Icma.az
close
up
RU
Tarixdə ilk dəfə: Ukrayna Rusiya hərbi gəmisini FPV dronlarla vurdu (VİDEO)

Tarixdə ilk dəfə: Ukrayna Rusiya hərbi gəmisini FPV dronlarla vurdu (VİDEO)

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna müdafiə qüvvələri tarixdə ilk dəfə olaraq hərbi gəmiyə FPV-dronlarla uğurlu zərbə endirib. 28 avqustda Azov dənizinin Temryuk körfəzində "Kalibr” qanadlı raketləri ilə təchiz olunmuş Rusiya korveti "Buyan-M” vurulub.

Qaynarinfo "Defense Express”ə istinadla xəbər verir ki, bu gün simvolik məna daşıyırdı: düz 73 il əvvəl, 28 avqust 1952-ci ildə dünyada FPV-dronların ilk döyüş tətbiqi baş vermişdi.

Hücumu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin "Kabuslar” ("Prizraki”) adlı xüsusi bölməsi həyata keçirib. Onlar "Rubaka” və/və ya UJ-26 "Bober” tipli dronlardan istifadə edərək 350 kilometrdən çox məsafəni qət edib və hədəfə dəqiq zərbə endiriblər. Nəticədə gəminin bort hissəsi zədələnib, dəniz və hava hədəflərinin aşkarlanmasına cavabdeh olan MR-352 "Pozitiv” radiolokasiya stansiyası sıradan çıxıb. Bu stansiyasız gəmi faktiki olaraq "kor” qalıb.

Rusiyanın hava hücumundan müdafiə sistemlərinin acizliyi

"Buyan-M”in heyəti təhlükəni görsə də, aktiv manevrlər etsə də, gəminin hava hücumundan müdafiə sistemləri atəş açmayıb. Xüsusən də dronların, raketlərin və hətta təyyarələrin məhv edilməsi üçün nəzərdə tutulmuş yüksək sürətli AK-630M2 "Duet” artilleriya kompleksi işləməyib.

Səbəblər hələ məlum deyil: problem RLS-də, atəşə nəzarət sistemində və ya optik-nişangah kompleksində ola bilər. Amma fakt budur ki, gəminin əsas hava hücumundan müdafiə silahı Ukraynanın FPV-dronları qarşısında aciz qalıb.

Qara dəniz donanması üçün nəticələr

"Buyan-M” sinifli korvetlər RF-nin Qara dəniz və Xəzər donanmalarının əsas gəmilərindən sayılır. Bu birləşmələrdə azı yeddi belə gəmi var, daha dördü isə Baltik donanmasının tərkibindədir. Eyni tip hava hücumundan müdafiə sistemləri həm də "İvan Qren” və "Pyotr Morqunov” iri desant gəmilərində quraşdırılıb.

Bununla belə, "Buyan-M”in vurulması bütün bu sinif gəmilərin müasir Ukrayna dronları qarşısında zəif olduğunu göstərib.

"Buyan”a zərbə – nə məlumdur?

Xatırladaq ki, Azov dənizində işğal olunmuş Krıma yaxın ərazidə Rusiyanın 21631 layihəli "Buyan-M” kiçik raket gəmisi vurulub.

Bildirilib ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin "Kabuslar” xüsusi bölməsi hava dronu zərbəsi ilə gəminin RLS-ni sıradan çıxarıb, Baş Kəşfiyyat İdarəsinin Aktiv Hərəkatlar Departamentinin xüsusi təyinatlıları isə "Kalibr” daşıyıcısının bortuna zərbə endirib.

"Militarnıy” yazır ki, bu, müharibə dövründə Ukrayna müdafiə qüvvələrinin zədələdiyi üçüncü belə tip gəmi olub.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Avqust 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri