Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Azərbaycan futbolunda maliyyə oyunları Pullar necə mənimsənilir?

Azərbaycan futbolunda maliyyə oyunları Pullar necə mənimsənilir?

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan futbolunda qəribə bir yanaşma var: Əgər yerli məşqçisənsə və məhdud imkanlarla nəticə əldə etməyə çalışırsansa, "qara siyahı"ya düşməyə namizədsən. Bizim əksər klub rəhbərləri üçün əsas uğur - komandanın qələbəsi deyil, büdcənin necə "səmərəli" xərclənməsidir.

Uğur nə vaxtdan istefa səbəbidir?

Son illərdə şahidi olduğumuz mənzərə futbol məntiqinə sığmır. Tərlan Əhmədov "Kəpəz"i dağılmaqdan xilas edib liqada saxlayır, amma nəticə? Ona qapının yeri göstərilir. Azər Bağırov "Araz-Naxçıvan"ı debütant kimi yuxarı pillələrə daşıyır - nəticə? Anlaşılmaz bir şəkildə yollar ayrılır. Bağırov ötən mövsüm "Kəpəz"i Premyer Liqada saxlayır - nəticə? Komandadan göndərilir və bir neçə tur sonra yanlış qərar verildiyi anlaşılaraq mütəxəssis kluba qaytarılır.

Elmar Baxşıyevin isə “Araz-Naxçıvan” “təcrübə”si isə daha da tragikomediyadır. Heç stadionu olmayan klubla Premyer Liqada üçüncü pilləni tutur, komanda tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanır və mərhələ adlayır. Amma növbəti mövsümün ortalarında istefaya göndərilir. Hazırda milli ilə yanaşı “Şamaxı”nı da çalışdıran Ayxan Abbasov 2024-cü ildə “Turan Tovuz”dan göndərililməsi də birmənalı qarşılanmamışdı. Ortabab heyətlə 6-cı olan mütəxəssis növbəti mövsüm avrokuboklara vəsiqə qazana bilmələri üçün heyətin gücləndirilməsini istədiyinə görə istefaya göndərilmişdi. Onun yerinə gətirilən “vaxtı keçmiş” Kurban Berdıyev isə nə ötən mövsüm avrokuboklara vəsiqə qazana bildi, nə də hazırkı mövsümdə bunu edə biləcəyi inandırıcı gəlir. Özünə milyonlarla maaş verən bölgə təmsilçisi türkmən mütəxəssisin hər istəyini də yerinə yetirir. Adicə komandanın Bakıdan Tovuza gedib-gəlməsi üçün ADY-dən xüsusi qatarın icarəyə götürülməsini misal gətirmək bəs edir.

Bu adlar sadəcə siyahının görünən tərəfidir. Sual olunur: Bu adamlar uğursuz idimi? Xeyr. Komandada nizam-intizam yox idi? Xeyr. Bəs problem nədir? Problem ondadır ki, yerli məşqçi "mütidir", o, klubun daxili "mətbəxindəki" maliyyə oyunlarına müdaxilə edə bilmir və ya sadəcə olaraq onun maaşı üzərindən böyük "dövriyyələr" etmək alınmır.

Xarici məşqçi sevdası, yoxsa "pul yeyintisi"?

Yerli mütəxəssisi qapının ağzına qoyan kimi, dərhal radara aşağı səviyyəli, hətta karyerası tənəzzüldə olan xarici məşqçilər düşür. Niyə? Çünki xarici məşqçi həm də xarici transferlər deməkdir. Bu legionerlərin də müqaviləsində “yağlı faiz”lər olur.

Klub rəhbərliyi üçün 5-10 min manata can qoyan yerli məşqçidənsə, 30-40 min avro maaş alan və agentlərlə "ortaq dil" tapan xarici daha cəlbedicidir. Burada məqsəd futbolun inkişafı deyil, büdcədən ayrılan milyonların "yuyulması" və müxtəlif yollarla mənimsənilməsidir.

"Faiz" sistemi və futbolun ölümü

Açıq danışaq: Azərbaycan futbolunun bir çox klubunda baş məşqçi təyinatı idman prinsipləri ilə deyil, "kim daha çox gətirər?" prinsipi ilə həll olunur. Yerli məşqçilərimiz bu çirkin oyunun parçası olmaq istəmədikdə və ya bu "zəncirə" mane olduqda, dərhal "uğursuz" damğası vurularaq kənarlaşdırılırlar.

Nəticədə nə qazanırıq? Milyonlar xaricə axır, yerli mütəxəssislər ruhdan düşür və işsiz qalır. Klublarımız isə avrokubokların ilk mərhələsindəcə "cırtdan" ölkələrin komandalarına uduzub geri qayıdır.

Tərlan Əhmədov, Azər Bağırov və Elmar Baxşıyev kimi məşqçilərin taleyi Azərbaycan futbolunun aynasıdır. Bu aynada görünən isə futbol topu deyil, pul kisəsidir. Nə qədər ki, klublarda "faiz" dərdi futbol dərdini üstələyir, biz hələ çox "xarici xilaskarların" cibini doldurub, öz övladlarımızı tribunalarda görəcəyik.

Qeyd etmək yerinə düşər ki, “Araz-Naxçıvan” rəhbərliyi Elmar Baxşıyevin gözlənilmədən göndərilməsindən sonra komandanının "sükanı arxası"na Andrey Demçenkonu gətirib. Komandanın prezidenti Ramin Axundov isə ölkədən qaçıb. Külli miqdarda qaçaqmalçılığa görə axtarışa verilən Ramin Axundov Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun qardaşıdır. /Teleqraf.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Yanvar 2026 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see601

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see428

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see424

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see393

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see376

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see372

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see334

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see273

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see258

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see256

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see237

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see237

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see219

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see217

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see216

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see213

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see212

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see210

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see198

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri