Icma.az
close
up
RU
Qumar qızdırması: Udan kim, uduzan kim? KÜNCDƏN BAXIŞ

Qumar qızdırması: Udan kim, uduzan kim? KÜNCDƏN BAXIŞ

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elçin Bayramlı

İnternetin inkişafı bir sıra sahələrdə müsbət nəticələrə səbəb olsa da, özü ilə bir çox ciddi problemlər də gətirib. Bunlardan biri də, kibercinayətkarlıqdır. Burada isə, ən geniş yayılmış üsullardan biri də onlayn qumar və lotereya sistemidir. Bu sistemlər sayəsində bəzi qlobal cinayətkar dəstələr insanları şirnikləndirərək milyardlarla vəsaiti mənimsəyir. 2025-ci ildə online mərc oyunlarının qlobal dövrüyyəsi 100 milyard dollardan çox olduğu bildirilir.

Azərbaycanda da lotereya və mərc oyunlarına maraq son illərdə artıb. Bu tip oyunlar iki cürdür: Rəsmi və qanuni fəaliyyət göstərənlər və internet üzərindən qeyri-qanuni olanlar.

Ölkəmizdə son illərdə qanuni lotoreya oyunlarına maraq azalıb, əvəzində onlayn qumar sistemlərinə aludə olanların sayı artır. Problem cəmiyyətdə kök salmaqdadır və sosial-iqtisadi böhranla yanaşı, cinayətkarlığa da yol açır.

Vətəndaşlarımız burada ildə yüz milyonlarla vəsait itirirlər. İdarəçilərin kim olduğu, oyunların haradan idarə olunduğu məlum deyil; bunlar şübhəli mərkəzlərdir. Heç bir hüquqi məsuliyyəti yoxdur. Uşaqlar, gənclər və savadsız kateqoriya tələyə düşür.

Rəsmi lotoreya və mərc oyunları sahəsində fəaliyyət göstərən şirkətlərin isə müəyyən öhdəlikləri var və onlara dövlət nəzarət edir. Onlar Azərbaycanın özündədir, əlçatandır.

Daxili İşlər Nazirliyi qanunsuz mərc və şans oyunları ilə bağlı daim maarifləndirmə aparır, izahatlar verir. Hətta qanunsuz olaraq qumar və mərc oyunları təşkil edənlərə qarşı mütəmadi tədbirlər görür. Çünki bəzilərinin Azərbaycanda da bu qanunsuz platformalara işləyən adamları var, belə şəxslər haqqında tədbirlər görülür.

Tam qarşısını almaq isə çox çətindir. Çünki internet elə bir şəbəkədir ki, ora bizim nəzarət imkanlarımız müşküldür. Bu, qlobal bir sistemdir.

Bu qanunsuz mərkəzlər və şirkətlərlə mübarizədə faktiki olaraq yeganə çıxış yolu qalır: insanların özlərinin bu mövzuda savadlanması, məlumatlandırılması və aldanmaması. Xalq arasında bir deyim var: “Müftə pendir yalnız tələdə olur”. Reallıq da məhz budur. Heç bir xarici qumar və ya lotereya sistemində elə mexanizm yoxdur ki, kimsə ora beş-on manat qoyub milyon qazansın. Belə bir şey mövcud deyil.

Amma buna baxmayaraq, bu qeyri-qanuni platformalar insanları cəlbedici reklamlarla aldadırlar: yalançı qaliblər, yalançı uduşlar nümayiş etdirilir. Hətta bəziləri daha da irəli gedərək əvvəlcə doğrudan da real şəkildə beş, on, əlli manatlıq uduşlar verirlər, vəsaiti hesaba köçürürlər ki, insanı həvəsləndirsinlər. Daha sonra isə həmin şəxsin bir neçə yüz, hətta minlərlə manatını mənimsəyirlər.

Bu cür qanunsuz fəaliyyət göstərən platformalarla mübarizə aparmaq son dərəcə çətindir. Burada məsuliyyət əsasən insanların öz üzərinə düşür. İnzibati yolla bu problemi tam həll etmək mümkün deyil. Texniki baxımdan müəyyən addımlar atmaq olar, lakin hüquqi baxımdan çətinliklər mövcuddur. Çünki bu qanusuz platformalar Azərbaycan yurisdiksiyasına aid olmayan xarici məkanlarda fəaliyyət göstərir.

Bununla yanaşı, dövlət tərəfindən müəyyən maarifləndirmə işləri aparılır. Amma texniki tədbirlər də zəruridir. Bir sıra ölkələrdə bu tip xarici resursların bloklanması tətbiq olunur. Azərbaycan internet məkanında da bu cür saytların, tətbiqlərin və reklamların məhdudlaşdırılması üçün texniki filtr sistemləri qurula bilər. Bu, həm sosial, həm iqtisadi, həm də mənəvi baxımdan vacibdir. Çünki naməlum xarici strukturlar Azərbaycan vətəndaşlarının pullarını talayır, bu isə iqtisadi zərər, sosial problemlər, mənəvi deqradasiya və kriminal hallar yaradır.

Azərbaycanda qanunsuz mərc və lotereya oyunlarının təşkili və iştirak etmək inzibati və cinayət məsuliyyəti daşıyır. Buna nəzarət artırılmalıdır. Çünki, bu sistemlərdə tələyə düşən adamlar bütün pulunu, əmlakını, hətta evini də uduzur, üstəlik ağır borc və kredit öhdəliyinə girirlər. Bu da son nəticədə ailələrin dağılmasına, cinayət hallarının artmasına və sosial vəziyyətin gərginləşməsinə səbəb olur. Buna görə də, bu məsələdə həm müvafiq dövlət orqanları, həm də cəmiyyət daha diqqətli olmalı və birgə mübarizə aparmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:254
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Yanvar 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see365

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see354

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see289

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see285

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see283

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see279

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see275

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see260

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see235

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see223

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see222

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see221

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see218

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see214

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see214

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see212

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see197

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see183

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri