Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Xocalı soyqırımı tarixi həqiqətin sarsılmaz manifesti ŞƏRH

Xocalı soyqırımı tarixi həqiqətin sarsılmaz manifesti ŞƏRH

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar təkcə təqvimdə bir tarix deyil, milli yaddaşın ağrı və qürur simvoluna çevrilmişdir. 26 Fevral məhz belə günlərdəndir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Qarabağın qədim yaşayış məntəqəsi olan Xocalı misli görünməmiş vəhşiliyə məruz qaldı. Bu hadisə təkcə bir şəhərin işğalı deyil, dinc əhaliyə qarşı planlı şəkildə həyata keçirilmiş soyqırımı aktı idi.

Həmin gecə şəhər tam mühasirəyə alınmışdı. Elektrik enerjisi kəsilmiş, kommunikasiya xətləri sıradan çıxarılmışdı. İnsanlar qarlı və şaxtalı hava şəraitində canlarını qurtarmaq üçün meşələrə və dağlara üz tutmuşdular. Lakin mülki əhali əvvəlcədən qurulmuş pusqulara düşmüş, atəşə tutulmuşdu. Rəsmi məlumatlara görə, 613 nəfər amansızcasına qətlə yetirildi. Onların 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl insan idi. 8 ailə tamamilə məhv edildi, yüzlərlə insan yaralandı, 1275 nəfər girov götürüldü.

Xocalıda baş verənlər beynəlxalq humanitar hüququn bütün prinsiplərinin kobud şəkildə pozulması idi. Mülki şəxslərin hədəfə alınması, əsirlərə qarşı işgəncələr, insan ləyaqətinin alçaldılması soyqırımı cinayətinin əsas əlamətləridir. Bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayətdir.

Hadisədən sonra Azərbaycan dövləti Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli fəaliyyətə başladı. 1994-cü ildə Milli Məclis tərəfindən faciəyə siyasi-hüquqi qiymət verildi. Ümummilli Lider Heydər Əliyev Xocalı məsələsinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində mühüm addımlar atdı. Onun müəyyən etdiyi strateji xətt bu gün də uğurla davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı həqiqətlərinin beynəlxalq arenada tanıdılmasını prioritet istiqamət kimi müəyyənləşdirib. Onun rəhbərliyi ilə bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar Xocalı faciəsini soyqırımı və ya insanlığa qarşı cinayət kimi tanımışdır. Diplomatik səylər nəticəsində həqiqətlər getdikcə daha geniş coğrafiyada qəbul olunur.

Eyni zamanda, Leyla Əliyeva tərəfindən başladılmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs çərçivəsində dünyanın müxtəlif ölkələrində konfranslar, sərgilər, anım mərasimləri təşkil olunmuş, çoxsaylı nəşrlər və sənədli filmlər hazırlanmışdır. Kampaniya Xocalı soyqırımının beynəlxalq informasiya məkanında tanıdılmasına mühüm töhfə vermişdir.

Xocalı faciəsi Azərbaycan xalqının mübarizə ruhunu sarsıda bilmədi. Əksinə, bu ağrı milli birliyin və həmrəyliyin möhkəmlənməsinə səbəb oldu. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə həm də Xocalı şəhidlərinin ruhuna ehtiramın ifadəsi idi. Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılan addımlar tarixi ədalətin bərpasına doğru mühüm mərhələ oldu.

Bu gün azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Xocalının da yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı dövlət siyasətinin əsas prioritetlərindəndir. Yeni infrastruktur layihələri, sosial obyektlər, müasir yaşayış kompleksləri Xocalının gələcəyinin parlaq olacağını göstərir.

Xocalı soyqırımı yalnız keçmişin faciəsi kimi xatırlanmamalıdır. Bu hadisə gələcək nəsillər üçün tarixi dərsdir. Tarixi yaddaşın qorunması milli kimliyin qorunması deməkdir. Məktəblərdə, ali təhsil müəssisələrində, ictimai platformalarda Xocalı həqiqətləri öyrədilməli, gənc nəsil bu faciənin mahiyyətini dərindən dərk etməlidir.

Ədalət gecikə bilər, lakin itmir. Xocalı soyqırımını törədənlər beynəlxalq hüquq qarşısında cavab verməlidirlər. Bu, təkcə Azərbaycanın deyil, bütün beynəlxalq ictimaiyyətin borcudur. Çünki Xocalı insanlığa qarşı törədilmiş cinayətdir.

26 Fevral Azərbaycan xalqı üçün həm hüzn, həm də milli qürur günüdür. Hüzn ona görə ki, günahsız insanlar vəhşicəsinə qətlə yetirildi. Qürur ona görə ki, xalqımız sınmadı, əyilmədi və mübarizəsini davam etdirdi. Xocalı şəhidlərinin xatirəsi daim yaşayacaq. Onların ruhu qarşısında baş əyirik və ədalətin tam bərqərar olacağına inanırıq.

Xocalı unudulmayacaq. Xocalı yaddaşımızın sarsılmaz həqiqətidir.

Xəyyam Vəliyev,

YAP Gədəbəy rayon təşkilatının əməkdaşı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Fevral 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see329

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see314

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see290

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see278

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see273

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see270

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see269

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see263

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see255

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see249

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see243

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see237

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see235

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see232

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see221

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see216

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see214

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see195

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see194

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri