Icma.az
close
up
RU
Zaur Əliyev yazır: Ordubadda yatmış igidlər” əfsanəsi

Zaur Əliyev yazır: Ordubadda yatmış igidlər” əfsanəsi

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Azərbaycanın regional miflərində "Yatan şah" əfsanəsi var. Məsəl üçün Qarabağ folklorunda "Şah İsmayılın ölmədiyi, bir qədim mağarada yatdığı və zamanı gələndə oyanıb yenidən şah olacağına dair" əfsanə var. 

Naxçıvanda Nuh peyğəmbərlə bağlı güclü inanclar var. Deyilir ki, tufandan sonra Nuh gəmisini Naxçıvan dağlarına yaxın endirib və burada məskunlaşıb.Xalq arasında bir inanc var ki, Nuh tam ölməyib, mağarada yatır və tufan kimi böyük bir fəlakət olsa, yenidən oyanacaq. Şamaxı folklorunda Babək haqqında xalq dastanlarında deyilir ki, o, Ərdəbildə tutulub edam edilsə də, bəzi kəndlərdə belə bir inanc yaşayıb. Babək ölməyib, dağın altında yatır. Oyananda yenidən Abbasi zülmünə qarşı döyüşəcək və haqq-ədaləti bərpa edəcək.

 Elədə də Avropada da analoji miflər var.  Almaniyada "Barbarossa mağarada yatır”. İngiltərədə "Kral Artur qayıdacaq" və Türkiyədə "uyuyan alpərənlər” motivi mövcuddur.

Azərbaycanla bağlı çox belə əfsanə var. Lakin daha maraqlısı Naxçıvan regionunda, Ordubad mifologiyasında qeyri adi bir əfsanə var və bu barədə yazılır ki, Ordubad dağlarının dərinliklərində  qədim döyüşlərdə vuruşmuş igidlər yatır. Onlar ölməmiş, sadəcə "yuxuya getmiş” kimi təsvir olunurlar. 

Bəzi yerli rəvayətlərdə qeyd olunur ki, gecələr dağın altından nal və at səsi eşidilir – bu da igidlərin yuxuda belə döyüşə hazır vəziyyətdə olduqlarını göstərir.

Bu igidlər silah-sursatları və döyüş atları ilə birlikdə tam döyüş hazırlığında, lakin yuxudadırlar. Onların oyanması üçün şərt isə ölkənin üzərinə böyük bir bəlanın gəlməsi, həlledici bir təhlükənin yaranmasıdır. Həmin an gəldikdə, igidlərin yuxusu pozulacaq və onlar dərhal oyanaraq Ordubadı və bütün Azərbaycanı düşməndən xilas edəcəklər.

Ordubad versiyası fərdi  obrazdan çıxır və burda  xilaskar tək bir lider yox, bütöv  ordu hesab edilir. 

Əfsanə Ordubadın coğrafiyası ilə də bağlıdır: bölgə dağlıq ərazi olduğu üçün mağara və dağaltı məkanlar xalq təxəyyülündə "sirli sığınacaq” kimi təsəvvür olunmuşdur.Ordubad həmişə qovuşaqda yerləşən, zaman-zaman təcavüzə məruz qalan bir bölgə olub. Belə coğrafi mühitlərdə xalqın mənəvi qoruyucuya ehtiyacı güclü olur və bu əfsanənin yaranma səbəbi də budur. 

Ordubad "yatmış  igidlər" əfsanəsi təkcə bir nağıl deyil, Azərbaycanın bir  folklor sərvətidir və onun əsas bazasın da Əhsabi Kəhf  əfsanəsi durur.  Üç səmavi İnanclara görə burada müqəddəslər yatırlar və dünyanın sonunda onlar yuxudan oyanacaqlar. 

İstinadlar:Əliyev Z., "Azərbaycan folklorunda qəhrəmanlıq motivləri”, Bakı, 2019. Məmmədov Ş., "Azərbaycanın etnoqrafiyası”, Bakı, 2021Jafarlı R., "Uyuyan qəhrəmanlar: dünya və Azərbaycan folkloru müqayisəsi”, Bakı, 2020.Hüseynov E., "Ordubad bölgəsinin folkloru”, Bakı, 2018.


Prof.Dr. Zaur Aliyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:356
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Oktyabr 2025 22:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri