Icma.az
close
up
RU
Qədim İpək Yolu sivilizasiyasının mərkəzində

Qədim İpək Yolu sivilizasiyasının mərkəzində

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İlham Əliyev: Azərbaycan və Çinin ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı əldə edən ölkələrimizin vətəndaşlarının sayı ildən-ilə durmadan artır

Bütün dövrlərdə mədəni-humanitar sahədə əməkdaşlıq dövlətlər və xalqlar arasında münasibətlərin inkişafına, qarşılıqlı etimad mühitinin formalaşmasına güclü impuls verib. Bunu həmçinin hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Çin münasibətlərinin timsalında da aydın şəkildə izləmək mümkündür.

İki ölkə arasında siyasi diaoqun intensivləşməsi, ticarət döviyyəsinin artması ilə paralel şəkildə, humanitar-mədəni, xüsusilə də təhsil sahəsində əməkdaşlıq da genişlənir. Azərbaycan Prezidenti İlham Əliyev bugünlərdə Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində bundan məmnunluğunu ifadə edərək vurğulayıb: “Strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyannamədə iki ölkənin mövcud müqavilə-hüquqi bazası çərçivəsində təhsil sahəsində əməkdaşlığın sabit inkişafı bəyan edilib. Bununla yanaşı, biz dillərin öyrənilməsi və tədrisi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirmişik”.

Tarixi bağlara söykənən mədəni-humanitar əlaqələr

Azərbaycanla Çin arasında mədəni əlaqələrin çoxəsrlik tarixi var. Bunu şərtləndirən əsas amil isə hər iki ölkənin coğrafi yerləşməsi ilə bağlıdır. Qlobal Cənubu təmsil edən Azərbaycan və Çin qədim İpək Yolu sivilizasiyasının mərkəzində yer alırlar. Tarixdə “Qədim İpək Yolu” kimi qalan marşrut yalnız karvanların keçməsinə, ticarət yüklərinin daşınmasına xidmət etmirdi. Bu yol həm də onun üzərində yerləşən ölkələrin, xalqların mədəniyyətlərinin inteqrasiyasında mühüm rol oynayırdı. Ayrı-ayrı ölkələri təmsil edən tacirlər ayaq basdıqları yerlərə eyni zamanda öz xalqlarının mədəniyyətini daşıyırdılar.

Azərbaycan cəmiyyətində tarixən Çinə və onun mədəniyyətinə böyük maraq və rəğbət olub. Dahi Nizaminin yaradıcılığı bunun əyani təsdiqidir. Şair Çini sivil, yüksək mədəniyyətə malik ölkə kimi təqdim edib. Nizami çinli qadınların gözəlliyindən heyrətləndiyini gizlətməyib. Eyni zamanda, onun əsərlərində çinli bədii obrazlar mərdliyi, qorxmazlığı, cəsarəti ilə fərqlənirlər. Qeyd etmək yerinə düşər ki, Çin xalqı da dahi Azərbaycan şairinə, necə deyərlər, vəfa borcunu verib. Belə ki, 2012-ci il dekabrın 6-da Çinin paytaxtı Pekin şəhərində Çaoyan parkında Nizami Gəncəvinin abidəsinin təntənəli açılış mərasimi baş tutub.

Orta əsrlərdə Azərbaycanla Çin arasında tibb və təhsil sahələrində də əlaqələr qurulmuşdu. Bakı, Şuşa, Şəki, Quba, Şamaxı, Gəncə şəhərlərindəki mədrəsələrdə Çin təbabətinin, bu ölkəyə məxsus müalicə üsullarının sirləri öyrənilirdi. Arxeoloji qazıntılar və tarixi mənbələr sübut edir ki, Azərbaycanda Çinin dulusçuluq sənətinə həmişə böyük maraq göstərilib.

Keçmiş Sovet İttifaqı dönəmində də Azərbaycanla Çin arasında mədəni bağlar mövcud olub. Məlum olduğu kimi, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında 1945-ci ildə ekranlaşdırılan “Arşın mal alan” filmi hələ sovet dövründə 136 ölkədə nümayiş etdirilib, 86 dilə, o cümlədən də Çin dilinə tərcümə olunub. Film ölkənin rəhbəri Mao Tzedunun o qədər xoşuna gəlmişdi ki, hətta Çində onun “Çadra altında sevgi” adlı variantının çəkilməsi üçün əmr vermişdi. Ü.Hacıbəylinin məşhur “O olmasın, bu olsun” operettası da Çin dilinə tərcümə edilərək Pekində səhnəyə qoyulub. Ötən əsrin 50-ci illərinin əvvəllərində SSRİ Xalq artisti Rəşid Behbudov Çində olarkən burada ənənəvi proqramla yanaşı, bu ölkənin mahnılarını da ifa edib. Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev tərəfindən 1949-1952-ci illərdə Nizami poemalarının motivləri əsasında yaradılmış “Yeddi gözəl” baletində Adacio Çin rəqsindən istifadə olunub. Azərbaycanın Xalq şairi Səməd Vurğun da Çində tanınır və sevilir.

2011-ci ilin mayında Çində Azərbaycan mədəniyyəti günləri, 2012-ci il 10-14 dekabr tarixlərində isə Azərbaycanda Çin Xalq Respublikasının mədəniyyət günləri keçirilib. 2019-cu ilin noyabrında Pekində Heydər Əliyev Fondu və ÇXR-dəki Azərbaycan Səfirliyinın dəstəyi ilə “Azərbaycan musiqisi axşamları” adlı konsert proqramı baş tutub.

2008-ci ilin 8-24 avqust tarixlərində Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında Azərbaycan Milli Olimpiya Komandası  44 idmançı ilə 10 idman növündə təmsil olunub. Açılış mərasimdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər. Onların Olimpiya Oyunlarının paytaxtına gəlmələri Azərbaycan idmançıları üçün güclü stimul olub və Milli Olimpiya komandamız Olimpiadanı 6 medalla (1 qızıl, 1 gümüş və 4 bürünc) başa vurub.

İndiki mərhələdə təhsil iki ölkə arasında yüksək dinamikaya malik humanitar-mədəni əlaqələrin mühüm istiqamətini təşkil edir. Azərbaycanlı tələbələr Çində müvəffəqiyyətlə təhsil alırlar. Elm və Təhsil Nazirliyi məktəblilər və tələbələr arasında mütəmadi qaydada “Çin dili körpüsü” müsabiqələri təşkil edir. Hazırda Azərbaycanın ayrı-ayrı ali təhsil müəssisələrində Çin dili tədris olunur. Eyni zamanda, Pekin Xarici Dillər Universiteti Azərbaycan dilinin öyrənilməsi proqramını həyata keçirir. Prezident İlham Əliyevin bildirdiyi kimi, iki ölkənin universitetləri arasında məhsuldar əməkdaşlıq həyata keçirilir, zəruri müqavilə-hüquqi baza yaradılır. Azərbaycan və Çinin ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı əldə edən ölkələrimizin vətəndaşlarının sayı ildən-ilə durmadan artır. Konfutsi İnstitutunun tərəfdaşları olan Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Çin dili tədris olunur. Sevindirici haldır ki, son illərdə Çində də Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsi mərkəzləri fəaliyyətə başlayıb, müvafiq kafedra yaradılıb.

Gələcəkdə Azərbaycanla Çin arasında mədəni-humanitar, elm və təhsil sahəsində əməkdaşlıq əlaqələri daha da genişlənəcək. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində  imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” buna geniş hüquqi əsaslar yaradır.  Sənəddə vurğulanır ki, tərəflər mədəni və yaradıcı kollektivlər xətti üzrə əməkdaşlığı təşviq edəcək, xalqlar arasında qarşılıqlı anlaşmanı dərinləşdirmək və sivilizasiyalararası mübadiləni təşviq etmək məqsədilə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsini dəstəkləyəcəklər. Birgə Bəyanatda bildirlir ki, tərəflər müxtəlif kanallar vasitəsilə qarşılıqlı tələbə mübadiləsini davam etdirmək, Azərbaycanda Konfutsi institutlarının inkişafına dəstək vermək və təhsil müəssisələrində Azərbaycan və Çin dillərinin tədrisini təşviq etmək, habelə iki ölkənin müxtəlif tipli təhsil müəssisələri arasında müxtəlif səviyyəli tərəfdaşlıq əlaqələrinin qurulması barədə razılığa gəldilər. Sənəddə oxuyuruq: “Tərəflər Heydər Əliyev Fondu ilə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası və ŞƏT-in Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsi arasında qurulmuş tərəfdaşlıq əlaqələrini, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müvafiq Çin assosiasiyaları və institutları ilə əlaqələrinin genişləndirilməsini dəstəkləyirlər”.

Eyni zamanda, aprelin 23-də Pekində Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə imzalanan Azərbaycan-Çin sənədlərinin bir çoxu perspektivdə ölkələrimiz arasında mədəni-humanitar, eləcə də elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsini hədəfləyir. İmzalanan sənədlərdən biri “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair Niyyət Məktubu”dur.

Turist axını artır

Azərbaycan Prezidentinin bəhs olunan müsahibəsində diqqət çəkdiyi mühüm məqamlardan biri də turizm sənayesi ilə bağlıdır. Turizm çox doğru olaraq yalnız insanların səyahətə çıxmaları anlamında qəbul edilmir. Bunun digər sahələrdə əlaqələrin inkişafına da öz təsirini göstərdiyinə diqqət çəkən Prezident İlham Əliyev “Ötən il Azərbaycan turizmin inkişafı və işgüzar fəaliyyətin artırılması məqsədilə Çin vətəndaşlarına münasibətdə vizasız rejimi birtərəfli qaydada tətbiq etdi. Ölkələrimizin vətəndaşlarının vizasız gediş-gəlişinin asanlaşdırılması turist axınının artmasına kömək edəcək və bununla da iqtisadi, humanitar və mədəni əlaqələr genişlənəcək”, - deyə vurğulayıb.

Hazırda Çin əhali sayına görə dünya üzrə ən çox turist göndərən dövlətlərdən biri kimi qəbul olunur. Bu amil nəzərə alınmaqla ölkəmizin müvafiq qurumları tərəfindən Çindən respublikamıza turist cəlbediciliyini artırmaq məqsədilə müxtəlif tədbirlər görülür. Xüsusilə respublikamızda çinli turistlər üçün  vizasız gediş-gəliş rejiminin tətbiqi, birbaşa uçuşların artırılması və birgə turizm layihələrinin reallaşdırılması bu sahənin inkişafına töhfə verməkdədir.

Görülən məqsədyönlü tədbirlərin nəticəsi olaraq Azərbaycandan Çinə və bu ölkədən respublikamıza turist axınında əhəmiyyətli dərəcədə artım müşahidə edilir. Ötən il Çindən Azərbaycana 44 min 798 turist gəlib. Bu, 2023-cü illə müqayisədə iki dəfə artım deməkdir. 2025-ci ilin yanvar ayında isə Çindən 2 min 603 turist Azərbaycana səfər edib ki, bu da  ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur. Azərbaycandan Çinə ötən il 10 min 602 turist səfər edib.  Bu isə 2023-cü illə müqayisədə  91 faiz artım deməkdir.

Pekində imzalanan Birgə Bəyanatda hər iki tərəfin turizm siyasətində qətiyyətli iradə nümayiş etdirdiyi bir daha təsdiqlənib. Bildirildiyi kimi, tərəflər turizm siyasətinin əlaqələndirilməsini gücləndirməyə, bir-birinin ərazisində turizmin təşviqi üçün tədbirlərin təşkilinə imkan yaratmağa, turizm müəssisələri, sahəvi assosiasiyalar və digər institutlar arasında profil əlaqələrini dəstəkləməyə, həmçinin ikitərəfli turist axınının və vətəndaşların qarşılıqlı səfərlərinin artırılmasında birgə fəaliyyət göstərməyə hazırdırlar. Eyni zamanda, “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” imzalanıb. Bütün bunlar isə iki dost ölkə arasında turizm sahəsində yeni bir eranın başlamasından xəbər verir.

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Aprel 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see294

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see258

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see231

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see212

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see155

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see152

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see148

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see141

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see138

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see136

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see135

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see133

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see133

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see129

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see127

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see127

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see125

Bir milyona yaxın insan quru yolla Azərbaycana necə gəlib gedib?

23 Oktyabr 2025 16:28see124

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see124

1300 illik çörək tapıldı: Üzərində İsa Məsihin görüntüsü var

23 Oktyabr 2025 18:23see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri