Icma.az
close
up
RU
Tarixi ədalətin və milli qürurun bərpa edildiyi gün

Tarixi ədalətin və milli qürurun bərpa edildiyi gün

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


2020-ci ilin Vətən Müharibəsində Müzəffər Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində 25 oktyabr tarixində Qubadlı şəhəri 28 illik işğaldan azad edildi. Bu zəfər Həkəri vadisinin kilidi sayılan strateji yüksəkliklərin və yaşayış məntəqələrinin azad olunması ilə Böyük Qayıdışın təməlini qoydu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, bu tarixi anı əbədiləşdirmək məqsədilə hər il 25 oktyabr "Qubadlı Şəhəri Günü" kimi təntənəli şəkildə qeyd olunur.
Tarixi İrs və Zəfər Yolu
Qubadlı rayonu zəngin tarixi, əsrarəngiz təbiəti, sıldırım qayaları, bərəkətli torpaqları və igid insanları ilə tanınır. Həkəri və Bərgüşad çaylarının kəsişməsində yerləşən bu diyar əsrlər boyu regionun vacib mədəni və strateji mərkəzlərindən biri olmuşdur.
Ancaq 1993-cü il avqustun 31-də Qubadlının işğal edilməsi ilə rayonun yüzlərlə tarixi-mədəni abidəsi, bərpa olunmaz təbii sərvətləri vandalizmə məruz qaldı. Bütün bu çətinliklərə baxmayaraq, qubadlılılar doğma torpaqlarına qayıtmaq inamını heç vaxt itirmədilər. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərində dalğalandırılan üçrəngli dövlət bayrağı bu inamın və Azərbaycan əsgərinin qəhrəmanlığının təcəssümü oldu.
Yenidən Qurulma və Böyük Qayıdış
İşğaldan azad edildikdən sonra Qubadlıda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılmışdır. Müasir infrastruktur layihələri, yeni yollar, yaşayış kompleksləri və sosial obyektlərin tikintisi şəhərin simasını tamamilə yeniləyir. Qubadlının zəngin ekoloji potensialı və kənd təsərrüfatı imkanları nəzərə alınaraq, regionun dayanıqlı inkişafı üçün müasir "ağıllı" konseptlər tətbiq edilir.
Qubadlı Şəhəri Günü yalnız bir ərazinin azad olunmasını deyil, həm də doğma ocaqlarına qayıdan insanların sevincini, şəhidlərimizin əziz xatirəsini və Vətən torpağının bölünməzliyini rəmziləşdirir.
Bu tarixi gün münasibətilə xalqımızı təbrik edir, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizi rəhmətlə, qazilərimizi isə minnətdarlıqla anırıq. Qubadlı Şəhəri Gününüz mübarək!
YAP Yevlax rayon yəşkilatının fəalı,Yevlax şəhər Nizami adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini Nərmin Səmədova
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 Oktyabr 2026 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri