Icma.az
close
up
RU
Tarixi həqiqətin simvolu ŞƏRH

Tarixi həqiqətin simvolu ŞƏRH

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Tarixin ən ağır və faciəli səhifələrindən biri olan Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuşdur. Bu faciə yalnız bir şəhərin deyil, bütövlükdə insanlığın üzləşdiyi ən böyük cinayətlərdən biri kimi tarixə düşmüşdür. İllər keçsə də, bu hadisənin ağrısı unudulmur, əksinə, xalqın yaddaşında daha da möhkəmlənir və gələcək nəsillərə ötürülür. Bu baxımdan Xocalı həqiqətlərinin dünyaya çatdırılması, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olmuşdur. Məhz bu məqsədlə yaradılan Xocalı Soyqırımı Memorial Kompleksi yalnız bir abidə deyil, milli yaddaşın, ədalət axtarışının və tarixi həqiqətlərin simvoludur. İki il bundan əvvəl bu kompleksin təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Bu hadisə həm tarixi ədalətin bərpasına doğru atılan mühüm addım, həm də xalqın öz keçmişinə verdiyi dəyərin bariz nümunəsi idi. Bu gün isə həmin kompleksin açılışı münasibətilə bir araya toplaşmaq, keçmişlə bu gün arasında mənəvi körpünün qurulduğunu göstərir. Bu, həm də şəhidlərin ruhuna ehtiramın ifadəsidir. Memorial Kompleksin açılışı yalnız xatirə xarakteri daşımır, eyni zamanda siyasi və tarixi mesajlar ehtiva edir. Dünyada nadir hallarda elə ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin, həm də müharibə cinayətkarlarını məhkəmə qarşısına çıxarsın. Azərbaycan məhz bu nadir ölkələrdən biridir. Bu reallıq ölkənin gücünü, siyasi iradəsini və xalq-dövlət birliyinin sarsılmaz olduğunu sübut edir. Uzun illər davam edən işğal dövründə Xocalı faciəsinin günahkarlarının cəzasız qalması beynəlxalq ədalət sisteminin zəifliyini göstərirdi. Lakin Azərbaycan dövləti bu məsələni daim diqqətdə saxladı, hüquqi və siyasi müstəvidə mübarizəsini davam etdirdi. Nəticədə, tarixi ədalət tədricən öz yerini tapmağa başladı. Bu gün Xocalı ilə bağlı həqiqətlərin daha geniş coğrafiyada tanınması, bu istiqamətdə aparılan məqsədyönlü siyasətin nəticəsidir. Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu aydın şəkildə görürük. Bu abidə yalnız keçmişin ağrılarını xatırlatmır, eyni zamanda xalqın gücünü, iradəsini və gələcəyə olan inamını nümayiş etdirir. Ən çətin sınaqlardan keçən bir xalqın sınmadığını, əksinə daha da möhkəmləndiyini göstərir. Bu ruh, Azərbaycanın müstəqilliyini qorumaqda və inkişaf yolunda irəliləməkdə əsas dayaqlardan biridir. Memorialın memarlıq həlli və ideya məzmunu da xüsusi diqqətə layiqdir. Burada hər bir detal, hər bir element faciənin miqyasını, insanların yaşadığı dəhşətləri və eyni zamanda xalqın dirəniş gücünü əks etdirir. Ziyarətçilər bu məkanda yalnız tarixlə tanış olmur, eyni zamanda həmin hadisələri mənəvi olaraq hiss edir, düşünür və nəticə çıxarırlar. Bu isə memorialın əsas məqsədlərindən biridir – yaddaşı yaşatmaq və unutmamağa çağırmaq. Azərbaycan dövləti üçün Xocalı faciəsi yalnız keçmişin acı bir xatirəsi deyil, həm də gələcəyə yönəlmiş bir dərsdir. Bu dərs xalqın birliyini qorumağın, güclü dövlət qurmağın və milli maraqları hər şeydən üstün tutmağın vacibliyini göstərir. Xocalı qurbanlarının xatirəsi hər zaman ehtiramla yad edilir və onların ruhu qarşısında borcun yerinə yetirilməsi üçün bütün səylər davam etdirilir. Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı Azərbaycan tarixində mühüm hadisə kimi qiymətləndirilir. Bu, yalnız bir abidənin istifadəyə verilməsi deyil, həm də tarixi yaddaşın möhkəmləndirilməsi, ədalətin bərpası və milli ruhun təntənəsidir. Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər də məhz bu reallıqları əks etdirir. Azərbaycan xalqı öz tarixini unutmur, şəhidlərini yad edir və gələcəyə daha inamla addımlayır.

Fuad Həbibzadə

YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Mart 2026 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri