını da söyləyirlər. 

Bu sözün qədim türk dilində İmeşli – yəni, iki çay rası mənasını verdiyidə deyilir. Bəzi türkoloji mənbələrdə imiş / yemiş sözləri “otlaq”, “çəmənlik”, “bitkili ərazi” mənasını verir. “-li” şəkilçisi isə aidlik, mənsubluq bildirir. Bu halda İmişli  “otlaqlı yer”, “çəmənlikli yer” kimi izah olunur
İm və Eş qədim türk dilində çay – orta deməkdir. Qədim türk dilində imiş kökü müxtəlif mənbələrdə yumşaqlıq, nəmli-otlu yer kimi qeyd edilir. 

Mənbələr yazır ki, eramızın XII əsrində 1220-1221-ci illərdə Moğol imperiyasının Qərbə doğru yürülşəri zamanı onlar Muğanda, indiki İmişli şəhəri ərazisində məskən salıblar. Muxor, Yeddi Kurqan və s. təpələr də o illərin yadigarıdır.

Həmdullah Qəzvininin  kitabına görə, "Ərdəbildən Biçrəvana qədər məsafə 8 fərsəng, sultanlıqdan 57 fərsəng, Biçrəvandan Biləsuvara qədər 8 fərsəng və Mahmudabada qədər məsafə 6 fərsəngdir..."

Yerli muzeydə "Ay Tanrısı" və ya "Ay ilahiası" adlı unikal bir eksponatın olması təsadüfi deyil. Şumer mədəniyyətinin xarakterik simvolu olan bu məharətlə yonulmuş daş bəzək əşyası Muxur kəndi yaxınlığında tapılıb. Qədim yaşayış məskənləri və kurqanlar İraq və Qafqazdakı Mesopotamiyanın tarixi taleyindəki oxşarlıqların daha bir sübutunu ehtiva edir.

Hətta Çingiz xan və Teymurun dövründə də Qızıltəpə tacirlərin və yerli varlı insanların sərvətlərini gizli yerlərdə gizlətdiyi bir yer idi. 

Rayon ərazisində tarixi keçmişimizlə bağlı maddi-mədəniyyət abidələrinin izləri çoxdur. Kür-Araz mədəniyyətinə aid saxsı məişət əşylarinin üç min ildən çox yaşı var. 

Qızıltəpə, Muxurtəpə, Qaratəpə orta əsrlərin istehkamlarıdır. İndiki Bəcirəvan kəndi ərəb istilası dövründəki döyüşkən Bəcirəvan şəhərinin adı ilə səsləşir. Rayon ərazisində həmçinin XII-XIV əsrlərə aid Qızıl Təpə, Muxor Təpə, Qara Təpə, Yeddi Kurqan, Dəyirman yeri, Qalaça yeri və s. tarixi abidələr mövcuddur.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən İmişli rayonunda 2500 il yaşı olan qədim yaşayış məskəni aşkarlanıb. 4 hektar ərazini əhatə edən Zilitəpə adlı yaşayış məskənində insan skeleti, gildən hazırlanmış tütək, ox ucluqları, qılınc dəsti, sikkələr, saxsı qablar və heyvan sümükləri tapılıb.

Şirvanşahlar dövlətindən Səfəvilərə qədər, həmçinin Ağqoyunlu və Qaraqoyunlu dövlətləri zamanı da bu ərazidə intensiv yaşayış məskənləri olub. Teymuri hökmdarı Əbu Səidin Azərbaycana hücum təhlükəsi yarandıqda sülh danışıqları üçün göndərilən elçilərə də Sara xatun başçılıq etmişdi və danışqlar indiki İmişli ərazisndə aparılıb.

İmişli bölgəsindən olan savadlı insanlar təkcə doğma Azərbaycanlarında deyil, həm də vətənlərinin şərəfini uca tutduqları yerlərdə tanınırlar.

Belə insanlardan biri də Musaib bəy Qəhrəman oğlu Axidjanovdur. O, 1914-cü ildə Kiyevdə hüquq təhsili almış və 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında fəal iştirak etmişdir.

Xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda fəal mübarizəyə rəhbərlik edən M. Axidjanov Azərbaycan parlamentinin 83 üzvündən biri və Bakı qubernatoru vəzifəsində çalışmışdır. Bolşeviklər hakimiyyətə gəldikdən sonra o, edam edilmişdir. 

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://mia.az
archiveBu xəbər 05 Dekabr 2025 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri